Məhkəmə qərarları › İş №2(012)-1634/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1634/2021

15.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1634/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh «Cavabdeh MTK»-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh MTK»-nə və maraqlı şəxs X1rşı «elektrik enerjisinin verilməsi, cavabdehin haqqında xüsusi qərardadın çıxarılması və mənzilin çıxarışının cavabdehdən alınıb işə əlavə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh MTK»-nə və maraqlı şəxs X1rşı «elektrik enerjisinin verilməsi, cavabdehin haqqında xüsusi qərardadın çıxarılması və mənzilin çıxarışının cavabdehdən alınıb işə əlavə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh «Cavabdeh MTK»-nə və maraqlı şəxs X1rşı «elektrik enerjisinin verilməsi, cavabdehin haqqında xüsusi qərardadın çıxarılması və mənzilin çıxarışının cavabdehdən alınıb işə əlavə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar