Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1788/2023 13.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və müddətinin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və müddətinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-668/2020 saylı qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 170 manat alimentin miqdarının artırılaraq 300 manat olmaqla Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi və alimentin ödənişinin övladının təhsil aldığı 4 il müddətinə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdehlə aralarında fikir ayrılıqları tez- tez mübahisələrə səbəb olmuşdur. Bu səbəbdən rəsmi nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 121/2015 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2006-cı il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1932/2018 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Özü müəllimə işləyir və əlavə heç bir yerdən gəliri yoxdur. Övladının bütün ehtiyaclarını o qarşılayır. Onun müraciəti əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-668/2020 saylı qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 170 manat təyin edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın tələbatını ödəmir. Gündəlik məişət və həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Övladı Bakı Dövlət Unisversitetinin İ kurs tələbəsidir. Təhsili ilə əlaqədar əlavə kurslara cəlb olunur. Onun isə maddi vəziyyəti pisdir. Uşağın inkişafı, cəmiyyətə yararlı fərd kimi yetişməsi valideyn olaraq onun üçün əsas amillərdən biridir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, cavabdeh iddia tələbini qismən qəbul edir və o, övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat vəsait ödəyə bilər. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 730149 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X2 doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 668/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, 08 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(012)-1932/2018 saylı qətnaməsi ilə təyin edilən alimentin məbləği artırılaraq Cavabdeh 170 manat alimentin tutulub İddiaçı verilməsi qət olunmuşdur. İşdə olan "xxxx" MMC-nin bir sıra kassa mədaxil orderlərinin surətindən görünür ki, X2 tədrislə bağlı ödənişlər etmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Mehrab adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Mehrab adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-668/2020 saylı qətnaməsinə əsasən 08 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 170 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Belə ki, həmin məbləğdən artıq alimentin cavabdehdən tutulmalı olması barədə İddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, alimentin tutulması müddətinin uzadılması barədə tələb də təmin edilə bilməz, çünki mövcud qanunvericilikdə bu əsasla aliment öhdəliklərinin uzadılması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-668/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 08 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit məbləğdə aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1788/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1788/2023
13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver