Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1855/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, qax rayonu Dövlət Notariat Ofisinə, AR Əmlak Məsələləri Dövlət komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı şöbəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon notarial ofisi tərəfindən iddiaçı ilə Cavabdeh1 arasında 0.12 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Bağışlama müqaviləsi”-nin ləv edilməsini, bu bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına mülkiyyət hüququ ilə 0.12 ha torpaq sahəsinin qeydiyyata alınmasına dair “qeydiyyat vəsiqəsi”-nin ləğv edilməsini xahiş etmişdir. Hal-hazırda tərəflər- İddiaçı və Cavabdeh1 xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Hazırda məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, tərəflər aşağıdakı şərtlərlə razılaşır: Hazırkı barışıq sazişinə əsasən İddiaçı məhkəmədə irəli sürdüyü “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsini geri götürərək tələbdən imtina edir. Cavabdeh1 tələbdən “imtinanı” qəbul edir və bunun müqabilində aşağıda göstərilən öhdəlikləri üzərinə götürür: İddiaçı himayəsinə götürür və onu yaşayış sahəsi ilə təmin edir(kirayəyə götürülərsə kirayə haqqını ödəyir). Maddi təlabatını ödəməklə gündəlik azuqə ilə təmin edir. Xəstəliyi ilə əlaqədər tələb olunan dərmanların alınmasını təmin edir. 2-ci qrup əlil olan İddiaçınm gigiyenik təmizliyinə riayət edilməsinə nəzarət edib,bununla əlaqədər tələb olunan vasitələri təmin edir. Yuxarıda qeyd edilən “barışıq saziş” tərəflərin iradəsi ilə tərtib edilmişdir, mətni ucadan oxundu tərəflər razılaşmanı qəbul edərək düzgünlüyünü tərəflərin imzası ilə təsdiq olunur. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, qax rayonu Dövlət Notariat Ofisinə, AR Əmlak Məsələləri Dövlət komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı şöbəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbi barədə iddia tələbinədair mülki iş üzrə tərəflər arasındakı aşağıdakışərtlər ilə bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Hazırkı barışıq sazişinə əsasən İddiaçı məhkəmədə irəli sürdüyü “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsini geri götürərək tələbdən imtina edir. Cavabdeh1 tələbdən “imtinanı” qəbul edir və bunun müqabilində aşağıda göstərilən öhdəlikləri üzərinə götürür:
1. İddiaçı himayəsinə götürür və onu yaşayış sahəsi ilə təmin edir(kirayəyə götürülərsə kirayə haqqını ödəyir).
2. Maddi təlabatını ödəməklə gündəlik azuqə ilə təmin edir.
3. Xəstəliyi ilə əlaqədər tələb olunan dərmanların alınmasını təmin edir.
4. 2-ci qrup əlil olan İddiaçınm gigiyenik təmizliyinə riayət edilməsinə nəzarət edib,bununla əlaqədər tələb olunan vasitələri təmin edir. Yuxarıda qeyd edilən “barışıq saziş” tərəflərin iradəsi ilə tərtib edilmişdir, mətni ucadan oxundu tərəflər razılaşmanı qəbul edərək düzgünlüyünü tərəflərin imzası ilə təsdiq olunur. İddiaçı cavabdehlər Cavabdeh1, qax rayonu Dövlət Notariat Ofisinə, AR Əmlak Məsələləri Dövlət komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı şöbəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair 2(012)-1855/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Elman Məmmədov