Məhkəmə qərarları › İş №2(012)-1944/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1944/2024

16.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1944/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi evə, yəni **********03990 saylı abonentə əsassız olaraq Cavabdeh tərəfindən hesablanmış 2008,2 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi ev ona məxsusdur. Belə ki, həmin sahədə ev tikilən zaman tikiliyə qaz xəttinin çəkilməsi üçün Cavabdehnə müraciət edilmiş və ünvana xx.xx.2012-ci il tarixində qaz xətti çəkilərək Smart G4 İtron Diafraqma tipli sayğac quraşdırılmış, onun adına **********03990 saylı abonent kodu verilmişdir. Sayğacın aktivləşməsi üçün isə xx.xx.2012ci ildə 5 manat ödəniş edilmişdir. Həmin gündən etibarən evin tikilişi yekunlaşmadığından bu günə kimi qaz xəttindən istifadə edilməmişdir. Lakin xx.xx.2023-cü il tarixində tikili yekunlaşıb qaz xəttinin aktivləşməsi üçün müraciət edildiyi zaman ona bildirilmişdir ki, 2008,2 manat məbləğində borcu vardır. Borcun yaranmasına əsas kimi isə 17 may 2018-ci il tarixli ******* saylı akt göstərilmişdir. Aktda qeyd edilmişdir ki, guya onun təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkarlanmışdır. Aktın yazılmasına sübut kimi isə üzərində hasar və qaz xətti borusu görünən şəkil göstərilmişdir. Halbuki həmin darvaza ümumiyyətlə onun evinə aid deyil, şəklin ona məxsus əmlakla heç bir əlaqəsi yoxdur. Cavabdehndən təqdim edilən 19 dekabr 2023-cü il tarixli abonentin saldosundan məlum olur ki, 2018-ci ilin 2-ci, 4-cü və 5-ci aylarına qaz sərfi müəyyən edilmiş və borc 2008,2 manat hesablanmışdır. Tarixlərin ardıcıllığının düzgün olmaması, məlum olmayan zamanda aktın yazılması, boş sərfiyyatın hesablanması, sonra hansısa naməlum səbəbdən də sərfiyyatın dayandırılması və ən əsası həmin darvazanın ümumiyyətlə ona məxsus olmaması bariz nümunədir ki, akt və yazılmış borc tamamilə əsassız və qanunsuzdur. Hazırda iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, ona məxsus əmlak, ora çəkilən qaz xətti ilə Cavabdeh sübut kimi təqdim etdiyi şəkil tamamilə ayrı-ayrı zonalardır, bir-biri ilə əlaqəsi belə yoxdur. O, heç bir aktı imzalamamışdır və akt əsasında yazılmış borcla razı deyildir. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia ilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O qeyd etdi ki, tətbiq edilən borc əsaslıdır və onun silinməsinə heç bir əsas yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, şahidin ifadəsini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 016342 saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evindəki (abonent kodu: **********03990) qaz xəttinə baxış keçirilmiş və abonentin qaz xəttinə sayğacdankənar qoşulma halı müəyyən edilmişdir. Faktla bağlı Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən yuxarıda qeyd edilən 4 akt əsasında xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı müvafiq olaraq 4317, 1008, 4392 və 324 kub metr həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 016342 saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlardan və istehlakçı İddiaçı adına olan **********03990 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, “qaz xəttinə kənar qoşulma” səbəbindən itirilmiş qazın miqdarı ümumilikdə “10041 m3” həcmində müəyyən edilərək, abonentə cəmi 2008,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 016342 saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlarla abonentin qaz xəttinə qeyriqanuni qoşulması faktları və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 18 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 186 manat (6,2 x 10 x 30 = 1860 kub.metr), xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2018-ci il tarixli, 016342 saylı akt əsasında 63 manat (3,5 x 6 x 30 = 630 kub.metr) və xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 18,36 manat (2,7 x 4 x 17 = 183,6 kub.metr) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin məlum aktlar üzrə cəmi 372,36 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********03990) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 016342 saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 1635,84 (2008,20-372,36) manat borc abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********03990) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 1635,84 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 36,36 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar