Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-187/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azəriqaz İB tərəfindən tərtib olunmuş qeyri-qanuni tərtib edilmiş ******* nömrəli aktın ləğv edilərək ondan tutulan 350 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X6 tərəfindən qanunsuz olaraq Abşeron rayonu Hökməli qəsəbəsi ünvanına quraşdırılmış sayğaca görə aktlar əsasında qanunsuz olaraq yazılmış 1397 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2014-cü il tarixdə o, Abşeron İB ilə təbii qazdan istifadə etmək üçün müqavilə bağlamış, bundan sonra müqavilənin şərtlərinə əməl edərək təbii qazdan istifadə etməyə başlamışdır. 2017-2018-ci illərin qış aylarında işsizliklə əlaqədar olaraq maddi imkanı məhdud olduğundan təbii qazdan istifadəni dayandırıb odun sobasından istifadə etmişdir. 30.04.2018-ci il tarixdə Bakı Regional Qazın Satış Departamenti yaşadığı ünvanda yoxlama keçirmiş, lakin heç bir qanun pozuntusu aşkar edilməmişdir. Buna baxmayaraq, qeyri-qanuni akt tərtib edilərək 1397.80 manat qanunsuz cərimə yazılmış və bunu onunla əlaqələndirmişlər ki, qış ayları ərzində o, təbii qazdan istifadə etmək üçün smart karta heç bir ödəniş etməmişdir. Daha sonra tərtib edilmiş aktda qeyri-qanuni xətt aşkarlandığı bəhanə olaraq qeyd edilmişdir. Həmin tarixdən etibarən təbii qazdan istifadə etmək üçün smart karta ödədiyi hər hansı bir məbləğin 50 faizi qeyri-qanuni Azərqaz İB tərəfindən mənimsənilmişdir. Bu barədə dəfələrlə Azərqaz İB Bakı Regional Qazın Satışı Departamentinə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Hətta iddiaçının nümayəndələri ona çəkinmədən axşamlar yaşadığı Hökməli kəndini gəzərək təbii qazdan qeyri-qanuni istifadə edən şəxsləri aşkar edib bu barədə məlumat verməsi müqabilində ona yazılmış cərimənin silinməsinə dair şərt irəli sürmüşdür. Bu səbəbdən də məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.05.2021-ci il tarixli 10/867 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi X5 iddia ərizəsi qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan sayğacdan kənar qaz xətti vasitəsilə istifadə etməklə Azəriqaz İB-yə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlar tərəfindən qanuna müvafiq qaydada aktlar tərtib edilmiş, dəymiş ziyan hesabatları hazırlanmışdır. 2014-cü ilin dekabr ayından etibarən 2018-ci ilin iyun ayına qədər iddiaçı istifadə etdiyi təbii qaz üzrə heç bir ödəniş həyata keçirməmişdir. Bu isə şübhə doğurur, iddiaçı təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etdiyinə görə ümumilikdə 1397,80 manat dəymiş ziyan hesablanaraq iddiaçının **********05460 saylı kod hesabına qeyd edilmişdir. Faktlarla bağlı 0164764, ******* və ******* saylı qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Aktlarla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 30.04.2018-ci il tarixdə 1098 m3 (219,60 manat), 15.03.2018-ci il tarixdə 1574 m3 (314,80 manat), 31.01.2018-ci il tarixdə 4317 m3 (863,40 manat) təbii qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X7 Tədbirlər Planının 4.1.4.-cü bəndində Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi təsbit olunmuşdur. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının (bundan sonra Konstitutsiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Fiziki şəxs İddiaçı ilə qaz paylayıcısı Azəriqaz İB arasında bağlanmış 2014-cü il tarixli 713/4 saylı Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş 02.12.2014-cü il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğac İtron G4 tipli 1402AZ**********68 nömrəli sayğac ilə əvəz edilmişdir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli ******* saylı, 16.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 30.04.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 1098 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 30.04.2018-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********05460 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 3i ünvanında 02.12.2014-cü il tarixdə Smart G-4T İtron Diafraqma tipli 1402AZ**********68 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4) (1/1) Aktlara əsasən hesablanmış abonentin 2018-ci ilə aid olan borcu 1397.80 manat göstərilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.12.2020-ci il tarixli 10/3331 saylı rəyindən müəyyən olunur ki, mülki iş materialında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkün olmuşdur. Aktların mötəbərliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.05.2021-ci il tarixli 10/867 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Azəriqaz İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal halları (qaynaq yeri, əlavə qoşulmalar və s) aşkar edilməmişdir. Rəydən müəyyən olunur ki, ekspertin iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametri 57 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdən, həyətin giriş darvazasının üzərindən isə 3 metr hündürlükdən çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,6 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 15 mm-lik polad qaz borusu vasitəsi ilə 57 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin, Azəriqaz İB-yə məxsus 57 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçmın qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miiddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(012)-1599/2020 saylı qərardadına əsasən tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.12.2020-ci il tarixli 10/3331 saylı rəyinin mülki iş materialında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən verildiyi müəyyən edilmişdir. Yerində tədqiqat aparılmadan verilmiş rəylə razılaşmayan məhkəmə 25.01.2021-ci il tarixli 2(012)-187/2021 saylı qərardadına əsasən əlavə tikinti-texniki ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.05.2021-ci il tarixli 10/867 saylı rəyi daxil olmuşdur. Rəyə əsasən cavabdehin baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Azəriqaz İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal halları (qaynaq yeri, əlavə qoşulmalar və s) aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə ikinci rəyi əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.05.2021-ci il tarixli 10/867 saylı rəyini əsas sübut kimi götürərək hesab edir ki, cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Azəriqaz İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal halları (qaynaq yeri, əlavə qoşulmalar və s) aşkar aşkar edilmədiyi halda Azəriqazin əməkdaşları tərəfindən əsassız olaraq təbii qazdan qeyri-qanuni istifadə edilməyə görə 31.01.2018-ci il tarixli ******* saylı, 16.03.2018ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və həmin aktlara əsasən 1397,80 manat cərimə borcu hesablanmışdır. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının mənzilində quraşdırılmış sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Bundan əlavə Azəriqaz İB ilə abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, 31.01.2018-ci il tarixli ******* saylı, 16.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı aktlar tədqiq edilərkən həmin aktların iki nəfər Azəriqaz əməkdaşları tərəfindən tərtib edildiyi və aktlarda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olunmuşdur ki, bu isə aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi aktlar qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktlarla sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğacdan qeyriqanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə bununla bağlı mötəbər sübutların təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin: 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsini əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, abonent saldosuna əsasən 2018-ci ilə aid olan borc 1397.80 manat olmasına baxmayaraq, iddiaçının tələb etdiyi məbləğ yəni, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1397 manat borc əsassız olduğundan silinməlidir. Belə ki, Mülki Prоsеssuаl Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Mülki Prоsеssuаl Məcəllənin: 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. X6 tərəfindən əsassız olaraq hesablanmış 1397 (min üç yüz doxsan yeddi) manat borc abonent kodu **********05460 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov