Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1681/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə 09 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, abonent kodu: **********01470 olan mənim adıma hesablanmış 403 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Qubadlı rayonundan məcburi köçkün kimi hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə yerləşən 453 saylı evdə yaşayır. Belə ki, 21.09.2020-ci il tarixdə evinə yeni sayğac quraşdırılan zaman ona bildirdilər ki, əvvəlki sayğacın plasmas borusu deşilmiş və qanunsuz şəkildə qazdan istifadə edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək, ona təqdim edilmişdir. Həmin sayğac evinə quraşdırılan zaman ona bildirilmişdir ki, **********47000 kodlu sayğaca dair 403 manat məbləğində cərimə edilmişdir. 2018-ci ildə yaxılmış cərimə məbləğindən onun bu günlərdə xəbəri olmuşdur. 2 ildir ki, məsələdən onu heç kim xəbərdar etməmişdir. Belə ki, nə sayğac çıxarılarkən, nə də ki, yenisi ilə əvəz edilən zaman onun iştirakı təmin olunammışdır. Yeni sayğac quraşdırılan zaman həyat yoldaşı evdə olmuş və ona heç bir məlumat verilmədən bir sənəd təqdim edərək, imzalamasını xahiş etmişdirlər. Həyat yoldaşı da nə sənəd olduğunu soruşduqda yeni saycağı qəbul etməyi ilə bağlı olduğunu bildirmişdirlər. Övladı Mustafa hərbiçidir və daim onun yanında ola bilmir. Müxtəlif rayonlarda ezamiyyətdə olur. Mustafa onun yanına gəldikdən sonra bütün bu baş verən hadisələrdən xəbəri olmuşdur. Oğlu Mustafa ilk əvvəl kömək olunmasında ötrü rəsmi şəkildə ərizə ilə Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin rəisinə müraciət etmişdir, həmin məktuba 06.01.2021-ci il tarixdə cavab verilərək, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq yeni G-4 markalı **********3 nömrəli mexaniki qaz sayğacı ilə əvəzlənmiş, mexaniki qaz sayğacı vasitəsi ilə istifadə edilmiş təbii qaza görə 69,90 manat, G-4 markalı 1002AQ**********4 nömrəli qaz sayğacının klapanı bağlandığından ödəniş edilmədən təbii qazdan istifadəyə görə isə 72 manat olmaqla, istehlakçı hesabında ümumilikdə 545,10 manat borc yarandığı bildirilmişdir. O, 69,90 manatı və 72 manat pulu ödəmiş, lakin qeyd edilən digər cərimə məbləğini qəbul etmədiyi üçün ödəməmişdir. Çünki bu qeyd edilənlər həqiqəti əks etdirmir. Onun evinə quraşdırılmış təbii qaz sayğacı evinin küçəyə baxan divarına quraşdırılmış və həmin yolu müxtəlif - müxtəlif insanlar istifadə edir. Bundan əlavə həmin sayğac çıxarılan zaman onun iştirakı təmin olunmamış və yerinə ona bu barədə heç bir məlumat verilməmişdir. Hadisədən 2 il keçdikdən sonra onuj cərimə məbləği ilə şifahi şəkildə məlumatlandırmışdırlar. O, İİ qrup əlildir. Tək gəliri əlilik üçün aldığı təqüddür. O, qəti şəkildə qanunsuz qəbul edilmiş aktı qəbul etmir. Çünki qəbul edilmiş akta əsas olan fikirlər yalandır və həqiqəti əks etdirmir. Cavabdeh əməkdaşları qanunsuzluqlar edərək, onun kimi bir çox vətəndaşların başına sözün əsl mənasında bu oyunları açmışdırlar. Öz səhvlərini vətəndaşlara yükləyərək, xeyli miqdarda pul cəriməsi ilə yüklü etmişdirlər. Yaşadığı ərazidə onun başına gələn hadisə digər qonşularında başına gəlmiş və hamıya cərimə tətbiq edərək, guya qaz sayğacının plastmas borşunun deşildiyini bildirirlər. Cavabdeh onlar kimi vətəndaşları hədəfə alaraq, qanunsuzluq edərək, hüquqlarını pozmaqla məşğuldurlar. Qaz sayğacını yoxlamaq üçün qapıya hər dəfə başqa - başqa işçilər gəlir. Əvvəl gələn işçini soruşduqda qanunsuz əməllərinin aşkara çıxarıldığını deyərək, işdən uzaqlaşdırıldığını bildirirlər. Onlaın başına bu oyunlar vəzifə səlahiyyətlərindən sui- istifadə edən işçilər tərəfindən edilir. O, hüquqlarının bərpa olunmasında ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək akt əsasında hesablanmış 403 manat dəymiş ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən fotoşəkil çəkilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 403 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********01470 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018-ci il tarixli ******* saylı akt, akt əsasında 30.03.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğaca müdaxilə faktını təsdiq edən fotoşəkil çəkilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ-4 (dörd gözlü qaz plitəsi)-ün maksimal saatlıq sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ(qənaətli su qızdırıcısı)- atlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş hesabat müddəti 60 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 2016 m3 x 0,20 manat = 403 manat. Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın plombunun sındırıldığı müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Qeyd olunan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 403 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01470 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, sayğacın plombunun sındırıldığı aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 403,20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 403 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 403 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********01470 olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə hesablanmış 403 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1681/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1681/2021
09.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver