Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1779/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə 19 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 500 manat məbləğində cərimənin silinməsi, qətnamə icra ediləcəyi tarixədək cavabdeh tərəfindən ondan əsassız tutulmuş pul məbləğlərinin geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, 31.05.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 486 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən fərdi yaşayış evinə kommunal xidmətlərin göstərilməsi barədə cavabdehlə İddiaçı ilə müqavilə imzalanmışdır. Sözügedən ev faktiki iddiaçının istfadəsindədir. Həmin evdə ailə üzvləriylə birlikdə yaşayır. Yaşayış evinə dövlət idarələri tərəfindən qaz, su, işıq sayğacları quraşdırılaraq kommunal şəraitim tam təmin edilmişdir. Sonradan qaz sayğacları yenisi ilə əvəzlənərək smart kart tipli sayğac quraşdırılmışdır. İddiaçı tərəfindən bütün kommunal xidmətlərə həmçinin qazın istifadəsinə görə sərf etdiyi borclar vaxtı-vaxtında ödənilmişdir. 2019-cu yanvar ayında iddiaçı qaz sayğacında nasazlıq sezdiyi üçün dərhal cavabdeh quruma müraciət etmişdir. Cavabdeh qurumun əməkdaşları nasazlıqla bağlı sayğaca baxış keçirmiş, sayğacın Alarm-1 rejimində olması müəyyən edilmişdir. Cavabdeh qurum sözügedən rejimin iddiaçının təqsiri ucbatından baş verdiyini bəhanə gətirərək akt tərtib etmiş, dəymiş ziyanın hesablanması üçün tədbirlər görülməsini tələbnamədə göstərmişdir. Cavabdeh qurum nəzərə almamışdır ki, iddiaçı itirilmiş qazın iddiaçının kartında olan balansdan çıxdığını düşünüb quruma müraciət etmişdir. Baş vermiş hadisədən sonra iddiaçı cərimə olunmağı və ya digər məsələlərlə bağlı cavabdeh qurumdan hər hansı məlumat almamışdır. Əvəzində iddiaçı fərdi yaşayış evinə yeni quraşdırılmış sayğaca pul ödəmiş və görmüşdür ki, həmin məbləğ hər hansı qaydada qaz sərfiyyatı etmədən əsassız olaraq silinir. Bu barədə dərhal Cavabdeh Bakı X6 Departamentinə müraciət etmişdir. Cavabdeh Abşeron X6 Departamentindən iddiaçıya bildirdilər ki, itirilmiş qaz üçün iddiaçıya 500 manat cərimə yazılmışdır. Cavabdehin əməkdaşından müvafiq sənədləri iddiaçı tələb etsə də həmin sənədlər ona təqdim edilməmişdir. Cərimə edilmə barədə nə iddiaçının, nə də ailə üzvlərinin ümumiyyətlə məlumatı olmamışdır. İddiaçı heç bir zaman heç bir kommunal xidmətdən pulsuz istifadə etməmişdir və bütün qaz, su, işıq sərfiyyatı üçün ödənişləri vaxtı-vaxtında icra etmişdir. Bundan əlavə iddiaçı tərəfindən sayğaca heç bir zaman hər hansı bir müdaxilə olmamışdır. Cavabdeh Qurum tərəfindən iddiaçıya cərimə olunmağı barədə hər hansı qərar və yaxud da rəsmi sənəd təqdim edilməmişdir. Qeyd olunan məbləğin hansı əsasla yaranması cavabdeh qurum tərəfindən əsaslandırılmamışdır. 30.05.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan göründüyü kimi, sayğacda Alarm-1 rejiminin aşkar olunması 16.06.2018 və 26.12.2018 tarixləri arasındakı müddətə şamil edilmişdir. Cavabdeh qurum tərəfindən ******* saylı aktla təbii qazdan istifadə qaydalarının pozulmasının, bundan əlavə sözügedən müddət ərzində itirilməsi qeyd olunan qazın niyə məhz altı ay müddətinə hesablanması əsaslandırılmamışdır. Cavabdeh tərəfindən iddiaçıya 500 manat cərimə tətbiq edilməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, cavabdeh qurumun qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmədə izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı 16 iyun 2018-ci il tarixdən 26 dekabr 2018-ci ilədək bloka düşmüşdür. Nəticədə sayğac yenidən açılaraq laboratoriyaya göndərilmişdir. Laboratiyada müəyyən olunmuşdur ki, sayğaca müdaxilə olunmuşdur. Bu barədə 31.05.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Akta əsasən 486 manat borc yazılmışdır. Sayğac evdən kənarda yerləşir. Qaz sayğacı çıxarılan zaman vətəndaşa sayğacın bloka düşdüyünü bildirilmiş və iddiaçı akta imza etmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********24700 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, 29/1710-00374 rəyinə əsasən, 1102AQ**********3 sayğacda istismar müddətində 16.06.2018 -16.12.2018-ci illərdə Alarm-1 rejimi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 486 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 31.05.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək 486 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X8 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 486 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 31.05.2019-cu il tarixli, ******* saylı akt əsasında abonentə 486 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********24700 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 31.05.2019-cu il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 486 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1779/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1779/2021
19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver