Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1860/2021 12.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı maddi ziyana görə pulun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı maddi ziyana görə pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 3971.92 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4001.92 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdehin qeydiyyat ünvanı Sabunçu rayonu ərazisində yerləşdiyindən və eyni zamanda müqavilənin icra olunduğu yer həmin ünvan olduğundan, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, DİN-nin BPQMİ-nin Maps şöbəsinin 21.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi B.Bağırov küçəsi 94 A saylı evdə qeydiyyatdadır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 19.09.2016-cı il tarixli D/346 saylı müqavilənin surətindən görünür ki, istehlakçı Cavabdeh qeydiyyat ünvanı üzrə ünvan 3ğacı quraşdırılmışdır. Azərbaycan Respublikası MPM-nin; 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, mülki iş materiallarından göründüyü kimi, cavabdehin qeydiyyat ünvanı, eyni zamanda müqavilənin icra edildiyi yer Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi B.Bağırov küçəsi 94 A saylı ev olduğundan qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı İB-nin Cavabdeh qarşı maddi ziyana görə pulun tutulması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1860/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1860/2021
12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver