Məhkəmə qərarları › İş №2(012)-167/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-167/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-167/2020 08.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin nümayəndəsi X1? Cavabdeh, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 iştirakları ilə, İddiaçı «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmtinə yönəldilməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxx» ASC (əvvəlki adı- İddiaçı İKB ASC) iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, Cavabdeh «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin xeyrinə 06oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5016,55 ABŞ dolları əsas, 9630,34 ABŞdolları faiz, 632,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdənxx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 281,35 ABŞ dollarıməbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15561,09 ABŞ dolları borcun və 30manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanınyönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olanAbşeron rayonu, Xırdalan şəhəri , Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4kv.m yaşayış, 6,1.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 hatorpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcunAbşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4kv.m yaşayış, 61.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 hatorpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-yəödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnaməninqalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olanAbşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4kv.m yaşayış, 61.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 hatorpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra CavabdehAbşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4kv.m yaşayış, 61.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 hatorpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evininboşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı «xxxxxxxxx» ASC (əvvəlki adı- İddiaçı İKB ASC) iddia ərizəsinə əlavə iləbağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh«xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1991,45 ABŞ dolları əsas, 9630,34 ABŞ dolları faiz, 865,69 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 389,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12877,28 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri , Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4 kv.m yaşayış, 6,1.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4 kv.m yaşayış, 61.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4 kv.m yaşayış, 61.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri , Niyazi küçəsində yerləşən, 4 otaqlı, 120.6 kv.m ümumi, 59.4 kv.m yaşayış, 61.2 kv.m yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, 2015-ci il 06 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı İKB ASC-nin “12 saylı” filialından illik 25 faizlə 36 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, 4 otaqlı, 12.06 kv.metr ümumi, 59.4 kv metr yaşayış, 61.2 kv.metr yardımçı sahədən ibarət 80B nömrəli fərdi yaşayış evi və 0.0105 ha torpaq sahəsi 2015-ci il 06 oktyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 06 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş edilmədikdə hər gecikdirilən gün üçün gecikdirilən məbləğin illik 36 faizə cərimə hesablanıb borcludan tələb edir. Cavabdeh sadəcə 2 ay qrafik üzrə ödəniş etsə də, digər ödənişlərin hamısı qrafikdən kənar ödənişlərdir. Cavabdeh banka axırıncı dəfə 2019-cu ilin iyul ayında ödəniş etmişdir və edilən ödəniş tam hissədə ana borca çıxılmışdır. Əgər cavabdeh bir dəfəyə ana borcun hamısını ödəsə, ona faiz borcunda güzəştlər edilə bilər. Cavabdeh əsas borcunu ödəyərsə bank sadəcə cərimə borcunu silə bilər, faiz borcunu isə silə bilməz. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1991,45 ABŞ dolları əsas, 9630,34 ABŞ dolları faiz, 865,69 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 389,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12877,28 ABŞ dolları borcu vardır. xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borcalan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Mən həqiqətən də 2015-ci il 06 oktyabr tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-nin 12 saylı filialından illik 25 faizlə 36 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, bankdan kredit götürəndə dolların kursu 0.78 manat idi. Lakin devalvasiyadan sonra o, aylıq ödənişləri etməkdə çətinlik çəkməyə başlamışdır. Borcu ödəməkdən boyun qaçırmır. Faiz borcu isə həddən artıq çox hesablanmışdır. Devalvasiyadan sonra o, borcunu ödəyə bilməmişdir.Halhaırda ödəniş edərək əsas borcu tam bağlamışdır. Hesab edir ki, faiz borcu və cərimə çox şişirdilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X4 məhkəmə iclasında ifadəsində bildirdi ki, «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh ilkin faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 19000 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixədək 18.525 ABŞ dolları məbləğində ödəniş etmişdir. Cavabdehin müqavilənin bitdiyi vaxta yəni xx.xx.2018-ci il tarixə olan əsas borcu 17.163.16 ABŞ dolları və faiz borcu 4.876.83 ABŞ dolları təşkil edir. Birinci ekspertin rəyində hesablama cədvəli əlavə edilməmişdir. Çox güman ki, hesablama cədvəli çox uzun olduğuna görə birinci ekspertin rəyində hesablama cədvəli öz əksini tapmamışdır. Bu səbəbdən də o, hər iki ekspert rəyi arasında olan ziddiyyətlərə aydınlıq gətirə bilmir. Vətəndaş banka ümumilikdə 18525,87 ABŞ dolları ödəniş etmiş və həmin məbləğin 4503,08. ABŞ dolları əsas borca 14022,79 ABŞ dolları isə faiz borcuna silinmişdir. Hesablamalar adi riyazi düstura əsasən aparılır. Belə ki, ödənişlərin arasında olan gün sayı və bir günə olan faiz dərəcəsi tapılır və ödəniş edilməyən gün sayı bir günlük faizə vurlur. Eyni zamanda o, hesablama apararkən hesablamaları Mülki Məcəllənin müddəalarına əsasən, ilkin olaraq ödənilən puldan faiz borcunu və daha sonra isə əsas borcu silir. Bank ola bilsin ki, vətəndaşın ödənişlərinə əsasən, ilkin olaraq əsas borcdan, daha sonra isə faiz borcundan silmişdir. Ekspert rəyinin məcburi bir qüvvəsi yoxdur və məhkəmə qərar verərkən ekspert rəyini əsas götürməyə də bilər. Cavabdeh kredit müqaviləsi üzrə pulu götürdükdən sonra ilkin üç ay qrafiq üzrə ödənişlər etsə də, 4-cü aydan başlayaraq, qrafiq üzrə müəyyən edilən vəsaitdən az ödənişlər etmiş və 2016-ci ilin avqust ayının 8-dən başlayaraq 365 gün heç bir ödəniş etməmişdir. Hesablama cədvəlinə baxılsa cavabdehin uzunmüddətli gecikmələri olduğunu görmək mümkündür. İş materialarında olan AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsi üzərində fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-143-15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı İKB ASC Cavabdeh illik 25 % dərəcəsi ilə 36 ay müddətinə 19000 ABŞ dolları məbləğində borc pul vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-143-15 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-143-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsinin və ümumi sahəsi 120.6 kv.metr, yaşayış sahəsi 59.4 kv.metr, yardımçı sahəsi 61.2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 50000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı İKB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27990 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-143-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri naraq alaraq Cavabdeh İddiaçı İKB ASC-yə xx.xx.2019-cu il tarixinə olan kredit borcu əsas borc üzrə 5016,55 manat, faiz borcu üzrə 9630,34 manat olmaqla cəmi 14646,89 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/339 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-143-15 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə ödənilməli olan kredit borcu xx.xx.2018-ci il tarixinə olan kredit borcu əsas borc üzrə 17163,16 ABŞ dolları, faiz borcu üzrə 4876,83 ABŞ dolları, xx.xx.2020-ci il tarixinə olan kredit borcu əsas borc üzrə 14496,92 ABŞ dolları, faiz borcu üzrə 149 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan MilliÖN elektron ödəmə sisteminin 22089 №-li, xx.xx.2020 tarixli qəbzindən görünür ki, Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC-nin hesabına 1000 ABŞ dolları məbləğində pul ödənilmişdir. İş materiallarında olan «xxxxxxxxx» ASC-nin xx.xx.2020 tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC-nin hesabına 930 ABŞ dolları məbləğində pul ödənilmişdir. İş materiallarında olan e-Manat elektron ödəmə sisteminin 68774 №-li, xx.xx.2020 tarixli qəbzindən görünür ki, Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC-nin hesabına 105 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi, eksperti dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC) arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh xx.xx.2015-ci il tarixli, 24- G1-1-0-143-15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərardadları ilə mülki iş üzrə ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27990 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizanın nəticəsi olaraq əsas və faiz borc üzrə məbləğ manatla hesablanmışdır. Odur ki, məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla təkrar ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/339 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-143-15 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə ödənilməli olan kredit borcu xx.xx.2018-ci il tarixinə olan kredit borcu əsas borc üzrə 17163,16 ABŞ dolları, faiz borcu üzrə 4876,83 ABŞ dolları, xx.xx.2020-ci il tarixinə olan kredit borcu əsas borc üzrə 14496,92 ABŞ dolları, faiz borcu üzrə 149 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, rəydə göstərilən məbləğ iddia tələbində tələb olunan məbləğdən çox olduğundan və iddiaçı tərəfindən iddia tələbinin artırılması ilə bağlı ərizə təqdim edilmədiyindən əsas və faiz borca iddia tələbində göstərildiyi kimi qiymət verilməlidir. İş materiallarında olan MilliÖN elektron ödəmə sisteminin 22089 №-li, xx.xx.2020 tarixli qəbzi, «xxxxxxxxx» ASC-nin xx.xx.2020 tarixli mədaxil qəbzi və e-Manat elektron ödəmə sisteminin 68774 №-li, xx.xx.2020 tarixli qəbzindən göründüyü kimi iddia tələbində göstərilən 1991,45 ABŞ dolları məbləğində əsas borc cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Odur ki, cavabdehdən kredit müqaviləsi üzrə yalnız 9630,34 ABŞ dolları faiz, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 281,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda və cərimə məbləğinə qiymət verilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 865,69 ABŞ dolları məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 ABŞ dolları məbləğində olmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı İKB ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120.6 kv.metr, yaşayış sahəsi 59.4 kv.metr, yardımçı sahəsi 61.2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılmasıtələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120.6 kv.metr, yaşayış sahəsi 59.4 kv.metr, yardımçı sahəsi 61.2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin hərrac keçirildikdən və o, satıldıqdan sonra bir ay müddətində Cavabdehunun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsi ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRXdə qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Məhkəmə hesab edir ki, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi dəqiq və konkret olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizalara görə 300 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxx» ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin xeyrinə 06oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9630,34 ABŞ dolları faiz, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdənxx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 389,08 ABŞ dollarıməbləğində əldən çıxmış fayda, 10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 10030,14 ABŞ dolları (on min otuz dollar, on dörd sent) məbləğində borc və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ödənilsin. İddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120.6 kv.metr, yaşayış sahəsi 59.4 kv.metr, yardımçı sahəsi 61.2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120.6 kv.metr, yaşayış sahəsi 59.4 kv.metr, yardımçı sahəsi 61.2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti cavabdehin borcuna yönəldilsin. İddia tələbi ünvan 1 ünvanında yerləşən 0.0105 ha olan torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120.6 kv.metr, yaşayış sahəsi 59.4 kv.metr, yardımçı sahəsi 61.2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin hərrac keçirildikdən və o, satıldıqdan sonra bir ay müddətində Cavabdehunun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertizaların xərci olaraq 300 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ013601**********3944; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar