Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1790/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı Abşeron rayon 1 saylı notariat ofisində 15.03.2021-ci il tarixdə 3M-206 reyestrdə qeyd edilmiş icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı tələbini dəyişərək tərəflər arasında bağlanan 15.03.2021-ci il tarixdə 3M-206 reyestrdə qeyd edilmiş icarə müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsinə məxsus olan Abşeron rayonu Masazır qəsəbəsində yerləşən mağaza Cavabdeh2 icarəyə verilmiş, cavabdeh müqavilənin şərtlərini kobudcasına pozmuş, mağazanı könüllü surətdə tərk etmiş, hətta onlara aid olan əşyalar satılaraq əldə olunan vəsait mənimsənilmişdir. Cavabdeh işlədiyi müddətdə icarə pulundan savayı kommunal xərcləri belə ödəməmişdir. Odur ki, məhkəmədən Cavabdeh2 ilə Abşeron rayon 1 saylı notariat ofisində bağladığı 15.03.2021ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin izahatını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı və onun nümayəndəsi-vəkilininn məhkəməyə ünvanladığı iddia ərizəsinə əlavə edilən sənədlərdən qeyd olunan şərtə riayət edilməsi müəyyən edilmir. Belə ki, iddia olunan müqavilənin ləğvi ilə bağlı iddiaçı tərəfindən cavabdehə ünvanlanan məktub, rəsmi qaydada tərəfin ünvanına göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı 17.02.2022-ci il tarixdə 16642 nömrəli qəbzlə "xxxx" ASC vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı 17.02.2022-ci il tarixdə 16642 nömrəli qəbzlə "xxxx" ASC vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1790/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1790/2022
18.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver