Məhkəmə qərarları › İş №2(012)-1594/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1594/2020

14.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1594/2020 14.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, Hüseynova Lyudmila və üçüncü şəxs Abşeron Rayonu Fatmayi Bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xanım Fəsad qızına suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsi qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, cavabdeh Hüseynova Lyudmila tərəfindən öz hesabına tikinti qaydalarına-normalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh xanım Fəsad qızına suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsi qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, cavabdeh Hüseynova Lyudmila tərəfindən öz hesabına tikinti qaydalarına-normalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və onunla cavabdehlər arasında əlavə inşa etdikləri özbaşına tikililər-daş hasara əlavələr,layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron Rayonu, Fatmai kəndi, Atatürk küçəsi, 224 saylı sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Abşeron Rayonu, Fatmai kəndi, Atatürk küçəsi, 223 saylı sahədə yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında hörmətli qonşusu Cavabdeh xanım Fəsad qızına məxsusdur. Digər, yəni sağ tərəfindəki 225 saylı sahədə yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında hörmətli qonşusu Hüseynova Lyudmila xanıma məxsusdur. Həyətinin sol tərəfində 223 saylı sahədə yerləşən torpaq sahəsinin ümumi yola tərəf olan hissəsinin sol kənarı çökəklik olmuş və yağıntı suları həmin çökəkliyə axaraq heç bir qonşuya maneçiliyi olmamışdır. Qeyd edilən qonşu tərəfindən yolun çökəklik hissəsinə daş-torpaq tökülərək yağıntı sularının və təbii axını onun həyətinə tərəf axıdılır, sağ tərəfdən isə axan yağıntı sularının və ikinci cavabdehin, yəni 225 saylı sahədə yerləşən torpaq sahəsinin mülkiyyətçisi hörmətliqonşusu Hüseynova Lyudmila xanıma məxsus həyət və tikililərin navalçalarının yağış-qar və hamam sularının bayıra - ümumi yola axıdılan, habelə sağ tərəfdən axan təbii su axınlarının qarşısını yola tökdükləri torpaqla hündürə qaldıraraq suyun axının istiqamətini dəyişərək onun əmlakını qəsdən yararsız hala salırlar. Hər iki hörmətli qonşuları qonşuluq münasibətlərini pozaraq aralarında tikilmiş daş hasarın özlərinə olan tərəflərində divarın dibinə əlavə torpaq tökərək yerin qrunt səthindən hündürə qaldırmaqla həyətlərindən onun istiqamətinə çirkab su axmasınasızmasına gətirib çıxaran hərəkətlərə yol vermişlər. İkinci cavabdehin, yəni 225 saylı sahədə yerləşən torpaq sahəsinin mülkiyyətçisi aralarında yerləşən daş hasarın üstündən layihədən kənar və tikinti normalarına uyğun olmayan daş hasarı Tikinti Məcəlləsinin qaydalarını pozmaqla həddindən artıq hündürlüyə qaldıraraq onun əmlakını, şəxsi həyatını təhlükə altına almaqla yanaşı, həm də həyətinə düşən günəş işığının tam olaraq düşməsinin qarşısını kəsir və yüksək təhlükə mənbəyi yaradır. Onun tərəfindən inşa edilən hasar və tikillər ona daim təhlükə yaradır. Bu qonşu qanunsuz tikinti hərəkətləri aparan zaman o, qonşulara bir qonşu olaraq etirazını bildirmiş, həm də dəfələrlə qanuna və qonşuluğa zidd olduğunu bildirmişdir. Qonşular onun xahişlərini eşitmək istəməmişlər. Qanunsuz və özbaşına tikinti işləri apararaq, tikinti normalarını pozaraq ara məsafəni gözləmədən hasar inşa etmişdir. Eyni zamanda həmin özbaşına olan tikililər qonşu sərhəddini pozmaqla inşa edildiyindən ona maneçilik törədir. Bunlardan əlavə olaraq sağ tərəfində yerləşən qonşusu da aralarında yerləşən daş hasarın arxasına duzlu-şoran torpaq tökdüyündən həyətinə duzlu və çirkab sular sızar, torpağa olan mülkiyyətini məhdlaşdırır, torpağını yararsız hala salaraq zay edir, şoranlaşdırır, ağac və gülləri, digər bitkiləri bunun təsirindən quruyur, həyətində havalanma korlanır. Tikililərin yağıntı sularını ona tərəf axıdırlar. Eyni zamanda onunla qonşuların arasında əlavə özbaşına tikililər-daş hasara əlavələr inşa edilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini tələbini qəbul etmir. İddia ərizəsində qeyd edilənlər yalandır. Cavabdeh iddiaçının həyətinə qurun suları axıtmır və heç bir təqsiri yoxdur. Yolun eni 12 metrdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Hüseynova Lyudmila və üçüncü şəxs Abşeron Rayonu Fatmayi Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabeh və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi 224 nömrəli sahədə yerləşən sahəsi 0,0798 ha olan torpaq ərazisi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2011-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0,08 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2009-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Lakin, iddiaçı onun hüquqlarının cavabdehlər tərəfindən pozulması ilə bağlı hər hansı bir legitim sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı iddianın əsasları ilə bağlı rəsmi və mötəbər sənədlər məhkəməyə təqdim edilməyib, hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh, Hüseynova Lyudmila və üçüncü şəxs Abşeron Rayonu Fatmayi Bələdiyyəsinə qarşı Cavabdeh xanım Fəsad qızına suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsi qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, cavabdeh Hüseynova Lyudmila tərəfindən öz hesabına tikinti qaydalarınanormalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar