Məhkəmə qərarları › İş №2(012)-1947/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1947/2025

03.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1947/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X7 və X3 qarşı «miras əmlakın vərəsələr arasında bərabər və məcburi bölünməsi» tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 ölümündən sonra qalan ünvan 1 ünvanında yerləşən evin və X2 adına verilmiş N-0146 nömrəli (kod: ********), Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə aid mirasın vərəsələr arasında bərabər və məcburi bölünməsi, iddia ərizəsinin hazırlanması ilə əlaqədar Bakı şəhəri 5 saylı Vəkil Bürosuna xərclədiyi 232 manat və dövlət rüsumuna aid 101 manat məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin hazırki iş üzrə İddiaçı Cavabdeh2 və Cavabdeh1 cavabdeh kimi göstərib cavabdehlərin faktiki yaşayış yeri kimi Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanını qeyd edərək iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE seriyalı, ****** nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadır. Odur ki, məhkəmə AR MPM-in 35.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli və mülki işə həmin məhkəmədə baxılmalıdır. İddia ərizəsində göstərilən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayonunun ərazisində yerləşsə də məhkəmə iddia ərizəsini bütövlükdə mahiyyəti üzrə qiymətləndirərək hesab edir ki, hazırki tələb müstəsna aidiyyət qaydalarını tənzimləyən AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmür. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X7 və X3 qarşı «miras əmlakın vərəsələr arasında bərabər və məcburi bölünməsi» tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu MilliÖN elektron ödəmə sistemi vasitəsilə xx.xx.2025-ci ildə saat 12:01-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X7 və X3 qarşı «miras əmlakın vərəsələr arasında bərabər və məcburi bölünməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X7 və X3 qarşı «miras əmlakın vərəsələr arasında bərabər və məcburi bölünməsi» tələbinə dair 2(012)-1947/2025 saylı mülki iş üzrə MilliÖN elektron ödəmə sistemi vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar