Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1592/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Kazımovun sədrliyi, Tağıyev Namiq Musa oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı akta əsasən 216 manat borcun iddiaçının hesabından silinməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, döngə-1, 2 saylı evdə yaşayır və həmin evə Cavabdeh tərəfindən sayğac vasitəsi ilə qaz verilir. Qeyd etdiyi sayğac yaşadığı evdən bir qədər kənarda yerləşir, sayğac yoxlanılması üçün Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində yenisi quraşdırılmışdır. Köhnə sayğac laboratoriya yoxlamasından keçirilən zaman yararsız hala düşməsi aşkarlanmış, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrinin korroziyaya uğraması, isti metal qırıntısı düşməsi nəticəsində hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsindən zədələnməsi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlənməsi aktda qeyd olunmuşdur. Buna görə də, ******* saylı akta əsasən ona 216 manat məbləğində dəymiş ziyan yazılmışdır. Tərtib olunmuş aktda bu qayda kobud surətdə pozularaq borcun onun tərəfindən 5 gün müddətinə ödənilməsi göstərilmişdir. Belə ki, köhnə sayğac iştirakı olmadan laboratoriya yoxlamasından keçirilmiş və onun iştirakı təmin edilməmişdir. Odur ki, Cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı akta əsasən 216 manat borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsində yaşadığı evi qazla təmin edir. İstehlakçı İddiaçı yaşadığı ünvanda köhnə qaz sayğacı çıxarılmış, yenisi ilə əvəz edilmiş və istismara verilmişdir. Köhnə qaz sayğacının yoxlanılması zamanı nöqsan aşkar edilmiş və məlum olmuşdur ki, 29.12.2019cu il tarixli, 29/1710-02280 saylı akta əsasən sayğacın klapanı işlək deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarına əsasən Birliyə dəymiş ziyanın həcmi hesablanmış və qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 m3 dəymiş ziyan hesablanmışdır. Sonda Birliyin nümayəndəsi Rəşad Əliyev, göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 22 dekabr 2020-ci il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, laboratoriyanın rəyinə əsasən 29.12.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 216 manat məbləğində ziyanın İddiaçı tərəfindən ödənilməlidir. İddiaçı ilə Cavabdeh 17.12.2020-ci il tarixdə 14/9107 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmışdır. 29.12.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh Abşeron rayonu üzrə qrup rəhbəri Zaur Qasımov və Kamran Vəkilov tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evə baxış keçirilən zaman G 4 markalı, 1202AQ**********6 №li sayğacın klapanının işlək olmaması və yivli birləşmələrinin korroziyaya uğraması aşkar olunmuşdur. Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-29/170002280 saylı aktdan görünür ki, G 4 markalı, 1202AQ**********6 №li sayğaca ümumi baxış keçirilən zaman yararsız hala düşməsi aşkarlanmış, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrinin korroziyaya uğraması, isti metal qırıntısı düşməsi nəticəsində hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsindən zədələnməsi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlənməsi aşkar olunmuşdur. 29 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanmış və qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 m3 dəymiş ziyan hesablanmışdır. Abonentin saldosundan çıxarışdan görünür ki, abonent **********00000 İddiaçı 2020ci ilin noyabr ayının sonuna olan borcu 216,00 manat olmuşdur. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman, istərsə də məhkəmə tədqiqatı zamanı İddiaçı tərəfindən əsassız hesablanmış 216 manat borc barədə məhkəməyə hər hansı mötəbər və ya tutarlı sübut növləri təqdim edilməmişdir. Azərbaycan Respublikasınm MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərini əsaslandıran heç bir sübut təqdim edilmədiyinə görə, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1592/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1592/2021
06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver