Məhkəmə qərarları › İş №2(012)-1933/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1933/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1933/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayənəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2489,40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 2519,40 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayənədəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 14/1603 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********04654 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2020-ci il tarixdə Natek enerji markalı, G-4 tipli, 40011659 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları” ın tələblərinə əməl etmək) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 685,80 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 194,40 manat olmaqla, ümumilikdə 2489,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 2489,40 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, hazırki mübahisə ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1794/2022 saylı qətnaməsi qəbul edilmiş və İddiaçı İB tərəfindən Cavabdeh hesablanmış 2489,40 manat borcun silinməsi qət edilmişdir. Lakin qətnamədən İddiaçı İB tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə eyni predmet, eyni tərəflər arasında mübahisə üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 553/2021 saylı qüvvəyə minmiş qiyabi qətnaməsi mövcud olduğundan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1794/2022 saylı qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Bundan əlavə cavabdehin yaşadığı ünvanda 2020-ci ilin aprel ayına qədər sayğac olmamışdır. 2020-ci ilin may ayında sayğac quraşdırılmışdır. Aktlar barədə cavabdehə deyilməmişdir. Həmçinin aktları imzalayan Mahmudov Məhəbbətin imzaları bütün aktlarda eyni deyildir. Odur ki, yazılan cərimə tamamilə əsassızdır və o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/1603 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»sindən görünür ki, tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 685,80 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 194,40 manat olmaqla, ümumilikdə 2489,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 14/1603 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus Abşeron raryonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmiş və qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********04654 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2020-ci il tarixdə Natek enerji markalı, G-4 tipli, 40011659 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Göründüyü kimiİddiaçı ilə abonent arasında xx.xx.2020-ci il tarixli 14/1603 nömrəli qazın alqısatqısı barədə müqavilə imzalanmış, müqavilə bağlanan zaman kənar qoşulma halı müəyyən edilməmiş, xx.xx.2020-ci il tarixdə sayğacı quraşdırılmış, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 685,80 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixində ******* saylı akt əsasında 194,40 manat olmaqla, ümumilikdə 2489,40 manat məbləğində cərimə hesablanmış, həmin aktlar abonent tərəfindən imzalanmamış, sözügedən aktlarda cavabdehin imtinası qeydi aparılmış, cavabdeh isə həmin aktdan xəbərdar olmaması, sayğac quraşdırılan günü ona heç bir aktın təqdim edilmədiyini, sayğacdan kənar qazdan istifadə etmədiyi bildirmişdir.Məhkəmə iclasında xx.xx.2020-ci il tarixədək sayğac olmadığı halda, həmin tarixdən əvvəl aklar tərtib olunaraq cərimənin hansı meyarlarla hesablanmaına İddiaçı nümayəndəsi aydınlıq gətirə bilməmiş,aktların tərtib olunmasında iştirak etmiş Qasımov Zaur və Mahmudov Məhəbbət kimi qeyd olunan şəxslərin imzalarının bütün aktlarda eynilik təşkil etməməsi, təqdim olumuş fotoşəkildən hər hansı bir halın müəyyən edilməsinin mümkün olmaması, həmin aktların mötəbərliyinə kifayət qədər əsaslar yaratdığından, həmin şübhələri təkzib edəcək sübutları İddiaçı nümayəndəsi təqdim edə bilmədiyindən,məhkəmə iddiaçı şirkətinin nümayənəsinin izahatına tənqidi yanaşaraq iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2489,40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 2519,40 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar