Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1880/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı Azəriqaz İB-yə vurulmuş 2430 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 2460 manat pulun X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X10 05.02.2019-cu il tarixli AKX-006583-02-2910 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin mənzilə Azəriqaz İB tərəfindən **********00063 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində G- 4T markalı 1002AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və istifadə qaydalarının tələblərinə əməl etmək) və X6 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, 21.09.2018-ci il tarixdə Azəriqaz İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, çıxış plastmas borunun deşildiyi faktı aşkar olunmuşdur. Sayğac çıxarılmış və tədqiq edilməsi üçün laboratoriyaya göndərilmiş, yerində isə yeni G-4 markalı 1802AZ**********09 nömrəli sayğac quraşdırılmışdır. Lakin 28.02.2019-cu il tarixdə də mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, istehlakçı yeni quraşdırılmış qaz sayğacına da müdaxilə edərək sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Laboratoriyasına göndərilmiş, laboratorivada sayğac yoxlanılarkən sayğacların müdaxilə olunduğu təsdiq edilmişdir. İTRİ-nin MSK-29/1710-01153 saylı və 29/1710-00699/29 saylı rəyləri əsasında Azəriqaz İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə fakta görə ******* və ******* saylı Təbii X6 pozulması haqqında aktlar tərtib edilmiş, cavabdeh imzalamaqdan imtina etmişdir. Sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilmiş və bununla bağlı hesabat aparılaraq itirilmiş qazın həcmi müəyyən edilmişdir. Cavabdehə 21.09.2018-ci il tarixdə 1944 manat, 28.02.2019-cu il tarixdə isə 486 manat həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan hesablanmış, cəmi borc isə 2430 manat təşkil edir. Cavabdehə Birliyin işçiləri tərəfindən 2430 manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Azəriqaz İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə ediməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş aktla təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış 05.02.2019-cu il tarixli, AKX- 006583-02-2910 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 05.02.2019-cu il tarixli, AKX- 006583-02-2910 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -Abonent kodu **********04310 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 1ənzil ünvanında 05.02.2019-cu il tarixdə Smart G-4T X13 tipli **********3 nömrəli sayğac quraşdırılmış, cihazlar: Samovar (1/1), Aktlara əsasən hesablanmış abonentin 2018-ci ilə aid olan borcu 1950.55 manat, 2019-cu ilə aid olan borcu 486 manat (1950.55+486=2436.55 manat) göstərilmişdir. -Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş 01.08.2018-ci il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh məxsus evə quraşdırılmış sayğac İtron G4 tipli 1002AQ**********7 nömrəli sayğac çıxarılmış və əvəzində İtron G4 tipli 1802AZ**********09 nömrəli sayğac quraşdırılmışdır. -Azəriqaz İB-nin 14.09.2018-ci il tarixli MSK-29/1710-01153 saylı aktdan görünür ki, 1002AQ**********7 nömrəli sayğaca baxış zamanı müdaxilə qaz nəticəsində xətalar təyin edilə bilmədiyindən, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edildiyindən dövlət yoxlamasına aparılmış G4 markalı Smart kart tipli qaz sayğacı həmin tarixdə yararsız hesab olunmuşdur. -Təbii X6 pozulması haqqında 21.09.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-01153 saylı rəyə əsasən 1002AQ**********7 xətalar təyin edilə bilməmiş, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. -Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş 09.02.2019-cu il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh məxsus evə quraşdırılmış sayğac Smart kart tipli G4 markalı 1802AZ**********09 nömrəli sayğac çıxarılmış və əvəzində Smart kart G4 tipli 919**********3 nömrəli sayğac quraşdırılmışdır. -Təbii X6 pozulması haqqında 28.02.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-01153 saylı rəyə əsasən 1802AZ**********09 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 28.02.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4860 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 28.02.2019-cu il tarixli ******* saylı akt olmuşdur. -Azəriqaz İB-nin 28.02.2019-cu il tarixli QSN-29/1710-00699/29 saylı aktdan görünür ki, **********004310 nömrəli sayğaca baxış zamanı müdaxilə qaz nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edildiyindən dövlət yoxlamasına aparılmış Smart kart tipli qaz sayğacı həmin tarixdə yararsız hesab olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 21.05.2020-ci il tarixli arayışdan görünür ki, Təhməzov X8 rayonu Telavar kəndində qeydiyyatdadır. -30.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Təhməzov X9 İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 05.02.2019-cu il tarixli, AKX-006583-02-2910 saylı müqavilə əsasında fasiləsiz X12 etmişdir. Həmin ünvana Azəriqaz İB tərəfindən **********00063 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart markalı, G- 4 İtron Gallus tipli, 1002AQ**********7 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii X6 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Cavabdeh onunla bağlanılmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun X12yə görə 2430 manat borcu qalmaqdadır. X4 Bakı Regional Qazın Satışı Departamentinin təbii X6 pozulması haqqında 21.09.2018 ci il tarixli ******* saylı və 28.02.2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində göstərilən tarixdə təbii qazın uçotu və X12 qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq X12 etməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Borclu Cavabdeh onunla bağlanılmış 05.02.2019-cu il tarixli AKX-006583-02-2910 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçının bu müqavilənin və X6 tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin Əhalinin X12 üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında Fərmanın 9-cu bəndində qeyd olunur ki, X10 təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Həmin Qanunun 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi adlanacaq): 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4 maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1 maddəsinə əsasən, əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1 maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qaz paylayıcısı olan şəbəkə Qərarın bu bəndini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində təbii X6 pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər. Həmin Qərarın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, X4 Bakı Regional Qazın Satışı Departamentinin təbii X6 pozulması haqqında aktlara əsasən istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və X12 Qaydalarına riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh onunla bağlanılmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun X12yə görə 2430 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii X6 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür ki, məhkəmə bunu qismən əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, qaz paylayıcısı Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında hüquq münasibətləri tərəflər arasında bağlanmış 05.02.2019-cu il tarixli AKX-006583-02-2910 saylı müqaviləyə əsasən 05.02.2019-cu il tarixdə yaranmışdır. Lakin tədqiq olunmuş sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən tərtib olunmuş təbii X6 pozulması haqqında 21.09.2018-ci il tarixli ******* saylı akt tərəflər arasında bağlanmış müqavilədən əvvəl tərtib edilmişdir. Bu isə tərəflər arasında müqavilə münasibətlərinin yarandığı tarixdən əvvəlki dövrə düşdüyündən məhkəmə hesab edir ki, həmin akt nəzərə alınmamalıdır. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfindən tərtib olunmuş aktlar sırasında 28.02.2019-cu il tarixli ******* saylı aktı əsaslı hesab edib nəzərə alınması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Eyni zamanda, Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatından görünür ki, 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən istehlakçı Cavabdeh qaz sayğacından kənar xətlə istehlak etdiyi qaz PQ3 cihazı vasitəsi ilə işlətdiyindən həmin cihazlara cəmi 4086 m3 orta sərfiyyat hesablanmışdır. Məhkəmə həmin sərfiyyatı əsas götürərək hesab edir ki, sadə riyazi üsulla hesablanma yolu ilə cavabdehin sərf etdiyi 4086 m3 qaz, hazırkı qaz abunəçiləri üçün müəyyən edilmiş 1 m3 =10 qəpik hesabı ilə hesablanaraq (4086 m3 x 0.1 = 408,6) 408,6 manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, X4 28.02.2019-cu il tarixli ******* saylı aktına əsasən abonentə hesablanmış 408,6 manat pul məbləği Cavabdehdan tutularaq X5 ödənilməlidir. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X1 istifadə qaydalarının pozulması haqqında 28.02.2019-cu il tarixli ******* saylı saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 408.6 (dörd yüz səkkiz manat altmış qəpik) manat dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 438.6 (dörd yüz otuz səkkiz manat altmış qəpik) manat X4 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1880/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1880/2021
27.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver