Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-17/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, RX ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1350 ha torpaq sahəsinin 0,0846 ha hissəsi üzərində Cavabdeh tərəfindən çəkilmiş daş hasarın Cavabdeh vəsaiti hesabına sökülərək, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1350 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpağa dair mülkiyyət hüququ əldə etdikdən bir müddət sonra torpaq sahəsini daş hasara almaq istəmişdir. Torpaq sahəsinin yerləşdiyi yerə baş çəkərkən torpağın bir hissəsinin kənar şəxslər tərəfindən zəbt olunduğunu görmüşdür. Qonşu torpaq sahəsinin sahibləri ilə danışıqlar apararaq ona məxsus torpağın boşaldılmasını xahiş etmişdir. Eyni zamanda torpaq sahəsinin sərhəd koordinatlarının müəyyən edilməsi üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan sonra müəyyən oldu ki, torpaq sahəsinin 0,0846 ha hissəsi zəbt olunaraq daş hasara alınmışdır. Bundan sonra torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi üçün Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, ona məxsus torpaq sahəsi hazırki iş üzrə cavabdeh tərəfindən zəbt olunaraq daş hasara alınmış olsa da, cavabdehin də torpağa dair Çıxarışı mövcuddur. Bu səbəbdən də cinayət işinin başlanılması rədd edilərək, mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Artıq pozulmuş hüquqlarının başqa üsul və vasitə ilə bərpa olunması qeyrimümkün olduğundan məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, 2004-cü il tarixdə torpağı alqı-satqı yolu ilə almışdır. Torpağın 0,6794 ha sahəsi var və o vaxt torpağı alanda gəlib yerini göstərdilər ki, buradan hasar çəkə bilərsiz. Əvvəllər hasar çəkmədi, yalnız ağac əkirdi. Sonradan ölçüləri dəqiqləşdirib hasar çəkdi. Onu da qeyd edir ki, həmin ərazıdə yeganə insan odur ki, torpağı təyinatı üzrə istifadə edir. Qalan hər kəs ev tikib yaşayır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsi - kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan xx.xx.2012-ci il tarixli, **********418 reyestr nömrəli, 0.1350 ha torpaq sahəsinin plan ölçüdəki koordinatları mövqetəyinetmə cihazı vasitəsi ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sənəd üzrə torpaq sahəsinin 0.0846 ha hissəsi başqa şəxs tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0504 ha hissəsi isə boş əraziyə düşür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.1350 ha torpaq sahəsinin bir hissəsinin tanımadığı şəxs (şəxslər) tərəfindən zəbt edilməsi barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-1210/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair iddia təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-124/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşin materiallarında olan X1 verilmiş xx.xx.2021-ci il tarixli 94 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AA 039253 nömrəli, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündəki döngə nöqtələrinin koordinatlarının naturadakı yerindən (pay torpaqlarının bölgü layihəsində əks olunan yerdir) 30 metr aralıda şimal tərəfdə yerləşməsi və torpaq sahəsinin sənəd üzrə koordinatlarının səhvən Cavabdeh və digər iki vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin üzərinə işlənməsi müəyyən edilir. - İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AA 039253 nömrəli, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündəki döngə nöqtələrinin koordinatları nəzərə alınmaqla, həmin torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,6794 ha torpaq sahəsi ilə qismən üst-üstə düşdüyü müəyyən edilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-540/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 10/2596 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1350 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsini Cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-124/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2023-cü il tarixli 10/6069 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin mühəndisi A. Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********18 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2015-ci il tarixli, **********34 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,6794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsi - kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı mülkiyyətindədir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1350 ha torpaq sahəsinin 0,0846 ha hissəsi üzərində Cavabdeh tərəfindən çəkilmiş daş hasarın Cavabdeh vəsaiti hesabına sökülərək, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilsə də, iş üzrə ekspert rəyindən göründüyü kimi Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********18 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2015-ci il tarixli, **********34 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,6794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.Ekspertiza rəyini təkzib edən hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğ iddiaçıdan tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülsün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 100 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-17/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-17/2023
04.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver