Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1648/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MTK-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MTK) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair mülki işə 05 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küç., 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 50.5 kv.m-dən ibarət 1 otaqlı, 263 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayon, Xırdalan şəhəri, R.Axundov küçəsində, yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan Cavabdeh MMC-nin sədri X4 ilə xx.xx.2019-cu il tarixində şirkətin möhürü ilə təsdiqlənmiş şəkildə hər iki tərəfin razılığı ilə rəsmi müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən 3 (üç) girişli, yüksək mərtəbəli yaşayış binasından 1 (bir) otaqlı, ümumi sahəsi 50.5 kv.metr olan mənzil alıcının mülkiyyətinə verilir, Alıcı isə mənzilin dəyərini bu müqavilədə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Müqavilə tərəflərin öhdəlikləri, alıcının öhdəlikləri, ümumi şərtlər, başqa xüsusiyyətlər də nəzərə alınmaqla, hər iki tərəfdə saxlanılmaqla paylaşılmışdır. O, bir alıcı kimi müqavilədə nəzərdə tutulmuş, öhdəsinə götürdüyü bütün prinsiplərə əməl etmişdir. Öhdəliyini tam şəkildə yerinə yetirdiyi üçün, “Fateh-2012v’MMC-nin sədri X3 rəsmi imzası və şirkətin möhürü ilə təsdiq olunmuş 01 mart 2019-cu ildə ona “Maliyyə Arayış”-ı təqdim edilmişdir. Maliyyə arayışında bildirilir ki, onun tərəfindən Cavabdeh MMC-nin Xırdalan şəhər, R.Axundov küçəsində inşa etdiyi 3(üç) bloklu, 19 (on doqquz) mərtəbəli yaşayış binasının “C” bloku 9-cu (doqquzuncu ) mərtəbəsində yerləşən, 50.5 kv.metr sahəsi olan 1 (bir) otaqlı 263 (iki yüz altmış üç) nömrəli mənzilin ümumi dəyəri tam ödənilmişdir. Şirkətə heç bir borcu yoxdur. Mənzil 32.825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat məbləğində dəyərləndirilmişdir. Bir müddət keçdikdən sonra onunla bütün müqavilə sənədlərini imzalayan şəxs qəflətən "xxxx". Dəfələrlə MMC-yə müraciət etsə də, müqavilə şərtlərinə uyğun olan nə ona verilən mənzili, nə də mənzilin dəyərini 32825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat pulunu geri ala bilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının tələblərinə əsasən cavabdehə mediasiya təklifi göndərilmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə riayət olunmaqla cavabdehlə əlaqə saxlanılmışdır, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə nüraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MTK –nın nümayəndəsi izahatında bildirdi ki, sözügedən mənzil yerləçən binanın tikintisini aparmaq üçün "xxxx" MMC ilə "xxxx" MTK arasında 29 oktyabr 2019-cu il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən binanın tikintisini aparırlar.Orada onların mənzil satmaq belə səlahiyyətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o Cavabdeh MMC-nin həm təsisçisi, həm də direktorudur. Bundan başqa "xxxx" MTK- da ona məxsusdur. İddiaçı ilə müqavilə bağlayan Cavabdeh MMC olmuşdur, binanı tikən şirkət olmuşdur. Qardaşının vasitəsi ilə iddiaçı ilə tanış olmuşdur. İddiaçının daş karyeri vardır. MMC iddiaçı ilə belə razılaşmışdır ki, iddiaçı binanın tikintisi üçün çınqıl daşı verəcək əvəzində ona ev veriləcəkdir. Qardaşı aralarında vasitəçilik etdiyi üçün iddiaçıya tam ödəniş sənədi verilmişdir. İddiaçıdan 11000 manatlıq daş aldıqdan sonra qardaşı ona bildirmişdir ki, iddiaçı evi istəmir pulunu qaytarsınlar. Bir müddət sonra ona Korrupsiya İdarəsindən zəng olunaraq ora çağırmışlar. Orada ona zərərçəkmiş şəxslərin şikayətçi olduğu, binada tikinti işlərinin zəif getdiyi, tikinti işlərinin davam etdirilməsi üçün "xxxx" MTK-ya təhvil veriləcəyi bildirilmişdir. Sonra tikinti işləri "xxxx" MTK tərəfindən davam etirilmişdir. Məhkəmə iddiaçının, 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin materiallarında olan icraçı Cavabdeh MMC-nin direktoru X4 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, icraçı Xırdalan şəhəri R.Axundov küçəsində inşa edilən uç girişli yüksək mərtəbəli yaşayış binasından 1 otaqlı ümumi sahəsi 50.5 kv.m olan (bundan sonra yaşayış binası) Alıcının mülkiyyətinə verir, Alıcı isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəyir. Müqavilənin 2.2.1-ci bəndindən görünür ki, Alıcı yuxarıda göstərilən üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 50.5 kv.m-dən ibarət olan, 1 otaqlı 263 saylı mənzilin hər kvadrat metri 650 manat olmaqla cəmi 32 825 (otuz iki min səkkiz yüz iyirmi beş) manatı satıcıya ödəməyi öhdəsinə götürür İşin materiallarında olan 01 mart 2019-cu il tarixli Maliyyə Arayışından görünür ki, İddiaçı ondan ötəri ki, həqiqətən Cavabdeh MMC-nin Xırdalan şəhəri R.Axundov küçəsində inşa etdiyi üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku 9-cu mərtəbədə yerləşən 50.5 kv.m 1 otaqlı 263 nömrəli mənzilin ümumi dəyəri tam ödənmişdir. Şirkətə heç bir borcu yoxdur. İşin materiallarında olan "xxxx" MMC ilə "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixli Podratçı müqaviləsinin surətindən görünür ki, Abşeron şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə “Sifarişçi” "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində inşa olunması nəzərdə tutulmuş yaşayış binalarının “Podratçı” "xxxx" MTK-nın öz işçi qüvvəsi hesabına inşası başa çatdırmasıdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən və işin materiallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh MMC Xırdalan şəhəri R.Axundov küçəsində inşa etdiyi üç bloklu 19 mərtəbəli yaşayış binasının “C” bloku 9-cu mərtəbədə yerləşən 50.5 kv.m 1 otaqlı 263 nömrəli mənzili İddiaçı mülkiyyətinə verir, İddiaçı isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada Cavabdeh MMC-yə ödəyir. İddiaçı tərəfindən mənzilin ümumi dəyəri 32 825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat MMCyə ödənilmişdir.İddiaçının özünün izahatından və şahidin ifadəsindən göründüyü kimi mübahisəli mənzilin dəyəri cavabdeh tərəfindən nəgd pul şəklində ödənilməmişdir, müqavilədə göstərilən mənzilin dəyəri məbləğində iddiaçı tərəfindən cavabdehə tikinnti üçün daş material verilməli idi.Cəmisi 11 000manatlıq daş material verildiiyi onların hər ikisinin izahatı ilə təsdiq olundu.Cavabdeh tərəfindən müqavilə öhdəlikləri qalan hissədə yerinə yetirilməmişdir.Həmçinin, müqavilə tərəfi olan Cavabdeh MMC-nin mənzil satmaq səlahiyyətinin olması barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi həmin binanın tikintisi üçün Abşeron rayon İH tərəfindən xx.xx.2008-ci il tarixli, 1242 saylı Sərəncam məhz "xxxx" MMC-yə ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək tərəflər arasında bağlanan 01 mart 2019-cu il tarixli müqavilə satıcı olaraq səlahiyyətsiz şəxs tərəfindən satıldığından,habelə alıcı tərəfindən müqavilə öhdəliyi tam icra edilmədiyindən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.İddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MTK) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva 2(012)-4131/2021 saylı iş Azərbaycan Respublikası adından QƏTNAMƏDƏNÇİXARİŞ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Sadiq Akif oğlunun və cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi, qalıq ödəniş məbləğinin qəbul edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair mülki işə 11 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,2 kv.metr olan, 7 nömrəli mənzilinə görə İddiaçı ödəməli olduğu 2.230 (iki min iki yüz otuz) manat məbləğində qalıq pul "xxxx" MTK tərəfindən qəbul edilsin, həmin mənzil İddiaçı təhvil verilsin. "xxxx" MTK –dan 10,40 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1648/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1648/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver