Məhkəmə qərarları › İş №2(012)-1754/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1754/2021

03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1754/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, İddiaçı X2 nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin qərarının ləğv edilməsi və 3454.40 manat borcun qanunsuz hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində yaşayan anası X4 2019-cu ildə Cavabdeh İB-nin həmin ərazinin səlahiyyətli nümayəndələrinə qaz sayğacı quraşdırılması üçün müraciət edərək, birbaşa 360 manat birdəfəlik ödəniş etmişdir. Hətta məhəlləyə çəkilən qaz xətlərini belə qonşularla öz vəsaitləri ilə tam qanuni olaraq çəkib layihəsini də almışlar. İddiaçı müraciət etdikdən sonra həmin ərazinin səlahiyyətli nümayəndələri sayğacı işlətdiyi halda heç bir problem olmayacağını bildirmişlər. 14.05.2019-cu ildə qaz sayğacı quraşdırılmış və heç bir borc da yox idi. İddiaçı bu illər ərzində cəmi 350 manatlıq qaz sərf etmişdir. İddiaçı 2020-ci ilin dekabr ayında karta vurduğu məbləğin yarısının silindiyini görüb 104 əlaqə nömrəsi ilə əlaqə saxlamış və iddiaçıya 30.12.2019-cu il tarixdə adına tərtib edilmiş akta əsasən 885 manat yarandığını bildirmişlər. Bir il ərzində bu akt barəsində iddiaçıya nə bildiriş göndərilmiş, nə də ki, iddiaçının aktda imzası olmuşdur. İddiaçı bundan sonra Cavabdehnə müraciət etmiş və ona fotoşəkil göstərərək sayğaca müdaxilə etdiyini bildirmişlər. Sayğaca bu günə qədər iddiaçı tərəfindən müdaxilə olunmamışdır. Bu aktda dəymiş ziyanın 90 gün sərfıyyat kimi 8850 kub göstərmişlər. Yanvarın 13-də isə iddiaçıya təqdim olunmuş məktubda heç bir qanuna əsaslanmadan bildiriş göstərilmədən iddiaçının 3454.40 manat borcu olduğu göstərilmişdir. İddiaçı yenidən dərhal 104 əlaqə nömrəsi ilə əlaqə saxlamış və ona 2500 manat borcu olduğu bildirilmişdir. İddiaçı Cavabdeh İB-nin səlahiyyətli şəxslərindən borcunun necə yarandığını soruşduqda qərarın surətini verməkdən imtina etmişlər. Cavab olaraq iddiaçıya 3454.40 manat borcu ödəməli olduğu və bunun Cavabdeh İB-nin qərarı ilə müəyyən edilmiş borc olduğu bildirilmişdir. 2015-ci il tarixli Qərarı ilə (Yeni Məcəllənin 282-ci maddəsinin ilk bəndində deyilir ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurduqda fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcəklər. İddiaçı fiziki şəxs olduğu halda nəyə görə 3454.40 manat ödəməlidir?) Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 14.05.2019-cu il tarixli, 104137 saylı müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya Cavabdeh İB-nin nümayəndələri tərəfindən iki abonent saldosu tərtib edilmiş, birinci abonent kodu iddiaçı sayğacdan qeydiyyatsız istifadə etdiyinə görə sonuncuya qoyulmuş müvəqqəti sayğaca görə tərtib edilmişdir. İkinci abonent kodu isə sonradan tərtib edilmişdir. İddiaçı barəsində tərtib olunmuş 30.12.2019-cu il tarixli akta əsasən 1441.80 manat borc hesablanmışdır. Qeyd olunan borc məbləği iddiaçı sayğac olmadan kənar qoşulma yolu ilə qazdan qeyri-qanuni istifadə etdiyinə görə, 885.6 manat borc isə iddiaçıya quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar edildiyinə görə tərtib olunmuşdur. Qeyd olunan borc məbləğləri iddiaçı tərəfindən ödənilməli olduğuna görə iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 14.05.2019-cu il tarixli, 104137 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -Cavabdeh İB-nin 13.01.2021-ci il tarixli SOCAR**********30560046X00223 saylı məktubundan görünür ki, Cavabdehnə ünvanlanmış **********04563 saylı istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə 05.01.2021-ci il tarixli ərizəyə Bakı Regional Qazın Satışı Departamentində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilində müxtəlif vaxtlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə X11 qaydalarının pozulması haqqında aktlar tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. X11yə görə istehlakçı hesabında mövcud olan 3454.40 borc məbləği borclu tərəfindən ödənilməlidir. -Cavabdeh İB-nin əməkdaşları tərəfidən tərtib olunmuş 29.03.2019-cu il tarixli ******* saylı X11 qaydalarının pozulması haqqında aktdan görünür ki, baxış keçirilən zaman vətəndaş tərəfindən təbii qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Cavabdeh İB-nin 29.03.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 135 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin olmaqla cəmi 6858 m3 ödənilməsi, sayğacdan kənar qaz xətti aşkar olunduğundan sayğacdan kənar qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 29.03.2019-cu il tarixli ******* saylı akt olmuşdur. -Cavabdeh İB-nin 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 30.04.2020-ci il tarixli ******* saylı X11 qaydalarının pozulması haqqında aktlarından görünür ki, baxış keçirilən zaman vətəndaş tərəfindən təbii qazdan qeydiyyatsız olaraq qeyri-qanuni istifadə etdiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Abonent saldosundan görünür ki, İddiaçı adına olan abonent kodu **********04563 olan, ailə tərkibi 4 nəfər olan - Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında 14.05.2019-cu il tarixdə Smart G-4 X13 tip markalı sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) abonentin 06.2020-ci il tarixə 2579,40 manat borcu göstərilmişdir. -Göyçay RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı 15.09.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, R.İsayev küçəsi, 46 saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.05.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 213 saylı reyestr kitabının 29 saylı vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında Abunə Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı Cavabdeh İBnin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 14.05.2019-cu il tarixli, 10413 saylı müqavilə əsasında fasiləsiz X11 etmişdir. Həmin ünvana Cavabdeh İB tərəfindən **********04563 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində X13 markalı, Smart G-4 T tipli, **********0 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İddiaçı qaz xəttinə qeyriqanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən X11 qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Cavabdeh İddiaçı onunla bağlanılmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun X11yə görə 3454.40 manat borcu qalmaqdadır. Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin X11 qaydalarının pozulması haqqında 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 30.04.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində göstərilən tarixlərdə təbii qazın uçotu və X11 qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq X11 etməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Borclu İddiaçı onunla bağlanılmış 14.05.2019-cu il tarixli, 10413 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçının bu müqavilənin və Qazdan istifadə Qaydalarının tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin Əhalinin X11 üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Həmin Qanunun 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin; 135.1 maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, qaz paylayıcısı olan şəbəkə qərarın bu bəndini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində X11 qaydalarının pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər. Həmin Qərarın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin X11 qaydalarının pozulması haqqında aktlara əsasən istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və X11 Qaydalarına riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, cavabdeh İddiaçı onunla bağlanılmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun X11yə görə 3454.40 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən X11 qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür ki, məhkəmə bunu qismən əsaslı hesab edir. Məhkəmə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş Aktlara münasibətdə qeyd edir ki, 29.03.2019-cu il tarixli ******* saylı birinci Aktdan başqa digər Aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut Cavabdeh İB tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Məhkəmə digər Aktları doğruluğu şübhə yaratdığı üçün etibarsız hesab edir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı X2 Cavabdeh tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi ünvanına quraşdırılmış İddiaçı adına tərtib edilmiş abonent kodu **********04563 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 3454.40 manat cərimənin silinməsinə dair iddia ərizəsi qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İBnin 29.03.2019-cu il tarixli tələbnaməsinə əsasən, 6858 m3 ödənilməsi qərara alındığından 29.03.2019-cu il tarixli ******* saylı akta əsasən istehlakçının qaz sayğacından kənar xətlə istehlak etdiyi qaz PQ4, QSQ cihazları vasitəsi ilə işlətdiyindən həmin cihaza hesablanmış 90 gün üçün cəmi 6858 m3 orta sərfiyyatı məhkəmə əsas götürərək hesab edir ki, sadə riyazi üsulla hesablanma yolu ilə cavabdehin sərf etdiyi 6858 m3 qaz, hazırkı qaz abunəçiləri üçün müəyyən edilmiş 1 m3 =10 qəpik hesabı ilə hesablanaraq (6858 m3 x 0.1 = 685.8) 685.8 manat məbləğində müəyyən olunmalı və həmin məbləğdən başqa (3454.40-685,8=2768,7) 2768,7 manat qalan borc məbləği abonentin borcundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi ünvanına quraşdırılmış X2 adına tərtib edilmiş abonent kodu **********04563 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 3454,4 (üç min dörd yüz əlli dörd manat qırx qəpik) manat cərimənin 2768,6 (iki min yeddi yüz altmış səkkiz manat altmış qəpik) manat hissəsi əsassız hesab edilərək onun abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360, 252–ci -cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi ünvanına quraşdırılmış X2 adına tərtib edilmiş abonent kodu **********04563 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 3454,4 (üç min dörd yüz əlli dörd manat qırx qəpik) manat cərimənin 2768,6 (iki min yeddi yüz altmış səkkiz manat altmış qəpik) manat hissəsi əsassız hesab edilərək onun abunə hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar