Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1711/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin nümayəndəsi X3, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin Cavabdeh (İİİ şəxs "xxxx" ASC) qarşı yüksək gərginlikli mühafizə zonasında tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC "xxxx" MMC Cavabdeh (İİİ şəxslər "xxxx" ASC) qarşı yüksək gərginlikli mühafizə zonasında tikintinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın tam altında xəttin mühafizə zonasında vətəndaş Cavabdeh Kərrar oğlu tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 220 kv-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın tam altında xəttin mühafizə zonasında qeyri-qanuni tikinti işləri aparılmışdır. Həmin əraziyə "xxxx" MMC-nin işçiləri tərəfindən tikintinin təcili dayandırma haqqında xəbərdarlıq edilmişdir. Cavabdeh Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 220 kv-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın tam altında xəttin mühafizə zonasında xx.xx.2019-cu il tarixdə tikinti işlərii aşkar edilmiş, xəbərdarlıq edilərək bu haqda xx.xx.2019-cu il tarixdə 159 saylı akt tərtib edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş Cavabdeh tikinti işlərinii davam etdirmişdir. Bu məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə xx.xx.2019-cu il tarixli 16/01-20/835 saylı məktubla, Abşeron rayon Polis İdarəsinə xx.xx.2019-cu il tarixli 16/01-20/835 saylı məktubla, "xxxx" ASC-nin Vitse-Prezidentinə xx.xx.2019-cu il tarixli 116/01-13-653 saylı məktubla yazılı müraciətlər edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən xx.xx.2019-cu il tarixli x/1061 saylı məktubla cavab verərək bildirmişlər ki, Ceyranbatan qəsəbəsi ərazisində Cavabdeh Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə dair heç bir icazə sənədi verilməmişdir. Abşeron rayon Polis İdarəsinin müavini Polis polkovniki xx.xx.2019-cu il tarixli **********19 saylı məktubla cavab verərək bildirmişlər ki, tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli RX №1348625 saylı 0,03 h sahə Cavabdeh adına çıxarış verilmişdir. Çıxarışın olması tikintinin aparılmasına əsas vermir. Müvafiq İcra Hakimiyyəti Orqanlarının razılığı əsasında tikinti aparıla bilər. Aparılmış danışıqlara və müraciətlərə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. İddiaçı Məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC "xxxx" MMC-nin nümayəndəsi X6 iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. İş üzrə 3-cü şəxsin nümayəndəsi Cəmilə Əliyeva iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh cəza çəkdiyi 2 saylı Cəzaçəkmə Müəssisəsinə iş üzrə yazılı izahatının məhkəməyə göndərilməsi, məhkəmə iclaslarında iştirak edib etməməyi barədə fikrinin məhkəməyə bildirməsi barədə sorğu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir.Məhkəmə tərəfindən cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlanılmış, bildirilmişdir ki, Cavabdeh iddianı qəbul etmir və məhkəmədə iştirak etmək istəmir. O halda məhəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli X/1061 saylı məktubundan görünür ki, Ceyranbatan qəsəbəsi ərazisində Cavabdeh Kərrar oğluna Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə dair heç bir icazə sənədi verilməmişdir. Əlavə olaraq bildirilir ki, tikintilərin dayandırılması və sökülməsi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. Mülki işin materiallarında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi X5 adına xx.xx.2018-ci il tarixdə **********4 qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan və xəbərdarlıqdan görünür ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən və "xxxx" MMCnin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın tam altında xəttin mühafizə zonasında Cavabdeh həqiqətən tikinti işləri apardığından ona tikilinin qanunsuz olduğu, qanunsuz zəbt etdiyi ərazini qısa müddətdə boşalması bildirilmiş, əks təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarından olan Abşeron rayon Polis idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində 220 KV-luq 1-ci Zabrat HX-nin mühafizə zonasında tikinti işi aparmış Cavabdeh atası X1 RPİ-yə dəvət olunaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarının tələbləri izah olunmaqla tikintinin diyandırılması barədə xəbərdarlıq edilmişdir. Tikinti aparılacağı tədbirdə barəsində qanuna uyğun tədbir görüləcəkdir. Hal hazırda orada heç bir tikinti işi aparılmır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4007 nömrəli rəyindən müəyyən edilir ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 220 kV-luq hava elektrik xəttinin hər-iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25 m müəyyən edilmişdir. Ekspertə təqdim edilmiş ünvana tikinti (-lərin) mövcud olmadığına (artıq sökülüdyünə) görə, qərardadın birinci, ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmadı. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 10 iyun tarixli 103 №-li Qərarının 5-ci bəndinə əsasən Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək; c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək; ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4007 nömrəli rəyindən müəyyən edilir ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 220 kV-luq hava elektrik xəttinin hər-iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25 m müəyyən edilmişdir. Ekspertə təqdim edilmiş ünvana tikinti (-lərin) mövcud olmadığına (artıq sökülüdyünə) görə, qərardadın birinci, ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır.Təqdim olunan fotoşəkillərdən göründüyü kimi tikintinin bünövrə divarları qalmış və mişar daşları isə tikinti ərazisindədir. Odur ki məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın tam altında xəttin mühafizə inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün onun öz hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 102 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia təmin edildiyindən həmin məbləğ cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın tam altında xəttin mühafizə zonasında vətəndaş Cavabdeh Kərrar oğlu tərəfindən inşa edilmiş yarımtikili onun öz hesabına sökülsün. Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC "xxxx" MMC-yə verilsin. Cavabdeh 102 manat məbləğində pul vəsaiti məhkəmə xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE**********0002088501 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1711/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1711/2022
31.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver