Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1842/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli çıxarış əsasında mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair **********01260 nömrəli abonent hesabına yazılmış 2073 manat məbləğində qaz borcunun etibarsız hesab edilməsi və silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nadir Yasinov xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. ünvan 2 ünvanda yaşayan İddiaçı məxsus sayğaca Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və aktda sayğaca müdaxilə halı və qaz itkisi aşkar olunduğu qeyd olunmuşdur. Belə ki, abonent qazdan istifadə edərkən qaz sayğacına müdaxilə etmiş və nəticədə qaz itkisinə yol verilmiş, dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya vurulmuş zərərin ödənilməli olduğu bildirilsə də, hazırki vaxta kimi dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı sayğaca müdaxilə etdiyinə görə barəsində akt tərtib edilmişdir. Əvvəla, xx.xx.2023-cü il (Akt-0393349)-17280 m3 itirilmiş qaza görə hesablanmış məbləğ 2073.60 manat təşkil edir. İkincisi, **********01260 saylı abonent kodu göstərilən ünvanda vətəndaş X3 adında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq) 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Odur ki, 2(012)- 1842/2025 saylı mülki iş üzrə İddiaçı əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddiasının əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, Cavabdeh İB-nin etirazda göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, o, evi xx.xx.2023-cü il tarixdə X5 adlı şəxsdən notariusda bağlanmış alqı-satqı və İpoteka müqaviləsi əsasında almış, evi alandan sonra anası ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmış və heç vaxt tərəflərindən qaz sayğacına müdaxilə edilməmiş, hətta xx.xx.2023-cü ildə əsassız borc yazıldığını biləndən sonra, ümumiyyətlə, qaz xəttini bağlamışdır. 2 ildir ki, evdə yalnız qaz balonundan istifadə edilir. Hesab edir ki, həqiqəti üzə çıxartmaq üçün evi ona satan X5 da 3-cü şəxs qismində hazırkı mülki işə cəlb olunmalıdır. Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən İİİ şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə iştirak etməyə cəlb oluna bilərlər. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 47, 66-68, 74-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, iş üzrə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2023-cü il tarixdə ona satan ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1969-cu il təvəllüdlü X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X5 Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qaz sayğacına dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ona məxsus olmuş **********01260 nömrəli abonent hesabına əsassız yazılmış 2073 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qaz sayğacına dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ona məxsus olmuş **********01260 nömrəli abonent hesabına əsassız yazılmış 2073 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, İddiaçı “N” saylı hərbi hissəsində hərbi xidmətdədir. Azərbaycanın Ərazi Bütövlüyü uğrunda İİ Qarabağ Müharibəsində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş İİ Qarabağ Müharibəsi veteranıdır. Həmçinin iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalla təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250 nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli “müharibə veteranı” vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “güzəştli ipoteka kreditinin verilməsi qaydasına” uyğun olaraq hərbçi kimi iddiaçı xx.xx.2023-cü il tarixdə ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini almışdır. Evi alan zaman evin çölündə küçədə Zenner G-4 markalı, **********312 nömrəli qaz sayğacı quraşdırılmış, evin heç bir qaz borcu olmamışdır. Evin əvvəlki sahibinin verdiyi qaz kartına pul yükləyərək bir müddət qazdan istifadə etmiş, kartdan pul çıxılmamışdır. Lakin 2023-cü ilin oktyabr ayının sonlarında iddiaçının anası evin əvvəlki sahibinin verdiyi qaz kartına pul yükləyəndə yüklənmiş pulun yarısının silindiyini görmüşdür. Məsələni araşdırmaq üçün Abşeron rayon Qaz işçilərinə müraciət etdikdən sonra iddiaçıya bildirilmişdir ki, guya evin qazı var, guya xx.xx.2023-cü ildə, yəni iddiaçı evi almamışdan qabaq evdə quraşdırılmış köhnə G-4 markalı 1402AZ**********63 qaz sayğacı Azəriqaz İB-nin işçiləri tərəfindən çıxarılıb aparılmış, labaratoriyaya göndərilmiş, 2023-cü ilin iyun ayında laboratoriyada həmin köhnə qaz sayğacına baxış keçirilmiş və köhnə qaz sayğacının çıxış plastmas borusunda deşik aşkar edildiyi üçün qaz itkisinə görə 2073 manat qaz borcu yazılmışdır. Bu səbəbə görə 2023-cü ilin oktyabrın sonlarında iddiaçının anası qaz kartına pul yükləyən zaman yüklənmiş məbləğin yarısı silinmişdir. Karta pul yükləyəndə yüklənmiş məbləğin yarısı silindiyinə görə 2023-cü ilin noyabr ayından iddiaçı qaz kartından istifadə etmir, evdə təbii məişət qazından istifadə edə bilmir, evi isitmək, yemək-içmək hazırlamaq üçün evdə qaz balonundan istifadə etmək məcburiyyətində qalmışdır. Bu isə həyat üçün son dərəcə təhlükəlidir. Bu səbəblərdən iddiaçının mülkiyyətçi hüquqları pozulur. Sadalananlardan göründüyü kimi, iddiaçı evi xx.xx.2023-cü ildə almışdır, iddiaçı evi alanda evdə ZENNER G-4 markalı **********312 nömrəli qaz sayğacı quraşdırılmışdır. Hazırda həmin qaz sayğacı yerində olsa da, iddiaçı tərəfindən istifadə olunmur. Borcun yaranmasına səbəb olan G-4 markalı 1402AZ**********63 nömrəli köhnə qaz sayğacını isə iddiaçı heç vaxt görməmiş, həmin köhnə qaz sayğacından heç vaxt istifadə etməmiş, ona görə də köhnə qaz sayğacına görə yazılmış borcun iddiaçıya heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən 3-cü şəxs X5 izahatında bildirmişdir ki, o, ailə üzvləri ilə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini isə bağ evi kimi istifadə etmiş, aradabir həmin evə gedib gəlmişlər. ünvan 1 ünvanda yerləşən həmin fərdi yaşayış evini o, xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi əsasında İddiaçı satmışdır. Sonradan ona məlum olmuşdur ki, ona məxsus olmuş bağ evi kimi istifadə etdikləri ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən Azəriqaz İB-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə çıxarılıb aparılmış qaz sayğacına 2073 manat borc yazılmışdır. Belə ki, Azəriqaz İB-nin Abşeron rayon Şöbəsinin verdiyi həmin sənədlərlə tanış olanda ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə onun fərdi yaşayış evindən çıxarılmış qaz sayğacına Azəriqaz İB-nin labaratoriyasında onun xəbəri və iştirakı olmadan baxış keçirilmiş və guya sayğacın çıxış plastmas borusunda deşik aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Guya o həmin akta imza etməkdən imtina etmişdir. Azəriqaz İB-nin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş abonent saldosundan çıxarışdan isə ona məlum olmuşdur ki, ona məxsus olmuş evdən xx.xx.2023-cü il tarixdə çıxarılmış qaz sayğacının çıxış borusunda deşik aşkar edildiyi üçün qaz sərfıyyatına görə 2073 manat borc yaranmışdır. Hesab edir ki, Cavabdeh İstehsalat Birliynin xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı onun xəbəri və iştirakı olmadan tərtib edilmiş həmin akt əsasında yazılmış 2073 manat məbləğində əsassız borc **********01260 nömrəli abonent hesabından silinməlidir. Sadalananlardan açıq-aşkar aydın olur ki, Azəriqaz İB-nin işçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yaşadığı evdən kənarda küçədə quraşdırılmış qaz sayğacını çıxardıb aparmış, üstündən 5 ay keçəndən sonra, onun xəbəri, iştirakı olmadan qaz sayğacını birtərəfli yoxlamış, onun xəbəri, iştirakı olmadan əsassız olaraq qaz sayğacında deşik aşkar olunması barədə birtərəfli akt tərtib etmişlər və həmin aktda onun əvəzindən “imtina” etdi yazmışlar. Sonra da qaz sərfiyyatına görə onun abonent hesabına 2073 manat borc yazmışlar. Buradan açıqaşkar görünür ki, Azəriqaz İB-nin əməkdaşları qanunsuzluğa yol vermişlər, çünki belə olmasa idi, onun xəbəri, icazəsi olmadan, onu dəvət etmədən evin qaz sayğacına baxış keçirtməzdilər. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh Azəriqaz İB-nin bu kimi qanunsuz hərəkətləri ona çox pis təsir etmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun istehlakçı hüquqları pozulmuş, evi satdığı şəxslə üz-üzə qaldığına görə mən ağır sarsıntılar-iztirablar keçirmiş, onun işgüzar nüfuzuna ağır zərər yetirilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməli və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 365366-NEDVİJ-2552 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Masazır kəndi, Yusif Məmmədəliyev küçəsi, ev 23 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********65-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya əmlakın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. -xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, X4 məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacda qaz itkisi və müdaxilə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********01260 olan X3 adına olan abonent saldosundan görünür ki, ünvan 5 ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4T Smart tipli, **********312 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Kombi (su qızdırıcı) (1/1), Qənaətli su qızdırıcıdan (1/1) ibarət olmuşdur. Akta əsasən hesablanmış, abonentin 2023cü ilə aid olan cəmi borcu 2073.60 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 365366-NEDVİJ-2552 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən göründüyü kimi satıcı X1 rayonu, Masazır kəndi, Yusif Məmmədəliyev küçəsi, ev 23 ünvanda yerləşən daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Bu müqavilə bağlandıqdan bir müddət sonra isə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacda qaz itkisi və müdaxilə aşkarlanmasına dair xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və 2073.60 manat cərimə yazılmışdır. Göründüyü kimi aktda və abonentin saldosunda abonent olaraq İddiaçı deyil, X5 qeyd edilmişdir. Cavabdeh ilə bağlnamış müqavilənin tərəfi İddiaçı deyil, X5 olduğundan, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan görünür ki, X4 məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacda qaz itkisi və müdaxilə aşkarlanmışdır. Ona 2073.60 manat borc hesablanmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı aktlarla bağlı qeyd edir ki, X2 ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2023cü il tarixli, ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifə yaratmamaqla yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək həmin akt əsasında X4 cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək, istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin nə həmin aktların istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktları qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin aktlara əlavə olunmuşdır. Odur ki, tərtib olunmuş aktlar natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin akt 2023-cü il tarixində qəbul edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən (2022-ci ilin may ayından qüvvədə 8-1ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub- olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə istehlakçının təqsiri müəyyən edilmədiyindən, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 **********01260 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2073.60 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1. maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia 2073.60 manat həcmində təmin edildiyindən məhkəmə hesab edir ki, 40.73 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. “Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc pul vəsaiti müstəqil tələb irəli sürən üçüncü şəxs X4 məxsus abonent kodu **********01260 olan abunə hesabından silinsin. Cavabdehndən 40.73 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1842/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1842/2025
26.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver