Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1899/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə 21 fevral 2023-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair səlahiyyətli nümayəndəsi İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış AN-İ № 0949860, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Belə ki, Elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Digər cavabdeh kimi qeyd olunan ünvan 2 isə Sumqayıt şəhəri ərazisində yerləşir. Göründüyü kimi Cavabdeh1 Abşeron rayonu ərazisində qeydiyyatda deyildir və digər cavabdeh ünvan 2 isə Sumqayıt şəhəri ərazisində yerləşir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı xx.xx.2023-cü il tarixdə 16614 nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2023-cü il tarixdə 16614 nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya hazırkı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1899/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1899/2023
21.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver