Məhkəmə qərarları › İş №2(012)-1670/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1670/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1670/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması barədə ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Milli Arxiv İdarəsinin Sumqayıt filialının Saray kənd Sovetinin 1 №-li Təsərrüfatbaşına kitabının 22 iyun 2017-ci il tarixli, 66 №-li arxiv arayışında göstərilən X3 İME № 468399 saylı “nikah haqqında şəhadətnamə”də, A3 № ******* saylı “doğum haqqında şəhadətnamə”də və AZE seriyalı 17810784 saylı şəxsiyyət vəsiqəsində göstərilən X6, X1 AZ-V № 378216 saylı “doğum haqqında şəhadətnamə”də və AZE seriyalı 06878520 saylı şəxsiyyət vəsiqəsində göstərilən X2, X4 A3 № ******* saylı “doğum haqqında şəhadətnamə”də və AZE seriyalı 01650157 saylı şəxsiyyət vəsiqəsində göstərilən X5 ilə eyni şəxs olmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə müəyyən dəqiqləşmələr aparmalı olduğundan ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar