Məhkəmə qərarları › İş №2(012)-1789/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1789/2022

26.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1789/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona qanunsuz və əsassız olaraq hesablanmış 359,38 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ona yaşadığı evdə olan işıq sayğacındakı qüsura görə "xxxx" ASC tərəfindən əsassız olaraq 359,38 manat məbləğində cərimə borcu yazılmışdır. O, yaranmış borca görə "xxxx" ASC-yə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, **********06379 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqəsi təhlil olunarkən məlum olmuşdur ki, Xırdalan RETSİ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik sayğacındakı qüsur (sayğac daxili qüsur səbəbindən qüsur səbəbilə işləmir) səbəbilə xx.xx.2020-ci il tarixli, R 171432 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 4158 kVts (359,38 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, məhkəməyə təqdim edilən saldoda sayğac dəyişməsi 2020-ci ilin iyun ayı göstərilmişdir. Dəyişilən sayğaca görə cərimə yazılmışdır. Sayğacda qüsur aşkar edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı iddiaçı olmasa da, ailəsinin məlumatı olmuşdur. Sayğacdakı qüsura görə akt tərtib edilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. Akt 225 günə hesablanmışdır. Sayğacın işlək vəziyyətdə saxlanılmasının məsuliyyəti abonentdədir, sayğaca "xxxx" ASC-nin mühəndisləri və abonent daimi nəzarət etməlidir. Sayğac küçədə olan zaman işlək vəziyyətdə "xxxx" ASC məsuliyyət daşıyır. Lakin sayğacda qüsur olanda "xxxx" ASC-yə dərhal məlumat verilməlidir. Odur ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 171432 nömrəli akt tamamilə qanunidir. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, R 171432 nömrəli aktdan görünür ki, abonent kodu **********06379 olan sayğacın işləmədiyi aşkar edilmiş və abonentin 359,40 manat borcu yaranmışdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus abonent kodu **********06379 olan fərdi yaşayış evindəki sayğaca baxış keçirilərkən elektrik sayğacındakı qüsur səbəbilə xx.xx.2020-ci il tarixli, R 171432 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə iddaçıya 359,38 manat cərimə hesablanmışdır.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********06379 olan fərdi yaşayış evindəki sayğac,fərdi yaşayış evinin daxilində yox, xaricində yerləşmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki,sayğacın işlək vəziyyətdə saxlanılmasına "xxxx" ASC məsuliyyət daşıdığından abonent kodu **********06379 olan sayğac üzrə hesablanmış 359,38 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinətinin “Elektrik enerjisindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmçinin cavabdeh təşkilatın nümayəndəsi tərəfindən iddiaçının izahatını təkzib edəcək sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 7.12-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçısı, enerjitəchizatı müəssisəsi və istehlakçı öz elektrik qurğularında “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun olaraq texniki nəzarət uçot cihazlarını quraşdırır və istismar edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Abşeron rayonu, Masazır kəndində yeləşən mənzilə quraşdırılmış abonent kodu **********06379 olan sayğac üzrə elektrik enerjisinə görə qanunsuz hesablanmış 359,38 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar