Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1623/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən ona hesablanmış 777,60 manat məbləğində cərimə borcunun onun **********04520 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Nübar qəsəbəsi, X5 Massivində yerləşən fərdi yaşayış evində yaşayır. Onun yaşadığı evə Zenner G4T mexaniki tipli, **********3 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə qazla bağlı bildiriş onlara təqdim ediləndə 925,80 manat məbləğində yekun borc yarandığını görmüşdür. Bu borcun hansı səbəbdən yarandığını araşdırdıqda isə sayğaca müdaxilə olunduğu üçün akt tərtib edildiyini öyrənmişdir. Belə ki, həmin akt nəticəsində ona 777,60 manat məbləğində borc hesablanmış, buna səbəb kimi isə sayğaca müdaxilə etdiyi göstərilmişdir. Lakin qeyd edir ki, bu, açıq-aşkar yalandır və qaz idarəsinin əməkdaşlarının ona qarşı qurulmuş oyunudur. Qeyd olunan vaxtda qaz idarəsinin əməkdaşları orada hər hansı baxış aparıb hər hansı nöqsan aşkar etmiş olsa idi, həm onun, həm də ətrafda yaşayan qonşuların bu barədə məlumatı olardı. Cavabdeh Abşeron rayon şöbəsinə müraciət etdikdə isə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də o, hazırda adına yazılmış qanunsuz və əsasız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, onun tərəfindən hər ay Smart kart vasitəsilə ödəniş edilməklə təbii qazdan istifadə edilmişdir. Təbii ki, kartla ödəniş olunduğu üçün hesabda olan vəsait bitdikdə avtomatik olaraq təbii qazın verilməsi də dayandırılır. Belə olan halda onun təbii qazdan kartsız istifadə etməsi mümkün deyildir. Qeyd edir ki, onun tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı yaşadığı sözügedən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacda qüsur olduğu müəyyən edilmiş, həmin sayğac yenisi ilə əvəz olunmuş, köhnə sayğac isə laboratoriyaya aparılmışdır. Müvafiq laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar edilmiş və Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən iddiaçı tərəfindən Cavabdehnə dəymiş ziyanın məbləği kimi 777,60 manat müəyyən edildiyindən iddiaçıya qeyd edilən məbləğdə cərimə hesablanmışdır. Odur ki, qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 oktyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********04520) Abşeron rayonu, Nübar qəsəbəsi, X5 Massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-7734/Q001 saylı rəyə əsasən 1202AQ**********9 nömrəli sayğacda qaz itkisi və müdaxilə aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsi, X5 Massivində yerləşən evə (abonent kodu: **********04520) 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsi, X5 Massivində yerləşən evə (abonent kodu: **********04520) 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********04520) Abşeron rayonu, Nübar qəsəbəsi, X5 Massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 777,60 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsi, X5 Massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********04520) 30 oktyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 777,60 manat məbləğində cərimə silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1623/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1623/2024
02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver