Məhkəmə qərarları › İş №2(012)-1908/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1908/2022

07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1908/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi və pulun qaytarılması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 403,20 manat cərimə borcunun silinməsi, həmin borca görə indiyədək ödənilmiş pulun smart karta qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən evdə ailəsiylə birlikdə yaşayır. Həmin evdə olan sayğaca 2018-ci ilin mart ayında baxış keçirilən zaman akt tərtib edilmişdir. Həmin akta görə sayğaca baxış keçirilən zaman alyans plombunun sındırıldığı müəyyən edilmişdir. Buna görə də ona 403,20 manat məbləğində cərimə borcu yazılmışdır. Onun bu hadisədən uzun müddət xəbəri olmamış, sonradan məlumatı olmuşdur. Bildirir ki, abonent müqaviləsi mərhum atasının adına olmuşdur. O, smart karta edilən ödənişlərdən pul tutulmasına görə Cavabdeh İB-yə yaxılaşmış, orada məlum olmuşdur ki, 29 mart 2018-ci il tarixdə sayğacın plombunun zədələndiyinə görə akt tərtib edilmiş və 403,20 manat məbləğində cərimə borcu hesablanmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 000593 nömrəli aktda mərhum atasının həmin aktı imzalmaqdan imtina etdiyi qeyd edilmişdir. Lakin atası akt tərtib edilən gün kəllə-beyin qansızması diaqnozu ilə Respublika Klinik Xəstəxnasında reanimasiyada olmuşdur. Həmin aktda həqiqəti əks etdirməyən bir məlumat da həmin aktın surətinin guya atasına təqdim edilməsidir. Reanimasiyada olan şəxsə aktın surətinin təqdim edilməsi hər halda mümkün deyildir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, plmombun sındırılması aşkar edildiyi üçün akt tərtib edilmişdir. İddiaçının ünvanına quraşdırılan sayğac smart tiplidir. Cavabdeh əməkdaşları baxış keçirən zaman pozuntu aşkar etmişlər. Akt tərtib edilən zaman tələbnamə də tərtib edilir. Vətəndaşın tutulmalardan ödəniş edərkən məlumatı olmuşdur. Tutulmalar 2021-ci ilin aprel ayından başlanmışdır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Bundan əlavə vətəndaş sayğacın plombunu da qırmışdır. Həmçinin o, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, **********01940 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın yivli birləşməsinə vurulmuş plombun müdaxilə etmək məqsədilə qırılması, yəni qanunazidd, təqsirli hərəkət nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Həmin hərəkət 2018-ci ilin mart ayında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı 2018-ci ilin mart ayı üzrə yazılmış Akt əsasında qeydə alınmayan itirilmiş qazın dəyəri kimi hesablanmış və abonent hesabına yazılmış borcu mübahisələndirmişdir. Bu halı iddia ərizəsinə nəzər yetirdikdə də görmək olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında, müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda, müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfimin tətbiq edilməsi barədi ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır". “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında öz əksini tapmış müddəaya əsasən “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hiiquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir'’. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürdüyünü nəzərə alaraq, iddiaçının tələblərinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, 000593 saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Atyalı qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01940 olan sayğaca baxış keçirilən zaman plombun sındırıldığı aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 403,20 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi və pulun qaytarılması» tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayın evində abonent kodu **********01940 olan sayğaca baxış keçirilən zaman sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması müəyyən edildiyindən X3 adına xx.xx.2018-ci il tarixli, 000593 saylı akt tərtib edilərək 403,20 manat cərimə hesablanmışdır.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş,İddiaçı mərhumun oğludur və sonuncu da mərhum atası ilə birgə abonent kodu **********01940 olan sayğacın quraşdırıldığı Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayın evində rəsmi qeydiyyatda olmaqla yaşamış və hal-hazırda da yaşayır.Ona görə də məhkəmə qeyd olunan faktiki halları nəzərə alaraq hesab edir ki,həm hüquqi varis olaraq , həm də maraqlarına toxunan şəxs kimi İddiaçı xx.xx.2018-ci il tarixli, 000593 saylı aktı subyektiv cəhətdən münahisələndirmək hüququna malikdir. Məhkəmə xx.xx.2018-ci il tarixli, 000593 saylı aktı bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X6 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə abonent məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Atyalı qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 403,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə iddia tələbinin həmin borca görə indiyədək ödənilmiş pulun smart karta qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə konkret olmadığından rədd edilməlidir. Bundan əlavə məhkəməyə cavabdeh təşkilat tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından görünür ki, xx.xx.2018-ci il tarixli, 000593 saylı akt tərtib edilərkən Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2018-ci il tarixli, 000593 saylı aktda **********01940 nömrəli abonent kodu Quliyev Cəfər oğlu kimi göstərilən şəxsin iştirakı təmin olunmamış, formal olaraq imzadan imtina kimi qeyd aparılmış, belə olan təqdirdə xx.xx.2018-ci il tarixli, 000593 saylı aktdan iddiaçının iddia müddəti ərzində xəbərdar olmasını istisna etdiyindən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən abonent kodu-**********01940 olan, Abşeron rayonu, Atyalı qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2018-ci il tarixli, 000593 saylı akt üzrə hesablanmış 403,20 manat cərimə silinsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar