Məhkəmə qərarları › İş №2(012)-1707/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1707/2022

18.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1707/2022 18.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin, maliyyə arayışının etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması» tələbi barədə iddia ərizəsi nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2020-ci il tarixli, 022-M saylı müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi və İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli, 232 saylı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin hazırki iş üzrə İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19 A, mənzil 24-də, iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Ağayev X1 şəhəri, Natəvan küçəsi, ev 24-də qeydiyyatdadırlar. Cavabdehlərin rəsmi qeydiyyatı Bakı şəhəri, Nərimanov rayonu və Şamaxı şəhəri olduğundan məhkəmə AR MPM-in 35.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehlərdən birinin qeydiyyatda olduğu Nərimanov rayon məhkəməsinə və ya Şamacı şəhər məhkəməsinə müraciət etməli və mülki işə həmin məhkəmədə baxılmalıdır. İddiaçı MMC iddia ərizəsinin məzmununda müstəsna aidiyyət qaydlarını tənzimləyən AR MPM-in 39-cu maddəsinə istinad edərək mülki işin baxılması üçün Abşeron rayon məhkəməsinə göndərmişdir.Lakin,məhkəmə iddia ərizəsini bütövlükdə mahiyyəti üzrə qiymətləndirərək hesab edir ki, İddiaçı MMC AR MPM-in 39-cu maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki,mülki işin faktiki hallardan göründüyü kimi, iddia tələbinin mahiyyəti müqavilənin etibarsız sayılması ilə əlaqədar olduğundan, iddia ərizəsində də əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normalarına istinad edildiyindən, müqavilənin etibarsız sayılması ilə, AR Mülki Məcəllənin 337.5-ci maddəsinə görə tərəflər əqd üzrə ilkin vəziyyətə qaytarılmalı olduğundan,yəni özü-özlüyündə mübahisəli əmlakın da sahibliyə qaytarılmasını özündə ehtiva etdiyindən məhkəmə hesab edir ki, hazırki tələb müstəsna aidiyyət qaydlarını tənzimləyən AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmür. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin, maliyyə arayışının etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması» tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin, maliyyə arayışının etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar