Məhkəmə qərarları › İş №2(012)-1760/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1760/2021

23.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1760/2021 23.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış pul məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki işə 23 avqust 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən su təchizatına görə əsassız hesablanmış 5638 manat pul məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ASC-nin ünvan 1 ünvanında yerləşən 2014-ci ildən heç bir fəaliyyəti olmayan anbar üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektinə qanunsuz, əsassız olaraq 5.638,00 (beş min altı yüz otuz səkkiz manat, 00 qəpik) manat məbləğində sudan istifadəyə görə sərfiyyat-borc hesablanıb yazılmışdır. Qanunsuz, əsassız yazılan borc məbləği məlumat verilmədən adına olan abonent koduna hesaba yatırılmışdır. Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanında yerləşən istifadəsi anbar kimi nəzərdə tutulan, faktiki olaraq 2014-cü ildən işləməyən, icarəyə vermək üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektinin su ilə təchiz olunması üçün Abşeron Sukanal İdarəsi ilə 16.05.2016-cı il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə” Müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirilmiş və istehlak olunmuş suyun dəyəri ödənilmişdir. X4 İdarəsi tərəfindən 2014-cü ildən heç bir fəaliyyəti olmayan, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilməyən anbara heç bir əsas olmadan, özlərinin planları xətrinə su sərfiyyatı hesablamaqla, borc məbləği yazmışlar. Bu barədə su təchizatı müəssisəsinə dəfələrlə müraciət edərək əsassız yazılmış borcun silinməsini tələb etsə də, qarşı tərəfdən heç bir addım atılmamışdır. Hesab edir ki, fəaliyyətdə olmayan anbarda sudan istifadə olunmadığı halda, su təchizatına görə əsassız və qanunsuz hesablanmış borc məbləği silinməlidir. Yuxarıda qeyd edilən heç bir fəaliyyəti olmayan, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilməyən anbar üçün nəzərdə tutulan obyektə sudan istifadəyə görə yazılan hesabatın heç bir qanuni əsası yoxdur. Belə ki, qeyd etdiyi kimi anbar 2014-cü ildən fəaliyyətsizdir. Anbar fəaliyyətsiz olduğundan o, sudan istifadə etməmiş, digər tərəfdən də sudan istifadə olunmursa, xüsusilə anbar üçün nəzərdə tutulmuş obyektə, kanalizasiya xətti olmaya-olmaya çirkab suya da hesabat yazılmışdır. Abşeron Sukanal idarəsi özlərinin planları xatirinə yazılmış 5.638,00 (beş min altı yüz otuz səkkiz manat, 00 qəpik) manat əsassız, qanunsuz hesablanmış borc ləğv edilməlidir, bu səbəbdən məhkəmə qaydasında silinməlidir. Sözügedən ünvanda fəaliyyəti olmayan anbara sudan istifadə olunmadığı halda, cavabdeh Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən hələ kanalizasiya xidmətinə görə də hesabat yazılmışdır.. Sayğaca baxış keçirilən zaman sayğacın plombunun üstündə olması, sərfiyyatın olmamasını cavabdeh şirkətin nümayəndələri də qeyd edirlər. Sayğaca müdaxilə yoxdur, plomb da üstündədir. Ona görə də o, iddianın təmin olumasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 izahatında və ünvanlandığı etirazda bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, istifadəsində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 123 ünvanında yerləşən anbar kompleksinin su təchizatı onlara məlum olmayan səbəbdən kəsilmiş, bu barədə “Azərsu" ASC-nin yerli Abşeron Sukanal İdarəsinə müraciət etdikdə, 05 avqust 2020-ci il tarixində əməkdaşlar tərəfindən anbar kompleksinə baxış keçirildiyi və d=50 mm boru vasitəsilə sudan qeyri qanuni istifadə edildiyi müəyyən edildiyi və bununla əlaqədar 007101№-li akt tərtib olunaraq, akt əsasında 5379 (beş min üç yüz yetmiş doqquz) manat məbləğində dəymiş ziyan hesablandığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçının Cavabdeh ASC-nə qarşı iddia tələbi “su təchizatına görə əsassız hesablanmış 5638 manat pul məbləğinin cavabdehin üzərinə qoyulması” ndan ibarətdir. İşə əlavə edilmiş və Cavabdeh ASC tərəfindən tərtib edilmiş 007101 №-li 05.08.2020-ci il tarixli aktdan görünür ki, həmin akt yerində müayinə xarakterli daşımaqla iddiaçının Abşeron rayonu, Masazır qəsəbəsi, 123 ünvanında yerləşən anbar kompleksinin su təchizatına baxışla əlaqədar olaraq tərtib edilmişdir. Belə ki, həmin aktda baxış zamanı yalnız aşkar olunan hallar öz əksini tapmışdır. Bununla yanaşı onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi “akt” ona aid obyektin qeyri-qanuni su xəttindən fəaliyyət növündən asılı olmayaraq hər bir halda qanun pozuntusu hesab olunur. Buna görə də cavabdeh tərəfindən həmin aktın tərtib edilməsi nəticəsində iddiaçıya hesablanmış 5379 manat dəymiş zərər ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdan kənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə hallan cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. Azərbaycan Respublikası “Su təhcizatı və tullantı sulan haqqında” Qanunun 49 və 50-ci maddələrinə əsasən təhcizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. Belə ki, qeyd edilən ünvanda 05 avqust 2020-ci il tarixində əməkdaşlar tərəfindən su təchizatı və kanalizasiya xidmətlərinə baxış keçirilmiş və məlum olmuşdur ki, iddiaçının istifadəsində olan anbar binasında su sayğacı çıxarılaraq xətt 50 d=mm boru vasitəsi ilə Cavabdeh ASC-yə məxsus şəbəkəyə gizli qoşularaq sudan qanunsuz istifadə edilir. Eyni zamanda qanunsuz qoşulma halı əməkdaşları tərəfindən foto video çəkiliş aparılmaqla sənədləşdirilmiş, eləcə də obyektin su təchizatı dayandırılmışdır. Həmin Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təhcizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda isə inzibati və cinayət məsulliyəti daşıyırlar. Bundan başqa, istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisə arasındakı qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələlər həmçinin- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Həmin qərarın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallan aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin qərarın 8.7-ci bəndinə əsasənsu təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallan aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Onu da qeyd edirik ki, iddiaçının qeyri-qanuni istifadəsi nəticəsində itirilmiş su hesabatı 5 təqvim ayını əhatə edir. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı işə əlavə olunur. Ona görə də nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 05 avqust 2020-ci il tarixli, 007101 saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 130876 olan obyektin su xəttinə baxış keçirilən zaman aşkar olunmuşdur ki, su sayğacı çıxarılaraq xətt birbaşa qoşulub D=50 mm-lik boru vasitəsilə sudan istifadə olunur. Su təchizatı dayandırılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanında yaşayan İddiaçı 05.08.2020-ci il tarixinə su sərfiyyatına görə 5 ay müddətində 5379 m3 miqdarında 5379 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə etməklə “Cavabdeh ASC-yə ziyan vurmuşdur. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərsu» ASC-nin əməkdaşları tərəfindən 05 avqust 2020-ci il tarixində iddiaçıya məxsus anbar kompleksinə baxış keçirilmiş nə baxış nəticəsində d=50 mm boru vasitəsilə sudan qeyri qanuni istifadə edildiyi müəyyən edilmiş və bununla əlaqədar 007101№-li akt tərtib olunmuş, həmin akt əsasında 5 ay müddət götürülməklə Azərsu» ASC-yə 5379 (beş min üç yüz yetmiş doqquz) manat məbləğində dəymiş ziyan hesablanmış və məhkəmədə həmin aktı təkzib edən hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanında yaşayan İddiaçı 05.08.2020-ci il tarixinə su sərfiyyatına görə 5 ay müddətində 5379 m3 miqdarında 5379 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Məhkəmə cavabdeh şirkət tərəfindən hesablanmış 5 ay müddətin ədalətli olmadığı qənaətinə gəlir. Məhkəmə iclasında sübutların tədqiqatı zamanı Cavabdeh ASC-nin nümayəndəsi də iddiaçı tərəfindən su sərfiyyatına görə hansı əsasla Cavabdeh ASC tərəfindən 5 ay müddətin götürülməsini sübuta yetirə bilməmiş, yalnız formal mülahizələrə əsaslandığından,məhkəmə bu halı hüquqdan sui-istifadə kimi qiymətləndirərək hesab edir ki,itirilmiş su sərfiyyatını bərpasına görə 3 ay müddətin götülməsi işin faktiki halları ilə uyğunluq təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hesablanma aşağıdakı kimi aparılmalıdır. 5379 manat : 5 ay =1075,80 manat; 1075,80 manat x 3 ay = 3227,40 manat. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanına hesablanmış 5379 (beş min üç yüz yetmiş doqquz) manatdan 2151.60 manat silinməli, 3227,40 manat məbləğində pul saxlanılmalıdır. Azərbaycan Respublikası “Su təhcizatı və tullantı sulan haqqında” Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təhcizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda isə inzibati və cinayət məsulliyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №-li qərarın 8.6cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallan aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin qərarın 8.7-ci bəndinə əsasənsu təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallan aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanına abonent nömrəsi 130876 olan su sayğacına görə hesablanmış 5379 (beş min üç yüz yetmiş doqquz) manatdan 2151.60 manat silinsin və 3227,40 ( üç min iki yüz iyirmi yeddi manat 40 qəpik)manat saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar