Məhkəmə qərarları › İş №2(012)-1801/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1801/2022

10.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1801/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 10 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Saray qəsəbəsi, İlkin Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca görə qanunsuz olaraq hesablanmış 440 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İlkin Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh tərəfindən abonent kodu: **********22190 olan qaz sayğacı quraşdırılmışdır. X5 tərəfindən sayğaca baxış keçirilən zaman bildirilmişdir ki, sayğac işləmir, dəyişdirilməlidir, həmin müddəti iddiaçının qaz sərfiyyatına borcu olmuş, həmin borcu tam şəkildə ödədiyi üçün qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İddiaçının iştirakı olmadan (Abonent kodu **********22190) olan sayğac X2 işçiləri tərəfindən aparılaraq X2 Sənaye və Məişət qaz sayğaclarının kalibdəmə Labaratoriyasında baxış keçirilərək 18.07.2019-cu il tarixində akt tərtib edilmişdir. Həmin akt barədə iddiaçının xəbəri olmayıb, iddiaçı 2021-ci ilin axır aylarında qaz təchizatına ödəniş edən müddəti karta pul vuranda bilmişdir ki, onun 440 manat borcxu vardır. İddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmiş, ümumiyyətlə həmin vaxt heç kim ne iddiaçının yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmuşdur. İddiaçı qeyd edir ki, 440 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman X6 əməkdaşları tərəfindən sayğaca müdaxilə olunması barıdı iddiaçıya heç bir məlumat verilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, Abşeron rayonu, Saray qəsəbəsi, İlkin Məmmədov küçəsində yerləşən mənzilə ( Abonent kodu **********22190) sayğac əsassız olaraq borc kimi yazılmış olan 440 manatın Cavabdeh QSC İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərk, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 30.07.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********22190) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə edildiyi aşkar edilmişdir, bununla əlaqədar olaraq akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30.07.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 6 m3/saat x 18 saat x 90 gün = 4212 m3, cəmi 4860 m3 (486 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan 15.04.2019-cu il tarixli abonentin saldosundan müəyyən edilir ki, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdehnə 2020-ci il üzrə 440 manat ziyan hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir.Akt tərtib olunan tarixdən əvvəlki dövr üçün qeyri-qanuni təbii qazdan istifadə olunması iş materialları ilə təsdiq olunmur. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin işin materiallarından göründüyü kimi abunə kodu **********22190 olan ünvan üzrə qazdan istifadəyə görə 2020-ci il tarix üçün 0 manat cərimə borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İlkin Məmmədov küçəsində yerləşən adi qaz sayğacına (abonent kodu **********22190) dair hesablanmış 2020-ci il tarix üçün 440 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İlkin Məmmədov küçəsində yerləşən mənzilə aid qaz sayğacına (abonent kodu **********22190) dair hesablanmış 440 manat cərimə borcu silinsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar