Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1802/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi v həmin akt əsasında hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli, 30.12.2021-ci il tarixli aktlara görə adına hesablanmış 656,64 (altı yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31.01.2022-ci il tarixli akt əsasında iddiaçının adına ümumilikdə 518 (beş yüz on səkkiz) manat məbləğində cərimə yazılmışdır. Aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb sayğacın çıxış plasmas borusu deşilmişdir. O, həm cərimə həm də ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31.01.2022-ci il tarixli akt qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Çünki həmin aktın tərtib edilməsi qanun pozuntusudur. Ona heç bir məlumat verilmədən, xəbərdar etmədən cərimə ilə yüklü etmişlər. Belə ki, evinə quraşdırılmış sayğac yol kənarındadır və həmin yolu müxtəlif insanlar istifadə edir. Hətta sayğac külək nəticəsində də yararsız hala düşə bilər. Azəriqaz İB-nin əməkdaşları isə bu faktı araşdırmaq əvəzinə sayğac onun evinə quraşdırıldığı üçün asan yolla onu külli miqdarda cərimə etmişlər. İddiaçı işləmir və heç bir yerdən gəliri yoxdur. Oğlunun himayəsində yaşayır və bütün tələbatını da oğlu ödəyir. 500 manat məbləğində pul onun üçün böyük məsrəfdir. Əgər sayğac onun həyətində quraşdırılmış olsaydı, bu qeyd edilənləri qismən də olsa qəbul edərdi. Hazırda isə bu qeyd edilənləri qəti şəkildə qəbul etmir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, qaz sayğacının plastmas borusu deşilmişdir. Ona görə də, zərərlə bağlı akt tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 31.01.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********03370) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur.çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İşin materiallarında olan Abonent saldosundan görünür ki, abonent kodu **********03370 olan, ailə tərkibi 3 nəfər olan İddiaçı - Abşeron rayonu, Saray qəsəbəsi ünvanında 30.12.2022-ci il tarixdə Zenner G-4 markalı **********3 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Samovar (1/1), abonentin borcu 01.2022-ci il tarixinə 518,40 manat hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, 31 yanvar 2022-ci il tarixli ******* saylı aktla İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyan abonentin saldosundan göründüyü kimi abunə kodu **********03370 olan ünvan üzrə yanvar 2022-ci il tarixli akt əsasında 518,40 manat borc hesablanmışdır. İş materiallarından göründüyü kimi iddiaçı həyət evində yaşamaqla sayğac küçədə quraşdırılmışdır, sayğacın mühafizəsini təmin etmək iddiaçının imkanı xaricindədir. Sayğacda hər hansı zədənin yaranması kənar təsiri istisna etmir. O əsasda məhkəmə hesab edir ki, cərimə borcu əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********03370) dair hesablanmış 518,40 manat borc silinməlidir. Qalan məbləğ debitor borcu olduğundan həmin hissədə iddia əsassızdır. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun 15 manatı pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********03370) dair hesablanmış 518,40 manat cərimə borcu silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 15 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1802/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1802/2022
16.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver