Məhkəmə qərarları › İş №2(012)-183/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-183/2025

13.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-183/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs başçısı yanında X6 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun anası olaraq “2-ci X11, 3-cü qrup əlil, övladı xx.xx.1996-cı il təvəllüdlü X1 yaranmış ciddi problemlərə görə, əlilliyinə görə, əmək və fəaliyyət qabiliyyətinin olmamasına görə üzərində qəyyum təyin edilməyi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.1988-ci ildə X10 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1996-cı il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Övladı xx.xx.1996-cı il təvəllüdlü X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2-ci Qarabağ Müharibəsi, Vətən Müharibəsinin iştirakçısı və müharibə veteranıdır. xx.xx.1996cı il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, barotravma nəticəsində postravmatik stress pozuntusu, şəxsiyyət dəyişikliyi pozuntusu ilə. Baş beyin silkələnməsi, davranış pozuntuları ilə Vegetativ sinir sisteminin samotoform disfunksiyası, kardio nevroz Nevrasteniya, asteno nevrotik vəziyyət Astiqmatizm, Qastrit və duodenit, xroniki qastriti” diaqnozundan əziyyət çəkir, 3-ci qrup əlildir. Övladı xx.xx.1996-cı il təvəllüdlü X1 yaranmış ciddi problemlərə görə, əlilliyinə görə heç bir yerdə işləyə bilmir, əmək və fəaliyyət qabiliyyəti yoxdur. Övladı xx.xx.1996-cı il təvəllüdlü X1 yaranmış ciddi problemlərə görə, əlilliyinə görə dəfələrlə müxtəlif tibb müəssisələrində, xəstəxanalarda müalicələr almışdır. Övladı daima valideynləri, yaxınları tərəfindən ciddi nəzarətdə olması vacibdir. Məhz bu səbəblərə görə heç bir yerdə işləyə bilmir. Əmək və fəaliyyət qabiliyyəti yoxdur. Övladı xx.xx.1996-cı il təvəllüdlü X7 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Övladı xx.xx.1996-cı il təvəllüdlü X7 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2716 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Övladı xx.xx.1996-cı il təvəllüdlü X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri tərəfindən “X8” medalı ilə təltif olunmuşdur. O, övladı xx.xx.1996-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməyi barədə köməklik göstərilməsi üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona xx.xx.2024-cü il tarixli imtina məktubu ünvanlamışdır. Hazırda onun anası olaraq övladı xx.xx.1996-cı il təvəllüdlü X1 yaranmış ciddi problemlərə görə, əlilliyinə görə, əmək və fəaliyyət qabiliyyətinin olmamasına görə üzərində qəyyum təyin edilməyi zərurəti yaranmışdır. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs başçısı yanında X6 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X12 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Odur ki, o, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Mehdiadab Qəsəbə İN tərəfindən verilmiş AZ-T 173463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuşdur. X2, anası isə Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 4316 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, X4 ÜZVİ SAYİQLAMA (ŞİZOFRENƏBƏNZƏR POZUNTU) REMİSSİYA MƏRHƏLƏSİNDƏ (F06.2) aşkar olunur. Bunu anamnestik məlumatlar xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət alması, xəsarətin fəsadları ilə əlaqədar xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022- xx.xx.2022-ci il xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə SN Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması “üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan psixotik kəskinləşmələr, depressiv daxilolmalar, intihar cəhdi ilə” diaqnozu ilə müalicə olunması, 2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olması, Hərbi Həkim Komissiyasının qərarına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, Abşeron Rayon Mərkəzi Xəstəxanasında ambulator müalicədə, Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də t.e.d. prof. Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona “Üzvi paranoid pozuntu” diaqnozu təyin edilməsi, zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali- ruhiyyəsinin bir qədər enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi və sair sübut edir. Qeyd olunmalıdır ki, X3 hazırki müayinəsi zamanı onda hər hansı psixotik səviyyəli əlamətlər (sayıqlama fikirləri, hallüsinasiyalar) aşkar olunmamış, kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməmişdir. X4 hazırkı müayinə zamanı sayıqlama (paranod) və digər psixotik əlamətlərin aşkar olunmaması onda qeyd olunan psixi pozuntunun remissiya (yaxşılaşma) vəziyyətində olduğunu sübut edir. X4 qeyd olunan üzvi sayıqlama (şizofrenəbənzər) pozuntusu hal-hazırda remissiya (yaxşılaşma) vəziyyətində olduğundan onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, X7 hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1996-cı təvəllüdlü X3 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X7 hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. 2-ci sual: xx.xx.1996-cı il təvəllüdlü X5 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X4 qeyd olunan üzvi sayıqlama (şizofrenəbənzər) pozuntusu aşkar olunur. X4 qeyd olunan üzvi sayıqlama (şizofrenəbənzər) pozuntusu halhazırda onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, X7 hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. X3 psixi xəstəliyi onun öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda şəxsin fəaliyyət qabliyyətli olub-olamasının müəyyən edilməsi üçün əsas sübut növlərindən biri də ekspertiza rəyidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 4316 saylı rəyində xx.xx.1996cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs olması müəyyən edilməmiş və bu halı təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddia tələbində tələb edilmədiyindən, həmin məbləğ ərizəçinin özünə aid edilir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar