Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1100/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MTK-ya qarşı «mənzilin təhvil verilməsi və həmin mənzildən istifadəyə qoyulmuş maneələrə son qoyulması» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MTK-ya qarşı «mənzilin təhvil verilməsi və həmin mənzildən istifadəyə qoyulmuş maneələrə son qoyulması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 MTK arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küçəsi 1 "A" ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 m olan, izolə olunmuş, iki otaqdan ibarət, 41 №-li mənzilin cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MTKdan alınaraq ona təhvil verilməsi və onun mülkiyyətində olan həmin mənzildən istifadəsinə cavabdehlər tərəfindən əsassız maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini tam həcmdə müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasında iştirak etmədikləri halda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh2 MTK-nın nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmədə məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 MTK-nı və Cavabdeh2 MTK-nı cavabdeh kimi göstərib iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 MTK arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küçəsi 1 "A" ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 m olan, izolə olunmuş, iki otaqdan ibarət, 41 №-li mənzilin cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MTK-dan alınaraq ona təhvil verilməsi və onun mülkiyyətində olan həmin mənzildən istifadəsinə cavabdehlər tərəfindən əsassız maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin alqı-satqısı ilə bağlı onun adına müqavilə və maliyyə arayışının əsilləri iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə Cavabdeh2 MTK-nın fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış materialların tərkibində ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 m olan, izolə olunmuş, iki otaqdan ibarət, 41 №-li mənzilin alqı-satqısı ilə bağlı İddiaçı adına müqavilənin və maliyyə arayışının əsillərinin mövcud olub-olmaması, həmçinin həmin mənzilə dair digər şəxslərlə bağlanmış müqavilənin və maliyyə arayışının mövcud olub-olmaması barədə rəsmi arayışın və həmin məlumatları təsdiq edən sənədlərin surətlərinin məhkəməyə göndərilməsi barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 15 aprel 2025-ci il və 13 may 2025-ci il tarixlərdə sorğular ünvanlansa da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən sorğulara indiyədək cavab verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hakim tərəfindən müəyyən edilmiş müddətdə nöqsanlar aradan qaldırılmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********29 nömrəli mədaxil qəbzindən görünür ki, Rzayev X2 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə saat 15:05-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MTK-ya qarşı «mənzilin təhvil verilməsi və həmin mənzildən istifadəyə qoyulmuş maneələrə son qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MTK-ya qarşı «mənzilin təhvil verilməsi və həmin mənzildən istifadəyə qoyulmuş maneələrə son qoyulması» tələbinə dair 2(012)- 1100/2025 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli, **********29 nömrəli mədaxil qəbzindən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1100/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1100/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver