Məhkəmə qərarları › İş №2(012)-1726/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1726/2024

27.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1726/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddia tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, şəhadətnamələrin ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahda olduqları dövrdə əldə etdiyi “HYUNDAİ AZERA” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında həmin nəqliyyat vasitələrinə verilmiş şəhadətnamələrin ləğv olunmas, “HYUNDAİ AZERA” minik markalı **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onun üçdə iki hissədə payının müəyyən olunması, Cavabdeh adına olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********67-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi üzərində onun üçdə iki payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 yanvar 2012-ci tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında bağlanmş nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılmaları qət edilmişdir. Tərəflər nikah dövründə “HYUNDAİ AZERA” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. Həmin avtomobilə dair şəhadətnamə 29 mart 2023-cü il tarixindən etibarən Cavabdeh adına verilmişdir. Sözügedən avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixində qeydiyyatdan çıxarıldığı vaxt nikahın pozulması və aliment tələbimə dair o, mediasiya təşkilatına müraciət etmişdir. Ərizəyə əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan da göründüyü kimi maşın cavabdehin adından qeydiyyatdan çıxarılmamışdan əvvəl sorğu göndərilmişdir. Məhkəməyə nikahın pozulması, aliment, uşağın himayəmdə qalması tələbi ilə müraciət etməmişdən xeyli vaxt əvvəldən onun cavabdehlə münasibəti pozulmuş, ailə münasibətinə son qoyulmuşdur. Faktiki olaraq ayrı yaşamışlar. Avtomobilin satılması barədə onun məlumatı və razılğı olmamışdır. Avtomobil satılarkən cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir. Buna görə də həmin avtomobillə bağlı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun həmin avtomobil üzərində 2/3 payı müəyyən edilməlidir. Bundan əlavə Abşeron rayonu, Hökməli qəsəbəsi, E.Cabbarov küçəsi ərazisində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə **********67 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********67- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin ev tərəflər nikaha daxil olduqdan sonra tam şəkildə tikilmişdir. Əvvəllər yarımtikili vəziyyətdə olmuşdur. Ləğv olunmuş DT və XK-i tərəfindən Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh adına 01 iyun 2005-ci il tarixli, JN-009F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Hazırda o, həmin avtomobil, torpaq sahəsi və fərdi yaşayış evinin üzərində payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə ərizə vermiş və iddia həcmini azaldaraq, Cavabdeh adına olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********67-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi üzərində onun üçdə iki payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4481/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə tarixdə Tovuz Rayon Qeydiyyat şöbəsində bağlanmış 21 №-li akt qeydli nikah pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməsi, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, E Cabbarov küçəsi ərazisində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh oğlunun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə **********67 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu. 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli, 4Ə- 1737 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən) alınmışdır həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. Sözügedən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh oğiunun adına mülkiyyət hüququ daşınmaz əmlakın döviəi reyestrində xx.xx.2013-cu il tarixdə **********67-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Ləğv olunmuş DT və XK-ı tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-cı il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu. Qovlar qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh adına 01 iyun 2005-ci il tarixli, JN-009F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, adına olan daşınmaz əmlakın 2/3 hissəsində iddiaçının payının müəyyən edilməsinə etiraz etmir. İşdən görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha girmiş və məhkəmə qətnaməsinə əsasən xx.xx.2023-cü ildə boşanmışlar. Birgə nikahdan onların Xanım və Şəhriyar adlı uşaqları olmuşdur. İşdən, həmçinin görünür ki, tərəflər birgə nikahda olarkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tikdirmişdirlər. İddiaçı həmin fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində 2/3 hissədə payının müəyyən olunmasını tələb edir. Cavabdeh mübahisəli daşınmaz əmlakların üzərində iddiaçının 2/3 hissədə payının müəyyən edilməsinə etiraz etmir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilirir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin birgə nikahı zamanı onların birgə vəsaiti hesabına əldə edildiyindən, həmçinin həmin fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsində cavabdehin razılığı mövcud olduğundan həmin əmlaklar üzərində tərəflərin payları müəyyən edilməlidir. Paylar İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X5rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini tam sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar