Məhkəmə qərarları › İş №2(012)-1761/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1761/2022

18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1761/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «çıxarışın, qeydiyyat vəsiqəsinin məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin qərarından çıxarışın № 70-3, (31 oktyabr 1989-cu il tarixli), Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 08/08 №-li 29.01.1988-ci il tarixli, reyestr kitabı № 3467, inventar işi № 170 qeydiyyat vəsiqəsinin Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE № ********) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi № 70-3,31 oktyabr 1989-cu il tarixli Xırdalan qəsəbə XDS İcraiyyə komitəsinin qərarından çıxarışla və Abşeron rayon texniki inventarlaşdırma bürosunun 08/08 №-li 29.01.1988-ci il tarixli qeydiyyat vəsiqəsilə onun adına rəsmiləşdirilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair çıxarışda və qeydiyyat vəsiqəsində yanlış olaraq Ərizəçi əvəzinə X2 yazılmışdır. Göstərilən səhvlərə görə mülkiyyətində olan torpağı və evi özəlləşdirə bilmir. DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinin 07.02.2022-ci il tarixli **********54 №-li bildirişinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair №70-3, 31 oktyabr 1989-cu il tarixli Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin qərarından çıxarışın və 08/08 №-li 29.01.1988-ci il tarixli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan № 70-3, 31 oktyabr 1989-cu il tarixli Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin qərarından çıxarışdan görünür ki, Xırdalan südçülük sovxozunun əmək kollektivi şurası, ilk həmkarlar ittifaqı təşkilatı, müdriyyətin 20 mart 1989-cu il tarixli birgə qərarı /protokol № 2/ və sovxoz direktorunun 23 mart 19890cu il tarixli, 25 №-li aşağıda adları qeyd olunan Ermənistan SSR-dən gələn köçkünlərin hər birinə ayrılmış 0,10 hahəyətyanı torpaq sahəsində Azərbaycan SSR-də kənd yerləri üçün tövsiyyə olunmuş layihə üzrə fərdi ev tikmək məqsədilə X1 08 avqust 1988-ci ildən fəhlə işlədiyi hesab edilsin. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş reyestr kitabında 3467 № ilə, inventar işi 170 № ilə qeyd edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, 2 yaşayış otaqlı, yaşayış sahəsi 41,6 m2 köməkçi sahəsi 43,4 m2 olan yaşayış evi Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 08/08 №-li, 29 yanvar 1988-ci il tarixli qərarı ısasında vətəndaş X1 adına qeydə alınmışdır. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, ərizə məhkəmədə baxılmalı olmadığından Azərbycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndimə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Lakin,daxil olmuş ərizə nəzərdən keçirilərkən müəyyən edilir ki, Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 70-3№-li, 31 oktyabr 1989-cu il tarixli qərarından çıxarışda, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 08/08 №-li 29.01.1988-ci il tarixli, reyestr kitabı 3467 №-li, inventar işi 170 №-li qeydiyyat vəsiqəsində olan yanlışlığın aradan qaldırılması üçün həmin sənədləri verən orqanları əvəz edən təşkilatlara (hüquqi varisə) müraciət etməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki,ərizəçi ərizədə göstərilən sənədlərdəki yanlışlığı aradan qaldırılması üçun ilkin olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırkı hüquqi varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Abşeron rayon İcra hakimiyyətinə müraciət etməli, qeyd olunan təşkilatlar təsnifata görə inzibati orqan olduğundan, həmin təşkilatların imtinasından və ya hərəkətsizliyindən inzibati qaydada yuxarı orqanlara və ya yurisdiksiya üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin qərarından çıxarışın № 70-3, (31 oktyabr 1989-cu il tarixli), Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 08/08 №-li 29.01.1988-ci il tarixli, reyestr kitabı № 3467, inventar işi № 170 qeydiyyat vəsiqəsinin Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE № ********) məxsus olması faktının müəyyən edilməsi barədə iş üzrə icraata xitam verilsin. Ərizəçiyə ərizədə göstərilən sənədlərdəki yanlışlığı aradan qaldırılması üçun ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Abşeron rayon İcra hakimiyyətinə müraciət etmək, həmin təşkilatların imtinasından və ya hərəkətsizliyindən inzibati qaydada yuxarı orqanlara və ya yurisdiksiya üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar