Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-161/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X10, İddiaçı1 nümayəndəsi X21, Cavabdeh X22 və onun vəkili-nümayəndəsi Vəkil, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi (mühəndisi) X30 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X16 qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə bitişik cavabdeh tərəfindən inşa edilmiş bütün qanunsuz tikililərin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 nümayəndəsi X12 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi isə İddiaçı1 mülkiyyətindədir. Bununla bağlı Daşınmaz əmlakın Dövlət reyestri xidmətindən çıxarış verilmişdir. Cavabdeh bütün qanunları kobudluqla pozaraq heç bir ara məsafəsi qoymayaraq onların evlərinə bitişik halda qanunsuz hündürmərtəbəli bina inşa etmişdir. Tikinti ilə onların evlərinin hasarı arasında heç bir məsafə saxlanılmamışdır və tikintidən sonra evləri təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksi hündürlük məsafəsi baxımından da onların evlərindən hündürdür və hər hansı bir təbii fəlakət nəticəsində də onların evləri üçün böyük təhlükə mənbəyidir. Dəfələrlə cavabdehə öz qanunsuz əməllərinə son qoymağı və onların mülkiyyətiylə ara məsafəsi gözlənilməklə inşa etməsini təklif etsələr də, cavabdeh buna heç bir məhəl qoymamış və qanunsuz tikilisini davam etdirmişdir. O, həyətində gəzə bilmir. Onun hasarı uçmuşdur. 7-8 ədəd böyük pəncərələr onun həyətinə baxır. Qonşuda uşaq stəkan atarsa, onun nəvəsini yaralaya bilər. Odur ki, Hacıyev Mənsur onun həyətinə girməmək şərtilə hasarı tikə bilər. Bununla bağlı yaşadıqları ərazi üzrə rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin qurumun Memarlıq və tikinti şöbəsindən iddiaçıya məlumat verilmişdir ki, belə bir tikintinin aparılmasından xəbərləri yoxdur. Cavabdehin bu qanunsuz əməllərinin qarşısını danışıqlar və yerli İcra Hakimiyyətinə müraciət etməklə almaq istəsələr də bu mümkün olmamış və cavabdeh tərəfindən onlara ziyan və təhlükə vurulması davam etdirilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi X32 məhkəmə iclasında X10 izahatına uyğun izahat verdi. Cavabdeh X22 məhkəmə iclasında izahatında bildirdi ki, 2019-cu ildə o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 185 kv.m tikili inşa etmişdir. O, müəyən səbəblərə görə burda olmamışdır. Usta ona hasarın uçduğunu demiş, bundan sonra o, İddiaçı2 ilə görüşmüş və hasar tikəcəyinə söz vermişdir. Digər İddiaçı1 məxsus evlə onun inşa etdiyi tikili arasında 20 metrdən çox məsafə vardır. İddiaçı2 həyətinə tikinti zamanı ziyan dəymişdir. Onların məqsədi sözügedən əraziləri almaq olmuşdur. X45 bütün planlarını pozmuşdur. Pandemiya zamanı o, ziyana düşmüş, müharibədən sonra çətinliyi artmışdır. O, qeyri-qanuni heçnə inşa etdirməmiş və heç kəsin həyyətinə daxil olmamışdır. Vəlişov Musa çoxsaylı dövlət orqanlarına müraciətlər etmişdir. O, pəncərələrlə bağlı hissəni qəbul edir. Onun inşa etdirdiyi tikili ilə İddiaçı2 hasarı arasında 40 sm məsafə vardır. Tikilinin çıxarışı və layihəsi vardır və layihəyə uyğun tikilmişdir. Cavabdeh X14 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi (mühəndisi) X34 məhkəmə iclasında ifadəsində bildirdi ki, ilkin torpaq ayırma sənədi, mütləq olaraq tikintiyə icazə barədə sərəncam olmalıdır ki, vətəndaş tikintiyə başlaya bilsin. Tikintinin layihələndirilməsinin sərəncam olmalıdır. Müvafiq şəhərsalma arxitektura komitəsinin tikinitinin memarlıq-planlaşdırma bölməsinin təsdiqlənmiş layihəsi, memarlıq şəhərsalma komitəsinin rəyi olduqda tikinti aparıla bilər. 12 metrə qədər hündürlüyü olan tikili ilə bağlı hündürlüyünün 30 %-i qədər ara məsafəsi olmalıdır. Hər 4 tərəfə bu məsafə saxlanılmalıdır. 12 metrdən hündür olarsa, ümumi sahə hesablanır. Lakin tikintinin layihəsi onlarda yoxdur. Layihə daşınmaz əmlakda saxlanılır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 48,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 53,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X17 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binasının texniki pasportu tərtib olunaraq, Baş mühəndis; Daşınmaz Əmlakın Kadastr, Texniki İnventarlaşdırma və Ünvan şöbəsinin müdiri; Daşınmaz Əmlakın kadastrı və ünvanların verilməsi sektorunun müdiri; Daşınmaz əmlakın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun müdiri; İcraçı; Kadastr üzrə mütəxəssis tərəfindən yoxlanılaraq təsdiq edilmişdir. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 28 yanvar 2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti b.1282 ünvanında yerləşən ümumi sahəsi 712,1 kv.m olan mənzilin 31,4 kv.m hissəsini (2 otaq) X2. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 30 yanvar 2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini X3. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 31 yanvar 2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti b.1282 ünvanında yerləşən ümumi sahəsi 712,1 kv.m olan mənzilin 46,8 kv.m hissəsini (2 otaq) X5. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 22 may 2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 31,4 kv.m olan mənzili X1. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 23 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 48,1 kv.m olan mənzili X4. İş materiallarında ******* Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 05 oktyabr 2020ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 48,1 kv.m olan mənzili X6. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində təsdiqlənmiş 20 noyabr 2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 46,8 kv.m olan mənzili X7. İş materiallarında olan Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş 27 yanvar 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 1282 ünvanında yerləşən ümumi sahəsi 183,5 kv.m olan qeyri-yaşayış sahəsinin 60,5 kv.m hissəsini X8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli, 10/8522 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndində göstərilən, tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,3 hissəsi qədər olmasına əsasən, cavabdeh tərəfindən inşa edilmiş tikili ilə sərhəd hasarı arasındakı məsafənin 3,5 m (11,75x0,3) olmalı olduğu, lakin, faktiki olaraq tədqiq olunan tikilinin sərhəd hasarına bitişik inşa olunduğunu nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə üyğun inşa olunmadığı müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin İddiaçı2 həyətyanı sahəsinə tərəf olan divarında faktiki olaraq 7 ədəd pəncərənin mövcud olduğu müəyyən edilir. Qonşuluqda yerləşən həyətyanı sahəli fərdi yaşayış evlərinin pəncərələrinin birbirinin həyətyanı sahəsinə açılıb-açılmamasının tənzimlənməsi İnşaat Norma və Qaydalarında nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili ilə həyətyanı evlər arasına dönən möbahisəli yolun eninin 3 metr olduğunu, Azərbaycan Dövlət Tikinti Normaları 2.6- 1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eninin 1,5 metr, hərəkət (avtomobil) yolunun eninin isə 2,75- 3,0 metir göstərildiyini nəzərə alaraq, mübahisəli tikili ilə həyətyanı evlər arasında dönən mübahisəli yolun eninin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin tələblərinə uyğun olduğu müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı2 fərdi yaşayış evinin sökülmüş hasarının bərpası üçün görülməli təmir-tikinti işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 382 manat olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə cavabdeh X17 adına qeydiyyata alınmışdır. Hazırda iddiaçılar cavabdehə qarşı onun tərəfindən özbaşına tikilmiş dörd mərtəbəli fərdi yaşayış evinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışlar. İddiaçılar həmin tələblə bağlı iddia qaldırsalar da, burada sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, sökülməsini tələb etdikləri dörd mərtəbəli fərdi yaşayış evinin özbaşına tikilməsinə, ümumiyyətlə hüquqi rejiminə dair müvafiq sübutlarını təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və X20 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki "mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət” kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulubpozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar "xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Konvensiyanın müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqları baxımından məhkəmə cavabdehlər tərəfindən iddiaçıya edilən müdaxilələrin iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir.. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. İddiaçılardan fərqli olaraq cavabdeh X31 tərəfindən təqdim olunmuş sübutlarla isə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1282 ünvanında yerləşən və 712,1 kv.m ümumi sahəsi olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payda 29 dekabr 2019-cu il tarixdə X17 adına qeydiyyata alınmışdır, eyni zamanda bu yaşayış binasının texniki pasportu tərtib edilmiş, müvafiq mütəxəssis tərəfindən yoxlanılaraq təsdiq edilmişdir. Buradan da görünür ki, özbaşına tikildiyi iddia olunaraq sökülməsi tələb edilən dörd mərtəbəli fərdi yaşayış evi faktiki olaraq tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində tikilmişdir, mülkiyyət hüququ üzrə qeydə alınmaqla texniki pasportu tərtib edilmişdir, bu hüquqmüəyyənedici sənədlər isə hazırda qüvvədədir. Mübahisələndirilən binanın buna lazımi icazələr alınaraq və ya şəhərsalma və tikinti normalarını və qaydalarına əməl edilərək tikilməsinin müəyyən edilməsi isə hazırkı iddianın predmeti deyildir. Həmçinin tikintinin qanunsuz olması müəyyən edildiyi halda isə, onun sökülməsi məsələsini araşdırmaq və mübahisələndirmək Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh X31 mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmış 712,1 kv.m sahəsi olan çoxmərtəbəli yaşayış binasının müvafiq sahələrini notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında digər vətəndaşlara satmış, binanın həmin sahələri ayrı-ayrı vətəndaşların istifadəsində və sərəncamındadır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində irəli sürdükləri və məhkəmə iclasında müdafiə etdikləri dəlillər əsassızdır, cavabdeh X17 mülkiyyətində, sərəncamında olan dörd mərtəbəli fərdi yaşayış evinin özbaşına tikilmiş tikili kimi qiymətləndirilərək iddianın həmin hissədə təmin olunması üçün mötəbər dəlil, sübut qismində hesab oluna bilməz, ona görə iddia təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi ümumilikdə əsassız olduğu üçün təmin edilməməlidir. İnsan hüquqlarının və X20 haqqında Konvensiyanın 6-cı maddəsinin ("Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X13, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli, 10/8522 saylı ekspert rəyindən göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı2 fərdi yaşayış evinin sökülmüş hasarının bərpası üçün görülməli təmirtikinti işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 382 manat olduğu müəyyən edilmiş, lakin İddiaçı2 ona məxsus hasara dəymiş zərərlə bağlı hazırki işə baxılarkən tələb irəli sürmədiyindən,məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı2, ona məxsus hasara dəymiş zərərə görə gələcəkdə İddiaçı1 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X16 qarşı ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə bitişik cavabdeh tərəfindən inşa edilmiş bütün qanunsuz tikililərin cavabdeh tərəfindən sökülməsi barədə iddia ərizəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X13, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. İddiaçı2, ona məxsus hasara dəymiş zərərə görə gələcəkdə İddiaçı1 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-161/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-161/2023
19.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver