Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1729/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz hesablanmış məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış sayğaca istifadə etmədiyi qaz sərfıyyatına görə hesablanmış 3564 (üç min beş yüz altmış dörd) manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum atası X5 adına qeydiyyata alınmış, abonent kodu: **********20000 olan sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə 3564 (üç min beş yüz altmış dörd) manat cərimə olunmuşdur. Sayğacdan kənar təbii qazdan istifadə etdiyini etiraf edir. Ancaq cərimənin miqdarı ilə razılaşmır. Belə ki, həyətin çöl hissəsində quraşdırlmış smart tipli sayğac 03.12.2020-ci il tarixdə yeni mexaniki sayğac ilə əvəzlənmişdir. cəmi bir gün yəni 30.12.2020-ci il tarixində sayğacdan kənar tətbiq qazdan istifadə etmiş və həmin gündə bu hal X1 əməkdaşları tərəfindən aşkarlanmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli cərimə aktı tərtib olunmuşdur. Bir gün ərzində aktda qeyd edilmiş 3564 (üç min beş yüz altmış dörd) manatlıq qaz istifadə etməmişdir. Abonentin saldosunda göstərilmiş evdə istifadə olunan cihazların qaz sərfıyyatına görə cərimənin hesablanması daha ədalətli olardı. Buna görə də, hesab edir ki, hesablanmış cərimə borcu qanunsuz, əsassızdır və kənar təbii qazdan istifadə etməyi bir gün yox, bir neçə gün olması ilə bağlı cavabdehdə şübhələr varsa smart tipli sayğacın yeni mexaniki sayğacla əvəz olunduğu gündən yəni 03.12.2020ci il tarixdən akt tərtib edilən 30.12.2020-ci il tarixə qədər abonentin saldosunda göstərilən evdə istifadə olunan cihazların qaz sərfıyyatına görə cərimə hesablanmalı idi. Bütün bu qeyd etdiklərinə əsasən məsələni araşdırması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, abonent qeyri-qanuni yolla qaz xəttindən istifadə etmişdir. Qaz sayğacını çıxarıb rezin boru ilə qoşulmuşdur. Ona görə də, zərərlə bağlı tələbnamə tərtib edilmişdir. Abonent istifadə etdiyi sərfiyyata uyğun cərimə müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 30.12.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçı X6 məxsus ünvanda (abonenti kodu **********20000) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İşin materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının yaşadığı ünvanda sayğac 03.12. 2020-ci il tarixdə dəyişdirilmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30.12.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə m3/saat x 12 saat x 90 gün = 4320 m3 hesablanmışdır. Mülki işin materiallarında olan 30.12.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən müəyyən edilir ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, Kombi-nin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. (0.8x24x270=5184 m3 0.6x24x270=3888 m3 2.6x24x270=16848 m3 1.5x24x270=9720 m3), cəmi 35640 m3. Mülki iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 03.12.2020-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan, Mirqasımov küçəsində yerləşən fərdi yaşayış evində İtron G-4 markalı qaz sayğacı çıxarılaraq Zenner G-4 markalı **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Mülki iş materiallarında olan Abonent saldosundan görünür ki, abonent kodu **********20000 olan, ailə tərkibi 6 nəfər olan İddiaçı - ünvan 2 ünvanında 03.12.2020-ci il tarixdə Zenner G-4 markalı **********9 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Samovar (1/1) Qızıdırıcı radiator peçi (1/1), abonentin borcu dekabr 2020-ci il tarixinə 3564 manat hesablanmışdır. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 30.04.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası X7, anası X3r. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, 30.12.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, X6 məxsus qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı X7 imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30.12.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 0.8x24x270=5184 m3 0.6x24x270=3888 m3 2.6x24x270=16848 m3 1.5x24x270=9720 m3), cəmi 35640 m3, (3564 manat) 270 gün üçün əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan 03.12.2020-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********20000 olan ünvan üzrə dekabr 2020-ci il tarixli akt əsasında 3564 manat borc hesablanmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qazdan cəmi bir gün müddətinə qeyri-qanuni istifadə etdiyini bildirmişdir.İddiaçının izahatı işdə olan sənədlərlə də təsdiq olunur. Belə ki, iddiaçının yaşadığı ünvanda sayğac 03 dekabr 2020-ci il tarixdə dəyişdirilmişdir.Kənar qoşulma olduğu halda həmin vaxt cavabdeh tərəfindən həmin vaxt akt da tərtib oluna bilərdi. O halda məhkəmə cərimənin məbləğinin müvafiq olaraq bir aylıq müddət üçün saldoya müvafiq orta hesabla 66,33 manat götürlməklə cərimə borcunun məbləği 199manat müəyyən edilməli, İddiaçı yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********20000) dair hesablanmış 3564 manat borcun 3365 manatlıq hissəsi silinməli, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh İB-dən tutulub dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********20000) dair hesablanmış 3564 manat cərimə borcunun 3365 manatlıq hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1729/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1729/2022
26.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver