Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-190/2022 22.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi X1, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.06.1995-ci il təvəllüdlü övladı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, 02.06.1995-ci il təvəllüdlü övladı X6 2010-cu ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkili-nümayəndəsi X3 ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi övladı 02 iyun 1995-ci il təvəllüdlü X10 uşaq vaxtlarından “davamlı şizofrenəbənzər pozuntu*' xəstəliyindən əziyyət çəkir. Abşeron rayon Poliklinikasının 26.04.2021-ci il tarixli 777 saylı ambulator kartdan çıxarışdan göründüyü kimi övladı 02.06.1995-ci il təvəllüdlü övladı X10 30.09.2010-cu il tarixdən “davamlı şizofreniyaya bənzər pozğunluq” diaqnozu ilə dispanser qeydiyyatındadır. Bu xəstəlik səbəbindən X10 öz hərəkətlərini anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də Rəhimli Tərxanı nəzarətsiz qoymaq mümkün deyildir. Buna görədə X6 daimi olaraq yanında olmaq, qulluq etmək lazımdır. Bu xəstəlik səbəbindən də X10 hərbi xidmətə yararsız olduğu üçün hərbi xidmətə aparılmamışdır. Özünü idarə edə bilməyən Rəhimli Tərxana ərizəçi baxmaq məcburiyyətindədir və bütün əziyyətlərini əriəçi çəkir. Buna görə də ərizəçi heç bir yerdə işləyə bilmir. Ailədə işləyən yeganə adam ərizəçinin həyat yoldaşıdır, ailələrinin maddi ehtiyaclarını çətinliklə ödəyirlər. Rəhimli Tərxan tez-tez özəl klinikalarda müalicə alır, ərizəçi övladının həkim və müalicə xərclərini ödəməkdə çətinlik çəkir. Əlavə olaraq onu da bildirir ki, hər hansı sənədləşmə işi lazım olduqda Tərxan özündə olmadığı üçün sənədələrə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda X6 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən o, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 məhkəmədə izahatında bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş XİX-ЖГ № 315204 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 02.06.1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. X4, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin 01.12.2021-ci il tarixli, 2838 saylı rəyindən görünür ki, X7 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti sübut edir. Ekspert komissiyasının üzvləri belə nəticəyə gəlir ki, X7 yuxarıda göstərilən xroniki ruhi xəstəlik 2010-cu ildən başlayaraq təzahür etmişdir. X7 göstərilən diaqnozlu xroniki ruhi xəstəlik əlamətləri göstərilən dövrdən biruzə vermiş, belə ki, xəstəliyin ilk dövrlərindən başlayaraq davranışında qəribəliklər biruzə vermiş, onda yuxu pozuntusu, qorxu hissləri, şübhələr ilə təzahür etmiş, daha sonralar qavrama aldanmaları, qeyri-adektav hərəkətlləri biruzə vermiş, xəstəliyi ilə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyata götürülmüş, müvafiq müalicələr qəbul etmiş, Abşeron rayon poliklinikasından təqdim edilmiş arayışa görə 30.09.2010-cu il tarixdən “Davamlı şizofrenəbənzər pozuntu” diaqnozu ilə dispanser qeydiyyatında olmuş, həmçinin psixi vəziyyətində kəskinləşmələrlə əlaqədar AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olmuş, sonuncu dəfə 10.10.2019-cu il tarixdən 07.01.2020-ci il tarixə kimi “Davamlı şizofrenəbənzər pozuntu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Təqdim edilərək mülki işə əlavə edilmiş müalicə reseptlərindən görünür ki, yoxlanılan şəxs mütəmadi olaraq və hal-hazırda da, professor N.Əliyevin ona baxışından sonra təyin edilmiş antipsixotik (sakitləşdirici neyroleptiklər, antidepressant) 'müalicəni qəbul edir. Qeyd edilməlidir ki, “Şizofreniya” xəstəliyinə dair AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Şizofreniyanın Diaqnostika və Müalicəsi üzrə kliniki protokola (2009-cu il) görə şizofrenik əlamətlərin bir aydan yuxarı davam etdiyi halda diaqnoz dəyişdirilərək “Şizofreniya” diaqnozu müəyyən edilir. X7 meydana gələn psixi pozuntular ilə əlaqədar 2010-cu ildə psixiatrik qeydiyyata götürülməsi və hal-hazırki dövrə kimi müalicələr qəbul etməsi mülki işə əlavə edilmiş tibbi sənədlərdə öz əksini tapır. Mülki iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Bütün şübhə, qeyrimüəyyənliklər və anlaşılmazlıqlar istisna edilməklə, 02.06.1995-ci il təvəllüdlü X10 2010-cu ildən etibarən fəaliyyət qabiliyyətsiz hesab edilə bilərmi? Cavab: Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, X10 2010-cu ildən “Şizofreniya paranoid forma” xroniki ruhi xəstəliklə əlaqədar hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsini, maraqlı şəxsi dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 02.06.1995-ci il təvəllüdlü X10 2010-cu ildən fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin 01.12.2021-ci il tarixli, 2838 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 02.06.1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş X10 2010-cu ildən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-190/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-190/2022
22.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver