Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1773/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin sahibliyə və istifadəyə verilməsi və təmirinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə 18 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin sahibliyə və istifadəyə verilməsi və təmirinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 25 avqust 2022-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun zirzəmisində yerləşən ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi və həmin qeyri yaşayış sahəsinin təmirinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ünvan 1 ünvanında inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquq varisi "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 25 avqust 2022-ci il tarixli mənzil tikinti müqaviləsinə görə ünvan 1 ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 4-cü blokunun zirzəmisində sahəsi 120 kv.m. olan sahənin müqavilə ilə müəyyən edilmiş dəyərini müqavilə bağlanan gün tam olaraq 80000 (səksən min) manat ödəyərək həmin sahəyə istifadə və sahiblik hüququ əldə etmişdir. "Proqress-2016” Mənzil Tikinti Kooperativi tərəfindən binada tikinti işləri tamamlansa da bina dövlət komissiyasına təhvil verilməmişdir. Müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, cavabdeh tərəfindən müqavilə öhdəliyi icra olunmur. Belə ki, əldə etdiyi qeyri-yaşayış sahəsində təmir işləri aparmaq istəsə də, Kooperativ tərəfindən buna maneələr yaradılaraq təmir işlərini davam etdirilməsinə və istifadə etməyinə icazə verilmir. Müqavilənin şərtlərinə uyğun olaraq yaranmış mübahisənin danışıqlar yolu ilə irəli edilməsi mümkün olmadığından pozulmuş hüquqlarının məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və İddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri X1 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4 blok, mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan, izolə olunmuş __ otaqdan ibarət __ №-li mənzili pay kimi “Payçı "ya ayırmağı öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 666 manat təşkil edir. cəmi 80000 (səksən min) manat ödənilməlidir. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi “Progress- 2016" Mənzil Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4-cü blok, __ mərtəbəsində, ümumi sahəsi 120 kv.m olan ___ otaqlı zirzəminin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində İddiaçı ilə Cavabdeh MTK arasında bağanmış müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4 blok, ___ mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan, izolə olunmuş __ otaqdan ibarət __ №-li qeyri-yaşayış sahəsini pay kimi iddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı həmin sahənin dəyərini müqavilə bağlanan gün cavabdehə ödəmiş və bu barədə cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı da verilmişdir. Lakin, iddiaçı tərəfin izahatına görə cavabdeh müqavilə şərtinə əsasən öz üzərinə düşən öhdəliyə əməl etməyərək, bu günədək qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş,iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı öhdəlik yerinə yetirilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçının həmin sahə üzrə sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4 blok, ___ mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan, izolə olunmuş __ otaqdan ibarət __ №-li qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməli, həmin qeyri- yaşayış sahəsinin təmirinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4 blok, ___ mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan, izolə olunmuş __ otaqdan ibarət __ №-li qeyri-yaşayış sahəsinə dair İddiaçı sahiblik və istifadə hüququ tanınsın, həmin mənzilin iddiaçıya təhvil verilməsi həmin qeyri -yaşayış sahəsinin təmirinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK-dan 100 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1773/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1773/2023
18.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver