Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1686/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5013.40 manat məbləğində zərər 242.00 manat məbləğində debitor borcu olmaqla, 5255.40 manat məbləğində borcun, habelə iddiaçı tərəfindən ödənilmiş 72.60 manat məbləğində dövlət rüsumu və pozulmuş hüquqlarının bərpası üçün nümayəndəyə (vəkilə) ödədiyi 300 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan X8 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh Rahim oğlu arasında 17.02.2017-ci il tarixdə 14/7725 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərd yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və qaz xətti üzərində **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdar istifadə qaydaları”nın tələblərinə əməl etmək), “X6 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttin* qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbi qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkaı olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsiri hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbi X6 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, İddiaçı İB-nə cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətlər nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 14.09.2016-cı il tarixli ******* saylı akt - 64.80 manat, 08.09.2017-ci il tarixli ******* saylı akt - 873.60 manat, 24.01.2018-ci il tarixli ******* saylı akt – 1011.00 manat, 19.02.2018-ci il tarixli ******* saylı akt – 129.60 manat, 30.03.2018-ci il tarixli ******* saylı akt – 200.80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt- 658.80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt – 97.20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt – 133.20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt – 133.20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt – 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt – 32.40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt- 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt – 32.40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt- 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt-32.40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt – 133.20 manat, 30.12.2020-ci il tarixli ******* saylı akt – 194.40 manat, 30.01.2020-cu il tarixli ******* saylı akt- 295.20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt- 295.20 manat, 11.03.2020-ci il tarixli ******* saylı akt- 108.20 manat, cəmi 5013,40 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə cavabdeh istifadə etdiyi təbii qaza görə ödəniş etməmiş, onun 2020-ci il və 2021-ci ilin mart ayına kimi olan dövr üzrə 242.00 manat məbləğində debitor borcu yaranmışdır. Beləliklə, hazırda cavabdehin İddiaçınə qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmaqla qeyri-qanuni istifadə etdiyi təbii qaza görə 5013.40 manat, sayğac vasitəsi ilə istifadə etdiyi və ödəmədiyi təbii qaza görə 242.00 manat olmaqla, cəmi 5255.40 manat məbləğində borcu qalmaqdadır. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsiri və qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qismən qəbul etdiyini bildirdi. Qeyd etdi ki, 2016-cı ildən evinə qaz verilmişdir. Əvvəl sayğac kartla idi, sonradan mexaniki sayğac quraşdırılmışdır. Maddi imkanı aşağı olduğundan ödənişləri vaxtında ödəyə bilmir. Qaz idarəsindən gəlib baxış keçilməsindən məlumatı olmamışdır.Soyuq aylarda, qaz zəif olanda bir dəfə kənar qoşulma olub. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə cavabdeh X4 arasında bağlanmış 17.02.2017-ci il tarixli, 14/7725 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Mülki işin materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X6 pozulması haqqında 14.09.2016-cı il tarixli ******* saylı, 08.09.2017ci il tarixli ******* saylı, 24.01.2018-ci il tarixli ******* saylı, 19.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2020-ci il tarixli ******* saylı, 30.01.2020-cu il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 11.03.2020-ci il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən cavabdeh X3 məxsus ünvanda (abonent kodu: **********00000) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq aktlar tərtib olunmuşdur, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, birtərəfli qaydada tərtib edilmişdir, bununla belə cavabdeh cəmi bir dəfə sayğacdan kənar təbii qazdan istifadə etməsini etiraf etmişdir. Mülki işin materiallarında olan 11 mart 2020-ci il tarixli abonentin saldosundan cədvəlindən müəyyən edilir ki, cavabdeh X4 tərəfindən İddiaçınə 30 dekabr 2019-cu il tarixli akt əsasında 194.40 manat ziyan dəymişdir. Bundan əlavə olaraq cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il və 2021-ci il mart ayına kimi 242.00 manat borcu qalmışdır. Mülki işin materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 72.60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdeh X2 yaşadığı (abonent kodu: **********00000) Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq, iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, sonuncu 30.01.2020-cu il tarixli ******* saylı akt- 295.20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt- 295.20 manat, 11.03.2020-ci il tarixli ******* saylı akt- 108.20 manat, cəmi 698,60 manat dəymiş ziyana görə və 242 manat debitor borcu olaraq pul cavabdeh X1 tutulub iddiaçıya ödənilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh X1 hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün 300 manat məbləğində xidmət haqqı ödəməsini iddia etsə də, bununla bağlı sübutu (ödəniş qəbzini) məhkəməyə təqdim etməmişdir.Ona görə də, məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 72.60 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 698,60 manat və 242.00 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 970,6(doqquz yüz yetmiş manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı Azərbaycan X8 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1686/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1686/2022
12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver