Məhkəmə qərarları › İş №2(012)-1636/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1636/2021

25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1636/2021 25.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki iş Abşeron rayon məhkəməsinə daxil olmuşdur. xx xxxxxx 2021-ci il tarixə, saat 10:10-a təyin edilmiş məhkəmə iclasında ərizəçi Bakı şəhəri,Müşfiqabad qəsəbəsi,Yataqxana 1-də qeydiyyatda olduğunu, faktiki olaraq Binəqədi rayonu,28 may qəsəbəsi,ev 216-da yaşadığını, həmçinin sözügedən torpaq sahəsinin hal-hazırda inzibati ərazi vahidi üzrə rəsmi olaraq Binəqədi rayon ərazisində yerləşdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalrına istinad edərək hesab edir ki, mülki iş məhkəmə ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyindən aidiyyəti üzrə baxılması üçün göndərilməlidir. Ərizəçi faktiki olaraq Binəqədi rayonu,28 may qəsəbəsi,ev 216-da yaşadığını göstərsə də, məhkəmədə ərizəçinin Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsindən irəli gələn tələblərə əməl edilməsi müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hüquqi faktlarla bağlı ərazi aidiyyəti qaydalarını tənzimləyən normalara istinad edərək hesab edir ki, sözügedən mülki iş baxılması üçün ərizəçinin rəsmi qaydada qeydiyyatda olduğu inzibati ərazi vahidi üzrə Qaradağ rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in, 37, 40, 44, 45, 263, 264, 306 və 309-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Maraqlı şəxsnə qarşı torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar