Məhkəmə qərarları › İş №2(012)-1606/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1606/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1606/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1, onun vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya vermək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə 20 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya vermək yolu ilə istifadə hüququna xitam hesab edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 6000 (altı min) manat kompensasiya ödəməklə onların Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-yə olan yaşayış hüququna xitam verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini bildirərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 İddiaçı kompensasiya vermək yolu ilə istifadə hüququna xitam edilməsi iddia tələbini qəbul edir. İddiaçı tərəfindən onlara verilmiş kompensasiya olaraq 8000 (səkkiz min) manat pulu nəğd şəkildə almışdır. Hazırda iddiaçı tərəfə qarşı tələb və iddiası yoxdur. İddiaçı iddiadan imtina edir, 8000 (səkkiz min) manat pulu Cavabdeh1 vermişdir. Eyni zamanda , tərəflər razılaşdılar ki, cavabdehlər bir ay müddətində Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-dən qeydiyyatdan çıxacaqlar. Azərbaycan Respublikası Mülki Prosessual 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlandığından və bu barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmadığından barışıq sazişi sazişdə göstərildiyi qaydada məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya vermək yolu ilə istifadə hüququna xitam hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda təsdiq edilsin: Cavabdeh1 İddiaçı kompensasiya vermək yolu ilə istifadə hüququna xitam edilməsi iddia tələbini qəbul edir. İddiaçı tərəfindən ona verilmiş kompensasiya pulu olaraq 8000 (səkkiz min) manat pulu nəğd şəkildə almışdır. Hazırda iddiaçı tərəfə qarşı tələb və iddiası yoxdur. İddiaçı iddiadan imtina edir, 8000 (səkkiz min) manat pulu Cavabdeh1 vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ay müddətində Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-dən qeydiyyatdan çıxırlar. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar