Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1753/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 3110,4 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və onların ünvanında mexaniki sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə guya sayğaca müdaxilə edilməsi ilə bağlı cərimə yazılmış və onun bu işdən xəbəri olmamışdır. O, cavabdeh təşkilata komissiya təşkil edilməsini və evə baxış keçirilməsini təklif etmiş, amma cavabdeh təşkilat bu təklif ilə razı olmamış və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun abonent koduna 3110,4 manat cərimə yazılmışdır. Bir dəfə ona məxsus evə quraşdırılmış sayğac yanmış, məsələ ilə bağlı Cavabdeh qaynar xəttinə müraciət etmiş, daha sonra Cavabdeh əməkdaşları tərəfindən sayğac dəyişdirilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra ona cərimə yazılmışdır. Əlavə olaraq bildirir ki, sözügedən ev 1 sotun içində yerləşən iki otaqlı fərdi yaşayış evidir, evdə o qədər də yaşayış olmamışdır, o, artıq həmin evi başqa adama satmışdır və özü hazırda Masazır qəsəbəsində yaşayır. O, Cavabdeh əməkdaşıdır və cavabdeh təşkilatda çilingər işləyir. Evi satdığı şəxs ondan ev ilə bağlı borcun olmaması barədə sənəd istəyir. Sözügedən evdə vaxtilə bir ədəd su qızdırıcısı və 4 göz qaz plitəsi olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********09070) sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5267 saylı rəy əsasında sayğacda qaz itkisi və müdaxilə aşkar olunmuşdur. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu: **********09070) 3110,4 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən ona hesablanmış 3110,4 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə abonent kodu **********09070 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 may 2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 3110,4 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə sübutların tədqiqatı zamanı cavabdeh təşkilat tərəfindən 26 may 2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,4 manat məbləğində cərimənin hesabat müddətinin 180 gün qəbul edilməklə hesablanmasına dair əsaslar müəyəyn edilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 26 may 2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,4 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (3110,4 manat : 180 gün = 17,28 manat; 17,28 manat x 30 gün = 518,4 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə 26 may 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3110,4 manat borcdan 518,4 manat saxlanılmaqla, qalan 2592 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə 42,58 (qırx iki manat, əlli səkkiz qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********09070) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə 26 may 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 518,4 manat saxlanılmaqla, qalan 2592 manat cərimə silinsin. Cavabdehndən 42,58 (qırx iki manat, əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1753/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1753/2025
18.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver