Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1771/2023 25.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, onların və X3 vəkili-nümayəndəsi Vəkil1, İddiaçı5, İddiaçı7, İddiaçı11, Cavabdeh nümayəndəsi Nümayəndə, vəkili-nümayəndəsi Vəkil2, cavabdeh tərəfindən üçüncü şəxslər X7 və X4 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı13, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı2, İddiaçı12 və X3 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X12, Bairamov Takhar, X10) qarşı kanalizasiya xəttinin çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 sentyabr 2023-ci il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı13, İddiaçı5, İddiaçı6, İddiaçı7, X13, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı2, İddiaçı12, X11 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı kanalizasiya xəttinin çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olan torpaq sahəsindən kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə birləşdirilməsi üçün qazıntı işlərinin aparılmasına Cavabdeh və ailə üzvləri tərəfindən maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, qeyd edilən ünvanlarda mülkiyyətlərində, istifadə və sahibliklərində olan evlərində 1990-cı illərdən yaşayırlar. Xırdalan şəhəri ərazisində kanalizasiya xəttinin çəkilməsinə dair Dövlət proqramı əsasinda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanmış və həmin layihə əsasında şəhərin bütün ərazisində kanalizasiya xəttinin çəkilişi başa çatmışdır. Lakin cavabdehin təqsirindən onların yaşadıqları ünvanlara kanalizasiya xətti çəkilməmişdir. Belə ki, müxtəlif orqanlara o cümlədən Abşeron rayon İcra Hakimiyyətinə yazdıqları şikayətlər cavabsız qalmışdır. "xxxx" ASC-nin layihə rəhbəri kanalizasiya xəttinin cavabdehin istifadəsində olan torpaq sahəsindən çəkilməsinə icazə verilməsi üçün cavabdehə dəfələrlə müraciət etmiş, xəttin çəkilişindən sonra ərazidə olan qazıntı-söküntü işlərinin əvvəlki vəziyyətə bərpa edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh, "xxxx" ASC-nin əməkdaşlarım torpaq sahəsinə buraxmamış, nəticədə onların evlərinə kanalizasiya xətti çəkilməmiş qalmışdır. Cavabdehin yaşadığı ev onun mülkiyyətindədir, lakin kanalizasiya xətti keçən torpaq sahəsi istifadəsindədir. Artıq 30 il ərzində kanalizasiya sularının yığılması üçün qazdıqları (şambo) quyular dolub-daşaraq həyətlərə tökülür. Bunun nəticəsində anti-sanitar vəziyyət yaranır və yolxucu xəstəliklər mənbəyinə çevrilir. Nəticədə onların konstitusion hüquqları pozulur. Kanalizasiya xətti cavabdehin istifadəsində olan darvazanın altından keçməklə hasarın yani ilə keçərək növbəti kanalizasiya xəttinə birləşdirilməlidir. Qazıntı işləri texnika olmadan, əl üsulu ilə aparılacaqdır. Xəttin çəkilişi başa çatdıqdan sonra sökülməsi zəruri ola biləcək hasar və qazılmış torpaq sahəsi və digər şeylər əvvəlki vəziyyətə "xxxx" ASC tərəfindən bərpa olunacaqdır. Eyni zamanda öhdələrinə götürürlər ki, kanalizasiya xəttini yüksək təzyiqə davam gətirən su borusu ilə təmin edəcəklər. Bu halda cavabdehə hər hansı ziyan dəyməyəcək və torpaqdan əvvəlki kimi istifadə etməyinə maneçilik yaranmayacaqdır. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsindən onlara kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə birləşdirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qazıntı işlərinin aparılmasına Cavabdeh və ailə üzvləri tərəfindən maneçilik törədilməsi qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X3, İddiaçı4, İddiaçı3, İddiaçı2, onların vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı5, İddiaçı7, İddiaçı11 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçılar tərəfindən cavabdehə qarşı irəli sürülən iddia tələbi tam əsassız və qanunsuzdur. Belə ki, birincisi, eyni predmet barəsində və eyni əsaslar üzrə cavabdeh kimi artıq 2020-2021-ci illərdə mövcud məhkəmə çəkişmələri olub və bununla əlaqədar hər üç məhkəmə instansiyalarında cavabdehin xeyrinə qanuni qüvvələrini almış qətnamələr çıxarılmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli. 2(012)- 797/2020 saylı qətnaməsi ilə iddiaçı Abşeron rayonu, Xırdalan bələdiyyəsinin cavabdeh kimi cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa olunmuş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsinin cavabdehin üzərinə qoyulmasına dair ilk, cavabdehin Abşeron rayonu, Xırdalan bələdiyyəsinə və "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı kompensasiya və pul tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron rayonu, Xırdalan bələdiyyəsi apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat zamanı Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Abasov və F.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-797/2020 saylı qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Nəticədə, Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsi kassasiya şikayəti vermişdir ki. nəticədə kassasiya şikayəti də təmin edilməyərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4652/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2572/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyasının tam əsaslı və ədalətli qərarı ilə hüquqi mövqeyi onda ibarət olmuşdur ki. cavabdeh Xırdalan Bələdiyyəsinin hüdudları daxilində qanunsuz olaraq 0.053 ha torpaq sahəsini zəbt etməmişdir. Həmin tikililərə 73,6 kv.m yaşayış sahəsi. 66.8 kv.m köməkçi sahədən ibarət yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmışdır. Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi. “Quşçuluq" yaşayış massivi 11 küçəsində 73.6 kv.m yaşayış sahəsi, 66.8 kv.m köməkçi sahəsi olan, 4 otaqlı 71 nömrəli yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli qərarı əsasında 22951 nömrəli reyestr kitabında, 1493 inventar nömrəsi ilə cavabdehin adına qeydə alınmışdır. 2001-ci ilin sentyabrında təsdiq edilmiş Abşeron rayonu, Xırdalan qəsəbəsi. “Quşçuluq" yaşayış massivi 11 küçəsində yerləşən. 22951 nömrəli reyestr kitabında 1493 inventar nömrəsi ilə cavabdehin adına qeydə alınmış 71 nömrəli yaşayış evinin texniki pasportunda evin 530.0 kv.metr torpaq sahəsində yerləşdiyi, tikili altı sahəsinin 180.3 kv.metr olduğu göstərilmişdir. Odur ki, eyni predmet barəsində eyni əsas üzrə cavabdehə qarşı təkrar iddia qaldırıldığından hazırkı məhkəmədə iddia tələbi rədd edilərək AR MPİM-nin 261.0.2-ci maddəsinə əsasən icraata xitam verməlidir. İkincisi, cavabdehə qarşı irəli sürülən iddia tələbinin mahiyyəti üzrə hüquqi mövqeyinə gəldikdə isə iddiaçılar iddia ərizəsində tələblərini servitut hüququ kimi öz xeyrlərinə tövsif etdikləri AR MM-nin 255.1,255.4 və 257.2-ci maddələrinə istinad etmişdilər. Halbuki, AR MM-nin 255.4-cü maddəsinə əsasən servitutun tətbiqi üçün onun əsas vacib tələbi olan hal (servitutun təyini üçün daşınmaz əmlak mülkiyyətçisinin servitut qovulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi halı) iddiaçılar tərəfindən sübut olunmamış və va sübut olunmasına dair dəlilləri məhkəməyə təqdim edilməmişdir. Belə ki. hazırki mübahisə üzrə bu hal ondan ibarətdir ki. iddiaçılar kanalizasiya xəttinin çəkilməsi üçün digər alternativ yolları olduqları halda, bu yolu əsassız və qanunsuz şəkildə məhz cavabdehin yaşlı və ikinci qrup əlil qadından tələb edirlər. İddiaçılar kanalizasiva xəttinin çəkilmə tələblərini cavabdehin mülkiyyətimdə olan torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün olmamasını və ya iddiaçılara hədsiz yüksək məsrəflər hesabına bunun mümkün olacağına dair məhkəməyə dəlillər və sübutlar təqdim etməmişdilər. Ona görə də iddiaçılar tərəfindən servitut tələbi üzrə cavabdehin mülkiyyətindəki torpaq sahədən kanalizasiya xəttinin çəkilməsinə dair tələbinin heç bir hüquqi əsası yoxdur və iddia tələbi məhkəmə tərəfindən rədd edilməlidir. Beləliklə, iddiaçıların kanalizasiya xəttinin çəkilməsinə dair cavabdehə qarşı irəli sürdükləri iddiaları üzrə servitut hüququna istinad edilməsi tam əsassız və qanunsuzdur. Üçüncüsü, iddiaçılar iddia ərizəsində öhdəlik götürürlər ki, guya kanalizasiya xətti cavabdehin istifadəsində olan darvazanın altından hasarın yanına keçməklə növbəti kanalizasiya xəttinə birləşdirilməlidir, guya qazıntı işləri texnika olmadan əl üsulu ilə aparılacaqdır və yüksək təzyiqə davamlı su borusu çəkiləcək, sonda xəttin çəkilişi başa çatdıqdan sonra isə hər şey əvvəlki vəziyyətinə qaytarılacaqdır. İddiaçıların üzərlərinə götürdükləri bu öhdəliklər iddia tələbinin yayındırıcı manevrdən başqa bir hal deyildir. Tikinti işləri aparıldığı təqdirdə cavabdehin həyəti dağılmalı. 25 metr uzunluğunda. 8 metr enində və 2 metr dərinliyində xəndək qazılmalı, 22 kv.m sahəli təsərrüfat binası. 35 metrə qədər daş hasar, darvaza, dəmir kostruksiya (talvar) sökülməli, həyətdəki çoxillik ağaclar, üzüm tənəkləri çıxarılmalıdır. Çəkiləcək ümumi kanalizasiya xətti cavabdehin yaşayış evindən 1.5 metr hündür səviyyədə keçdiyindən ev kanalizasiya xəttindən aşağıda qalacaq və cavabdehin mənzilinin kanalizasiya xəttinə qoşulması xeyli maddi itkilərlə başa gələcəkdir. Bütün dəyəcək ziyanın hesablanması üçün mütəxəssis rəyinin alınması, görüləcək işlərin smetasının tərtib edilməsi zərurəti yaranacaq və aparılacaq tikinti işləri cavabdehə külli miqdarda ziyan vurulması ilə nəticələnəcəkdir. Belə ki, məhkəməyə sübut kimi qeydiyyat vəsiqəsi ilə birlikdə təqdim etdiyi torpaq sahəsinin planı və tikili və qurğuların təsvirinə dair sənəddən də göründüyü kimi iddiaçıların kanalizasiya xəttinin çəkilməsini istədikləri torpaq sahəsində “B” şərti işarəsi ilə işarələnmiş təsərrüfat damı mövcuddur ki, həyətimdə aparılacaq tikinti işləri nəticəsində bütün bu sadaladıqlarını əmlaklarına əsasən cavabdehə ümumilikdə 152.000 (yüz əlli iki min) manata qədər ziyan dəyəcəkdir. Bütün bu sadaladığı zərərlərin maddi təzminatını cavabdehə kim qarşılayacaqdır?! Qazıntı işləri baş verərsə yaşayış sahəsinə həyati təhlükə törədəcək qəza şəraitinin yaranması, bütün bu təhlükəli halların cavabdehin səhhətimə və sağlamlığa ciddi zərər yetirməsi kimi hallara görə kim cavabdeh olacaqdır?! Kim gələcəkdə cavabdehə dəyəcək bütün bu maddi və mənəvi zərərlərə görə maddi təzminat ödəyəcəkdir?! Ona görə də iddiaçılar tərəfindən irəli sürülən hazırki tələb cavabdehin ali hüququ olan, istər daxili qanunvericilik, istərsə də beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmaqdan və gələcək həyatımı qorxu və stress içində saxlamaqdan başqa heç nəyə niyyətlənməmişdir. Dördüncüsü, iddia tələbi üzrə hazırki işə AR MPM-nin 57.1-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin tanınması haqqında ərizə ilə müraciət edən və iş üzrə gələcəkdə iddia tələbinin təmininə dair çıxarılacaq məhkəmə qətnaməsinin onların hüquq və maraqlarına təsir göstərə biləcəyindən narahat olan qonşuları vardır ki, onlardan X12. Bairamov Takhar və X10 da hesab edirlər ki, kanalizasiya xəttinin çəkilişi zamanı onların evlərinə zərər yetirilə bilər, gələcəkdə yaşayış sahələrinə həyati təhlükə törədəcək qəza şəraitlərinin yaranmasına səbəb olacaqdır. Bu qədər şəxslərin əmlakını və gələcək həyatlarını təhlükə altında qoymaq qəbul edilməz haldır və belə bir halı yaradacaq istənilən iddia tələbi rədd edilməlidir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbinə verilən etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X10 iddianın təmin edilməməsini xahiş etdilər. Belə ki, qeyd edilən kanalizasiya xəttinin çəkilməsi onların mənzillərinin təhlükəsizliyi baxımından mümkün deyildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətin cavablandırılmasına dair məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X14, Süleyman Rüstəm küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə bağlı 999/1467 nömrəli 16 dekabr 2022-ci il tarixli müraciətinizə "xxxx" Açıq Səhmdar Cəmiyyətində müvafiq qaydada baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, ‘Azərsu” ASCnin sifarişinə əsasən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrasına başlanmış və tikinti-quraşdırma işləri nəzərdə tutulmuş müddətdə başa çatdırılmışdır. Xırdalan şəhərinin kanalizasiya sisteminin tikintisi zamanı təsdiq edilmiş layihəyə əsasən kanalizasiya xətlərinin S. Rüstəm küçəsindən keçən hissəsinin inşası üçün bir neçə həyətyanı sahədə qazıntı işlərinin aparılmasına mülkiyyət sahiblərindən razılıq almaq mümkün olmadığı səbəbindən S.Rüstəm küçəsində kanalizasiya xəttinin inşasını icra etmək mümkün olmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X14 6-cı küçə, S.Rüstəm küçəsi, döngə 2, ev 28 ünvanı İddiaçı13 mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (37891 reyestr nömrəli, 5808 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, 2-ci döngə, ev 35 yaşayış sahəsi 38.6 kv.m köməkçi sahəsi 15.6 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi X9 adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il 66 saylı sərəncamı əsasında qeydə alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (37300 reyestr nömrəli, 5246 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, 2-ci dalan, ev 16 yaşayış sahəsi 34.6 kv.m köməkçi sahəsi 33,5 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı6 adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il 66 saylı sərəncamı əsasında qeydə alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (14396 reyestr nömrəli, 268 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçədə yerləşən 6 otaqlı yaşayış sahəsi 102,6 kv.m köməkçi sahəsi 189,6 kv.m olan fərdi yaşayış evi X5 adına qeydə alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********78-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanı İddiaçı8 mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (22951 reyestr nömrəli, 1493 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçədə yerləşən 4 otaqlı yaşayış sahəsi 73,6 kv.m köməkçi sahəsi 66,8 kv.m olan fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-797/2020 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin "Cavabdeh zəbt etdiyi Xırdalan Bələdiyyəsinə məxsus 355 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa olunan hasarın onun öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması” tələbinə dair ilkin iddiası təmin edilməmiş, ilkin iddia üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməsi, Cavabdeh "Azərsu” ASC-dən dövlət rüsumu 30 manat, müdafiəçiyə ödədiyi 110 manat pulun, vuracaqları maddi ziyana görə kompensasiya olaraq "Azərsu” ASC-dən 150.000 manat, Xırdalan Bələdiyyəsindən 2000 manat pulun tutulub, ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə məhkəmə xərclərinin Cavabdeh aid edilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(102)-5662/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2572/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/5264 №-li rəyindən müəyyən edilir ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-7646/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin onun adına həmin ünvana tərtib edilmiş texniki pasportda göstərilən cizgi ilə üst-üstə düşdüyü, texniki pasportda göstərilən sahənin 535 kv.m olduğu müəyyən olundu (0.0535 ha). Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturada 0.0561 ha təşkil etdiyi müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, texniki pasportda göstərilməyən torpaq sahəsinin necə yerləşməsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Həmçinin köməkçi sahənin giriş-çıxış darvazası istiqamətindən olduğu müəyyən olundu. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 11-ci küçə, 71 saylı ünvanda giriş-çıxış darvazasına qədər olan yolun eninin 3.43 metr təşkil etdiyi, kanalizasiya quyusunun isə giriş-çıxış darvazasından 3.17 metr ara məsafəsində yerləşdiyi müəyyən edildi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən (o cümlədən Mülki Məcəllənin 246.7-ci maddəsinə əsasən) Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3-cü maddəsinə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-32/2-7646/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin onun adına həmin ünvana tərtib edilmiş texniki pasportda göstərilən cizgi ilə üst-üstə düşdüyü, texniki pasportda göstərilən sahənin 535 kv.m olduğu ,mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturada 0.0561 ha təşkil etdiyi müəyyən edildi.Mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 11-ci küçə, 71 saylı ünvanda giriş-çıxış darvazasına qədər olan yolun eninin 3.43 metr təşkil etdiyi, kanalizasiya quyusunun isə giriş-çıxış darvazasından 3.17 metr ara məsafəsində yerləşdiyi müəyyən edildi.Cavabdeh adına qeydə alınmasına dair Qeydiyyat Vəsiqəsi və həmin əmlakın texniki pasportu ilə müəyyən edilir ki, “Quşçuluq” yaşayış massivi, 11 küçəsində yerləşən 71 nömrəli yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 mart 1997-ci il tarixli 66 nömrəli qərarı əsasında 22951 nömrəli reyestr kitabında, 1493 inventar nömrəsi ilə X1 adına qeydə alınmışdır, 530,0 kv.m torpaq sahəsinin tikili altı sahəsi 180,3 kv.m, torpaq sahəsi 355,2 kv.m-dir. Binanın ümumi sahəsi 140,4 kv.m, yaşayış sahəsi 73,6 kv.m, köməkçi sahəsi 66,8 kv.m-dir. Göründüyü kimi, qanunsuz zəbt edildiyi iddia olunan 355,2 kv.m torpaq sahəsi cavabdehə məxsus fərdi yaşayış evinin texniki sənədində, pasportunda öz əksini tapmaqla, cavabdehin bu sahə üzərində mülkiyyət hüququ hələ bələdiyyələr formalaşanadək, yəni 1997-ci ildə qeydə alınmışdır. Cavabdehə aid həmin evin və evin yerləşdiyi torpaq sahəsinə dair işdə olan texniki pasport isə 2001-ci ilin sentyabr ayında tərtib və təsdiq edilmişdir. İddiaçılar yol kimi istifadə etdikləri və hazırda kanalizasiya xəttinin çəkilməsini tələb etdikləri torpaq sahəsi isə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi olub, yalnız bu məqsədlə səlahiyyətli icra orqanları tərəfindən həmin torpaq sahəsindən kanalizasiya xətti qanunla müəyyən edilmiş qaydalar üzrə çəkilə bilər. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı13, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı2, İddiaçı12, X3 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X12, Bairamov Takhar, X10) qarşı kanalizasiya xəttinin çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri 100 manat dövlət rüsumundan və 50 manat ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə ödənmiş dövlət rüsumu iddiaçılara aid edilməli, 50 manat məhkəmə ekspertiza xərci iddiaçılardan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı13, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı2, İddiaçı12, X3 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X12, Bairamov Takhar, X10) qarşı kanalizasiya xəttinin çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddia təmin edilməsin. Ekspertiza xərci olaraq müəyyən edilmiş 50 manat məbləğində pul vəsaiti bərabər qaydada (50:13=3,8man)iddiaçılardan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına və 67.20 manat isə iddiaçı X6 alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1771/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1771/2023
25.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver