Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1862/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 6377 saylı fərdi yaşayış evinə (abonent kodu: **********06377) ödənişi aparılmamış və ödənişi tələb olunmayan 789 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, donmuş borc ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi şəkildə ərizə ilə müraciət edərək, həmin pulun silinməsini xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona xx.xx.2024-cü il tarixdə müraciətin araşdırılmasına dair məktub göndərilərək, onun elektrik enerjisi sərfiyyatına görə yaranmış borcunun araşdırılmasına dair "xxxx" ASC-yə daxil olmuş müraciətinə baxılmış və aşağıdakı cavab qeyd edilmişdir: “Bununla əlaqədar olaraq bildirilmişdir ki, **********06377 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixində məcburi köçkün limitindən artıq istehlak edilmiş, lakin ödənişi aparılmamış 789 manat borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu məbləğin ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir”. X1 arasında alqı-satqı müqaviləsi bağlandığı üçün hazırda həmin borc üzə çıxmışdır. X2 etibarnaməsi olduğu üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən cavab X3 adına verilmişdir. Onun silinməsini istədiyi sözügedən borc dondurulmuş borcdur. Buna görə də həmin pulun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, hazırda **********06377 saylı abunə kodu üzrə olan sayğac X3 adınadır. Hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilmiş 789 manat məbləğində cərimə borcu əsassız olduğu üçün silinməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş 04 dekabr 2023-cü il tarixli, **********415 saylı ərizəsinin surətindən görünür ki, İddiaçı **********06377 saylı abonent kodunun X3 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********06377 olan sayğac üzrə abonentin xx.xx.2017-ci il tarixinə borcu 789 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13- 13/2-2/18-K-660-5/2024 saylı müraciətin araşdırılmasına dair məktubdan görünür ki, **********06377 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixində məcburi köçkün limitindən artıq istehlak edilmiş, lakin ödənişi aparılmamış 789 manat borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu məbləğin ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-K-660-5/2024 saylı müraciətin araşdırılmasına dair məktubdan görünür ki, **********06377 saylı abunə koduna hesablanmış 789 manat cərimə məbləği ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir və borcun ödənilməsinin yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqısatqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı fərdi yaşayış evinə aid **********06377 saylı abunə koduna hesablanmış 789 manat məbləğində cərimə pulu "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyindən, həmin məbləğin ödənilməsinin iddiaçıdan tələb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və etiraz ərizəsini göndərməmiş, İddiaçı **********06377 saylı abunə koduna xx.xx.2017ci il tarixinə hesablanmış 789 manat məbləğində cərimə pulu ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2017-ci il tarixdə borca görə hesablanmış 789 manat məbləğində borc əsassız olduğundan, "xxxx" ASC tərəfindən **********06377 saylı abunə koduna hesablanmış 789 manat cərimə pulu silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********06377 saylı abunə koduna hesablanmış 789 manat cərimə pulu silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1862/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1862/2024
08.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver