Məhkəmə qərarları › İş №2(012)-179/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-179/2022

14.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-179/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.10.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 464,40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqnda 30.10.2019-cu il tarixli, ******* saylı akt qəbul edilmiş və həmin aktın əsasında ona 464 manat məbləğində cərimə yazmışdırlar. Aktda qeyd edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilmişdir. 30.10.2019-cu il tarixdə qəbul edilmiş akt ona bu günlərdə təqdim edilir. Belə ki, ilk əvvəl sayğac atası İsrafilin adına olmuş və onun adına keçirilən zaman oan bildirmişlər ki, 30.10.2019-cu il tarixli akta əsasən 464,40 manat məbləğində cərimə edilmişdir. Smart tipli qaz kartına pul yükləyən zaman pulun bir hissəsi borca çıxılmışdır. Sayğac onun adına keçiriləndən sonra onun adına 464,40 manat cərimə tətbiq edilmişdir. Halbuki 30.10.2019-cu il tarixdə onun adına cərimə yazılsa da, həmin tarixdə sayğac onun adına olmamışdır. Onun adına verilmiş sayğac vətəndaşlar istifadə edən yol kənarında yerləşdirilmişdir. Həmin yolu müxtəlif insanlar istifadə edir. O bütün günü sayğaca nəzarət edə bilmək iqtidarında deyildir. Bunlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı məxsus yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 saylı sayğac laboratoriyaya göndərilmiş və sayğavda qüsurlar aşkar edilmişdir. 30.10.2019-cu il tarixli, ******* saylı aktı İddiaçı imzalamış və sayğac çıxarılan zaman iddiaçının iştirakı təmin edilmişdir. Sayğac İddiaçı adınadır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.10.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, MSK-nın 29/1710-02148 rəyinə əsasən, 1202AQ**********0 sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 464,40 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız olaraq 30.10.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək 464,40 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 464,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üçün 30.10.2019cu il tarixli, ******* saylı akt əsasında abonentə 464,40 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı «Azəriqaz» İstehsalat Birliyi tərəfindən cavabdeh İddiaçı yaşadığı abonent kodu- **********00000 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30.10.2019-cu il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 464,40 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar