Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1655/2021 30.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 08 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11103.36 ABŞ dolları əsas, 7083.66 ABŞ dolları faiz, 4156.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 08.10.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1265.30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23608.74 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 08 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik 22%-İə 36 ay müddətinə 12500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evi 2015-ci il 08 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 08 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh1 2015-ci il 08 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 11103.36 ABŞ dolları əsas, 7083.66 ABŞ dolları faiz, 4156.42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22343.44 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 08 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11103.36 ABŞ dolları əsas, 7083.66 ABŞ dolları faiz, 4156.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 08.10.2018-ci il tarixdən 12.01.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1265.30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23608.74 ABŞ dolları borcu vardır. 08 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin 4 saylı filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 22 %-lə 12500 (on iki min beş yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə illik 22%-lə hesablanır. Çatmalı ola faizlər ödəniş qrafikində göstərilən tarixədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş faizlər hesab olunur. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 36 % miqdarında banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan 08 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafikə əsasında aylıq 477.38 (sonuncu ay 477.42) ABŞ dolları olaraq ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını Cavabdeh1 imza etmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 30.09.2015-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 08 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin “4 saylı” filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 35.000 (otuz beş min) manat olaraq müəyyən edilmişdir. İş materiallarından olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 15.10.2015-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin 4 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 138 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından olan oktyabr 2015-ci il tarixli 124 №-li Arayışdan müəyyən edilir ki, Cavabdeh1 həqiqətən də, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh4 Cavabdeh2 ilə birgə daimi qeydiyyatdadır. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 22 sentyabr 2021-ci il tarixli, 9/5987 №-li rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2015-ci il tarixli 11-G1-1-0-554-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 08.10.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və 12 yanvar 2021ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) banka olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən olunur. O cümlədən: 08.10.2018-ci il tarixə: əsas borc üzrə------------------------------------------------------ 12.009,06 ABŞ dolları; faiz borcu üzrə------------------------------------------------------6.545,94 ABŞ dolları. 12.01.2021-ci il tarixə: əsas borc üzrə------------------------------------------------------ 12.009,06 ABŞ dolları; faiz borcu üzrə------------------------------------------------------- 7.903,64 ABŞ dolları. Qeyd edilir ki, iş materiallarında 05 may 2015-ci il tarixli, 11-G1-1-0-554-15 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan 12.01.2021-ci il tarixli maliyyə arayışında müəyyən edilir ki, Cavabdeh1 həmin tarixə olan borcu 11103.36 ABŞ dolları əsas, 7083.66 ABŞ dolları faiz, 4156.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.09.2018-ci il tarixdən 14.11.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1265.30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23608.74 ABŞ dolları təşkil edir. İş materiallarından olan "xxxx" MMC tərəfindən verilən 16.08.2021-ci il tarixli, 305/E №-li ekspert rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m əsas, 46.3 kv.m yardımçı sahədən ibarət olan Cavabdeh2 məxsus fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 35.000 (otuz beş min) manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 göndərilən 07.09.2020-ci il tarixli bildiriş məktubundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. Eləcə də 15.09.2020-ci il tarixli "xxxx" İKB ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən 07.09.2020-ci il tarixli bildirişin qeydə alması xahiş edilmişdir. 0 Bildiriş 05.09.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 öz öhdəliklərinin icrası barədə İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh1 08 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, iddia tələbində Cavabdeh1 12.01.2021-ci il tarixinə Banka olan əsas borcu 11103.36 ABŞ dolları manat, faiz borcu 7083.66 ABŞ dolları, cərimə borcu 4156.42 manat və kredit müqaviləsi üzrə 08.10.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1265.30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 23608.74 ABŞ dolları göstərilməsinə baxmayaraq, ekspert rəyində Cavabdeh1 12.01.2021-ci il tarixinə (maliyyə arayışının verildiyi tarixə) banka olan əsas borcu 12009,06 ABŞ dolları olsa da iddiaçı hazırda iddia ərizəsində 11103.36 ABŞ dolları əsas borc tələb etdiyindən əsas borc 11103.36 ABŞ dolları, faiz borcu müqavilənin müddətinin bitmə tarixinə ekspert rəyinə əsasən 6545,94 ABŞ dolları müəyyən edilməlidir. 4156,42 ABŞ dollar cərimənin məbləği tərəflərin mənafeləri nəzərə alınmaqla azaldılaraq 415ABŞ dolları müəyyən edilməli və %5 hesablanmış 1265,30 ABŞ dolları da nəzərə alınmaqla, 11103.36 ABŞ dolları əsas borc, faiz borcu 6545,94 ABŞ dolları, 415ABŞ dolları cərimə borcu 5 faizlə hesablanmış 1265,30 ABŞ dolları olmaqla cəmisi 19 329,6 ABŞ dolları məbləğində pul Məmmədov Hafiz Tacəddin oğlundan iddiaçının xeyrinə tutulmalı, bu hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri mütəxəssis rəyinə əsasən 35 000 manat müəyyən edildiyindən, bunu təkzib edən sübut iş materiallarında olmadığından həmin məbləğ müəyyən edilməlidir. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə iddia tələbinin evin hərracdan satılandan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tələb ipoteka predmetinə yönəldiyi halda cavabdehlərin həmin evi boşaltmaları və evin banka təhvil verilməsi barədə iddiaçı qarşısında hər hansı notariat qaydada təsdiqlənmiş yazılı öhdəlikləri yoxdur, ipoteka qoyandan isə belə bir razılıq tələb olunmadığından məhkəmə hesab edir ki, iddia bu hissədə qismən Məmmədov Tacəddin Kamandar oğlu ev hərracdan satılandan bir ay sonra oradan çıxmalı, oranı boşaltmalı və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilməli, digər cavabdehlərə münasibətdə isə bu hissədə iddia təmin edilməməlidir. İddia tələbinin evin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidməti haqqı olmaqla, ümumilikdə 60 manat məhkəmə xərcinin 20 manat məbləğindəki hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 11103.36 ABŞ dolları əsas borc, 6545,94 ABŞ dolları faiz borcu, 415ABŞ dolları cərimə borcu, 5 faizlə hesablanmış 1265,30 ABŞ dolları olmaqla cəmi 19 329,6 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyəti Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh2 ev hərracdan satılandan bir ay sonra oradan çıxarılmalı, oranı boşaltmalı və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilməli, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinin likvid dəyəri 35 000 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə ekspertizası üzrə 100 manat məbləğində məhkəmə xərci vardır. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ekspertiza xərcinə görə 50 manat iddiaçıdan, 50 manat isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 11103.36 ABŞ dolları əsas borc, 6545,94 ABŞ dolları faiz borcu, 415 ABŞ dolları cərimə borcu, 5 faizlə hesablanmış 1265,30 ABŞ dolları olmaqla cəmi 19 329,6 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinə yönəldilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İpoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evi hərracdan satılandan bir ay sonra Məmmədov Tacəddin Kamandar oğlu oradan çıxarılsın, oranı boşaltsın və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər küçəsində yerləşən, 3 otaqlı, 120.3 kv.m ümumi, 74 kv.m yaşayış, 46.3 kv.m yardımçı sahədən ibarət 29 saylı fərdi yaşayış evinin likvid dəyəri 35 000 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci olaraq İddiaçı ASC-dən 50 manat və Cavabdeh1 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1655/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1655/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver