Məhkəmə qərarları › İş №2(012)-1593/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1593/2022

28.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1593/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə 28 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi vaşavış evində yaşayışlarına yaradılmış maneənin aradan qaldırılması, yaşadıqları evin pilləkənlərində və evin divarlarında əmələ gəlmiş geniş çatların cavabdeh tərəfindən bərpa olunması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qovulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh onların qonşusudur. ünvan 3 ünvanında yerləşən fərdi vaşayış evi onların ata-baba evidir. Sözügedən fərdi yaşayış evi 1930-cıı ildə əmisi tərəfindən tikilmişdir. 2018-ci ilin avqust ayında G.Yaqutun qardaşı onların evinin pilləkanının dibini qazaraq hasarın uzunluğu boyunca özül daşlarını söküb və kanalizasiya çəkmişdir, kanalizasivanı onların tikintilərindən uzaq məsafədə çəkmək imkanı oldıığıı halda, qərəzli şəkildə onların yaşayış evinin altından çəkmişdir. Cavabdeh yaşadığı evin ətrafında hazırda təmir-tikinti işləri aparır, lakin həmin təmir-tikinti işləri nəticəsində onun yaşadığı fərdi yaşayış evi ciddi ziyan görmüşdür. Belə ki, yaşadığı evin pilləkənlərində və evin divarlarında geniş çatlar əmələ gəlmişdir. Bundan əlavə, cavabdeh təhlükəsizlik qaydalarına əməl etməyərək, tikinti işləri aparmaqdadır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırki tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz verilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının və onun arasında olan torpaq sahələrinin üzərində ortaq divar inşa edilib. iddiaçı torpağın səmərəli istifadə edilməsi üçün inşa edilmiş evi və orta divarın arasında ara məsafə saxlamamışdır, yəni evin divarının bir qismi orta divar hesab edilir, bu da tikinti normalarına uyğun deyildir. O isə inşa etdiyi evin arasında (3,5 m.) ara məsafə saxlamışdır. İddiaçı isə ortaq divarın bir hissəsini sökülməsini tələb edir və əsas kimi qeyd edir ki, guya ki, onun evin piləkəninin dibini qazaraq hasarın uzunluğu boyunca daşları söküb kanalizasiya xətti çəkmişdir. Bu isə absurddur, heç bir faktla əsaslanmır. O, müvafiq tikinti işlərini apararkən tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrinə, tikintilərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona məxsus olan torpaq sahəsinin sərhədində yerli şəraiti nəzərə alaraq (dağətəyi) fərdi ev tikilməsi üçün tikinti zamanı xüsusi tikinti tədbirlərinin və təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirləri aparmışdır, tikintiyə dair normativ sənədlərlə müəyyənləşdirilmiş həddin keçməməsinin təmin etmiş və qəzaların qarşısının alınması üçün tələb olunan tədbirləri görmüşdür, sanitariya gigiyena normalarına uyğun olaraq tikinti işləri həyata keçirmişdir. Belə ki, ona məxsus olan evin arxasında ara məsafə sahəsini saxlayaraq sel və daşqın kimi təbiət hadisələrindən qorunması üçün atmosfer yağıntıların, qrunt sularının qarşısının almaq uçün ona məxsus olan torpaq sahəsinin sərhədində inşa edilmiş hasara qurğular yerləşdirmişdir, yəni plastmas su boruları quraşdırmışdır. Həmin ortaq divarın qonşunun torpağına aid olmayan torpağa, yəni öz tərəfindən atmosfer yağıntıların və qrunt sularının axımının qarşısını almaq uçün plastmas yer altı boruları çəkmişdir. Kanalizasiya boruları isə ortaq divarın əks tərəfindən inşa edilib və ortaq divara heç bir aidiyyəti yoxdur Lakin, iddiaçı öz evinin arxasında hasar inşa etsə də, atmosfer yağıntıların və qrunt sularının axımının qarşısını almaq üçün heç bir müvafiq tədbir görməmişdir. Buna görə də, iddiaçının ortaq divarın sökülməsini tələb etməsi qanunsuzdur. Əgər ortaq divarın bir hissəsi (1m.) sökülsə, onda iddiaçının evinin arxasına yığılan atmosfer yağıntılar və qrunt suları, həmçinin orda olan bütün torpaq qonşu torpağa, yəni onun tərəfinə axmasına səbəb ola bilər. Buna görə də onlar arasında belə mübahisə yaranmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş şəkillərdən görünür ki, ortaq divardan kənara çıxmamışdır. Həmçinin, iddiaçının piləkənin dibini qazmaq üçün orta divarı deyil, iddiaçının evinin divarını söküb həyətinə keçib sonradan onun evinin qarşısında olan pilləkənin dibini qazmalı olardı, bu isə məntiqə uyğun deyildir. Odur ki, iddiaçı X2 ona qarşı yaradılmış maneənin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil iddia tələbinə verilən etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara iddia rədd edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-872A, KOD 30800076 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi sakini X1 Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 59 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi verilmişdir Mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-873A, KOD 30800076 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi sakini X8 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 59 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi verilmişdir. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü ildə ölmüşdür. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası Qızqayıt İmran qızıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3487 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının təqribən 17,0 m uzunluğunda hissəsində kənarı ilə, qalan hissələrdə hasardan 1,0 m kənarda 100 mm ölçüdə plasmas boru vasitəsi ilə kanalizasiya xətti çəkilmişdir. Eyni zamanda, hasarın üzərində olan bir tərəfli çatlar hasarın inşası zamanı daşlarda bir-biri ilə bağlantı olmaması səbəbindən əmələ gəlməsini, eləcə də iddiaçının daşdan inşa olunmuş pilləkənin üzərində olan çatların üzun müddət istismar nəticəsində yarandığını və həmçinin, yaşayış evində hər hansı bir qüsur olmadığını nəzərə alaraq, hasarın və pilləkənin üzərində mövcud olan qüsurlar cavabdehin tərəfindən kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının təqribən 17,0 m uzunluğunda hissəsində kənarı ilə, qalan hissələrdə hasarda 1,0 m kənarda 100 mm ölçüdə plasmas boru vasitəsi ilə kanalizasiya xətti çəkilmişdir. Eyni zamanda hasarın üzərində olan bir tərəfli çatlar hasarın inşası zamanı daşlarda bir-biri ilə bağlantı olmamasını səbəbindən əmələ gəlməsini, eləcə də iddiaçının daşdan inşa olunmuş pilləkənin üzərində olan çatların üzun müddət istismar nəticəsində yarandığını və həmçinin yaşayış evində hər hansı bir qüsur olmadığını nəzərə alaraq, hasarın və pilləkənin üzərində mövcud olan qüsurlar cavabdehin tərəfindən kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar olmadığı müəyyən olunur. Ona görə də, məhkəmə hesab edir ki, ekspertizanın rəyini təkzib edən sübutlar olmadığından rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməli, bu əsasda iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 manat məbləğində məhkəmə ekspertizası xərci Gülgəz Ağayevə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış manənin aradan qaldırılması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 100 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar