Məhkəmə qərarları › İş №2(012)-1800/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1800/2022

08.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1800/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana yazılmış aktın ləğv edilməsi və əsassız hesablanmış 4747,09 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, uzun müddətdir ki, ünvan 2 ünvanda yaşayır. ünvan 3C-nin Sumqayıt Regional Elektrik şəbəkəsi» MMC-nin işçiləri tərəfindən mənzilə elektrik enerjisinin sayğacdan kənar birbaşa istifadə olunmasını əsas gətirərək akt tərtib olunmuşdur. Həmin aktdan ona borc qəbzi gələrkən xəbəri olmuşdur. O, cavabdeh təşkilata dəfələrlə akt əsasında əsassız yazılmış 4747,09 manat borcun silinməsi barədə müraciətlər etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Ona şifahi qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də akt əsasında hesablanmış borcun silinməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Elektrik enerjisindən istifadə qaydalarının 7.11-ci bəndinə görə yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisənin nümayəndəsi onun və iki hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə akt da müvafiq qeyd aparılır. Bundan əlavə o, mübahisəli mənzildə bir neçə aydır ki, yaşayır, 2 aydan çoxdur ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində yaşayır. O, sonuncu dəfə 50 manat məbləğində ödəniş etmişdir və cərimə yazılan sayğac ona məxsus deyildir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, hazırda abonentin sayğaca görə cərimə borcu yoxdur. xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək elektrik enerjisindən istifadəyə görə İddiaçı 2517,97 manat və 1426,84 manat debitor borcu vardır. Vətəndaşın ümumilikdə 1 illik elektrik enerjisindən istifadəyə görə 3944,81 manat borcu vardır. Qalan məbləğ isə 2019-cu ilin noyabr ayından sonraya aid olan debitor borcdur. 2019-cu ilin noyabr ayınadək vətəndaş ödənişlər etmişdir. 2018-ci ildən 2019-cu ilədək 420 gün vətəndaşın elektrik enerjisinə görə sərfiyyatı vurulmamışdır. Mühəndis 2018-ci ildə sayğacdakı məbləği yazmış və 2019-cu ildə sayğacda göstərilən rəqəmi qeyd etmişdir. Həmçinin sayğac labaratoriyada 2 ay qalmış, bununla bağlı rəydə isə sayğacın normal buraxılan xəta ilə işlədiyi qeyd edilmişdir. 2019-cu ilin noyabr ayından 2020-ci ilin noyabr ayınadək iddiaçının 188,42 manat məbləğində illik sərfiyyatı vardır. 2021-ci il ərzində sərfiyyat isə 15,91 manat olmuşdur. İddiaçının bügunə ümumilikdə 4747,17 manat borcu vardır. Nəzarətçi mühəndis aybaay iddiaçının sayğacının göstəricilərini götürməklə hesablamalar aparılır. İddiaçının 2022-ci il üzrə ödənişi hər m3 üçün 7 qəpikdən, həm də 11 qəpikdən elektrik enerjisi məbləği olaraq hesablanmış və 3900 manat təşkil edir. Odur ki, sayğac enerjinin qeydiyyatını aparsa da, mühəndis 1 il ərzində olan göstəriciləri götürməmişdir. Sonuncu dəfə 2021-ci ildə 3 manat məbləğində ödəniş olunmuşdur. Yeni sayğac isə 2019-cu ildə quraşdırılmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli, 143298 saylı aktdan görünür ki, sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə 162242 №-li potokol tərtib edilmiş, abonent kodu **********01090 olan elektrik sayğacında yoxlama keçirilmiş və sayğacın normal buraxılan xəta ilə işlədiyi aşkar edilmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, abonent kodu **********01090 olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci il tarixdən 20 may 2022-ci il tarixinədək 4746,73 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır. Enerji sərfiyyatı üzrə yaranmış borc aşağıdakı kimi müəyyən edilmişdir: 2015-ci ildə 57,46 borcdan 60 manat ödəniş edilmiş, qalıq borcu -2,54 manat, 2016-cı ildə 229,39 manat borcdan 170 manat ödəniş edilmiş, qalıq borcu 59,39 manat, 2017-ci ildə 201,33 manat borcdan 170 manat ödəniş edilmiş, qalıq borcu 31,33 manat, 2018-ci ildə 844,33 manat borcdan 160 manat ödəniş edilmiş, qalıq borcu 684,83 manat, 2019-cu ildə 0,14 manat borcdan ödəniş edilməmiş, 2020-ci ildə 188,42 manat borcdan 171 manat ödəniş edilmiş, qalıq borcu 17,42 manat, 2021-ci ildə 16,19 manat borcdan 4 manat ödəniş etmiş, qalıq borcu 12,19 manat, 2022-ci ilin yanvar ayında 0,24 manat borcdan ödəniş edilməmiş, 2022-ci ilin fevral ayında 0,16 manat borcdan ödəniş edlməmiş, 2022-ci ilin mart ayında 0,18 manat borcdan ödəniş edilməmiş, 2022-ci ilin aprel ayında 11,52 manat borcdan 12 manat ödəniş edilmiş, qalıq borc -0,48 manat, 2022-ci ilin may ayında 21,04 manat borcdan 21 manat ödəniş edilmiş, qalıq borcu 0,04 manat təşkil edir. Abonentin mübahisələndirdiyi, guya akta əsasən yazılmış 4747,09 manat əslində xx.xx.2018-ci ildən xx.xx.2019-cu il aralığında (bu tarixlərə olan ödənilməli məbləğ cədvəldə qeyd edilməmişdir) elektrik enerjisindən istifadəyə görə hesablanmış 3944,81 manat yaranmış borcdur. Belə ki, qeyd edilmiş 3944,81 manat və cədvələ əsasən hesablanmış 802,20 manat cəmi 4746,73 manat abonent (iddiaçı) İddiaçı cari günə "xxxx" ASC qarşısında ödəməli olduğu debitor borcudur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı iddia ərizəsində "xxxx" ASC tərəfindən ünvan 1 ünvana yazılmış aktın ləğv edilməsini xahiş etsədə,məhkəmədə sübutların tədqiqatı zamanı sözügedən ünvanla bağlı İddiaçı barəsində "xxxx" ASC tərəfindən hər hansı bir aktın tərtib olunması müəyyən edilmədiyindən məhkəmə iddia tələbinin bu hissədə rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin Azərişıq» ASC tərəfindən ünvan 1 ünvana əsassız hesablanmış 4747,09 manat məbləğində borcun silinməsi hissəsi ilə bağlı aşağıdakıları qey edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********01090 olan İddiaçı 2015-ci il tarixdən 20 may 2022-ci il tarixinədək 1570.8 (min beş yüz yetmiş manat səksən qəpik) manat dəyərində enerji sərfiyyatı olmuş,həmin dövrlər üçün ümumilikdə 768(yeddi yüz altmış səkkiz) manat ödəniş etmiş və elektrik enerjisindən istifadə etməsi nəticəsində abonent kodu **********01090 olan İddiaçı 20 may 2022-ci il tarixinədək 802.80 (səkkiz yüz ikimmanat səksən qəpik) manat debitor borcu qalmışdır.Qeyd olunan bu hal iş materialalrına əlavə edilmiş 20 may 2022-ci il tarixli maliyyə arayışında abonentin borc və ödəniş qrafasında göstərilən rəqəmlər hesablanarkən tam təstiq olunur. Bundan başqa 20 may 2022-ci il tarixli maliyyə arayışının qeyd hissəsində xx.xx.2018-ci ildən xx.xx.2019-cu il aralığında elektrik enerjisindən istifadəyə görə ödənilməli məbləğ cədvəldə qeyd edilməyən 3944,81 manat yaranmış debitor borc göstərilmiş,lakin məhkəmədə həmin borcun hesablanma qaydası və miqdarı haqqında "xxxx" ASC tərəfindən hər hansı bir mötəbər sübuta istinad olunmadan,yalnız formal mülahizələrə əsaslanmışlar.Ona görə də məhkəmə qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, abonent kodu **********01090 olan İddiaçı 20 may 2022ci il tarixədək elektrik enerjisindən istifadəyə görə hesablanmış 3944,81 manat silinməli və həmin dövrlər üçün abonentin 802.80 (səkkiz yüz ikimmanat səksən qəpik) manat debitor borcunun qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektirik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü bir ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü maddəsinə müvafiq olaraq Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Abonent kodu **********01090 olan İddiaçı məxsus ünvan 1 ünvana "xxxx" ASC tərəfindən 20 may 2022-ci il tarixədək elektrik enerjisindən istifadəyə görə hesablanmış 3944,81 manat silinsin və həmin dövrlər üçün abonentin 802.80 (səkkiz yüz ikimmanat səksən qəpik) manat debitor borcunun qalması müəyyən edilsin. İddia tələbinin ünvan 1 ünvana yazılmış aktın ləğv edilməsi hissəsi rədd eilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar