Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1990/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-490F nömrəli şəhadətnamənin (Kod ********) Dənyar Fərrux oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun, eyni zamanda ailə üzvləri- həyat yoldaşı Dənyar Fərrux oğlunun və oğlu X2 adına Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-490F nömrəli şəhadətnamə (Kod ********) verilmişdir. Lakin həmin şəhadətnamədə yanlış olaraq Dənyar Fərrux oğlunun adı “X5” kimi yazılmışdır. Onun həyat yoldaşı Dənyar Fərrux oğlu vəfat etmişdir. Ərizəçi olaraq o, həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətə əlavə edilmiş JN-490F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ata adı və adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və ata adı arasında fərq olduğu aşkar edilmiş, şəhadətnamədə hüquq sahibinin adı “X5” kimi göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənədlərdə “Dənyar Fərrux oğlu” kimi qeyd edilmiş, ona görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda da şəhadətnamədə göstərilən adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. Göstərilən hallara görə JN-490F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (Kod ********) Dənyar Fərrux oğluna məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. O, özü Abşeron rayonu Digah qəsəbəsi H.Z.Tağıyev küçəsi 10 saylı evdə yaşayır. Ərizəçi həyat yoldaşı mərhum Dənyar Fərrux oğlu 3 ilə yaxın müddətdir ki, vəfat edib. Onların birgə nikahlarından 3 qızı və 2 oğlu anadan olmuşdur. Ərizəçi həyat yoldaşının soyadı olmayıb. Ümumiyyətlə, Abşeron rayonu Digah qəsəbəsində yaşayan əhaliyə verilən sənədlərdə onların adları yanlış olaraq yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Ərizəçi oğludur. Atası isə Dənyar Fərrux oğludur. Atası 2021-ci ilin fevral ayında vəfat edib. Atasının soyadı olmayıb. Bu səbəbdən də verilən sənəddə atasının soyadı olmadığı halda yanlışlıqla soyad qeyd olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -30.05.1958-ci il tarixli İ-ИE № 072521 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, Dənyar Fərrux oğlu ilə Ərizəçi 30.05.1958-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 159 nömrəsi ilə qeyd edilmişdir. -21.07.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-490F saylı 30800066 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.06 ha sahəsi Abşeron rayon Digah qəsəbə sakini X3, Ərizəçi, X2 mülkiyyətinə verilmiş və 4298 nömrə ilə qeydə alınmışdır. -Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31.01.2022-ci il tarixli 34 saylı arayışdan görünür ki, Abşeron rayon aqrar islahat komissiyasının Qərarı ilə Digah qəsəbə sakini Dənyar Fərrux oğlunun adına verilmiş 0.06 ha torpaq sahəsinə dair JN-490F saylı şəhadətnamədə səhvən onun soyadı “X6” yazılmışdır. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli AZ-İİ № 164020 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Dənyar Fərrux oğlu 18.02.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 331 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Maraqlı şəxs tərəfindən verilmiş 24.02.2022-ci il tarixli **********91 saylı məktubdan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 31.01.2022ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmış, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-490F nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin soyadı ilə ölüm haqqında şəhadətnamədə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-490F nömrəli şəhadətnamədə hüquq sahibi “X5” göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “Dənyar Fərrux oğlu” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Asan-Sumqayıt tərəfindən 19.07.2018-ci il tarixdə verilmiş AZE № 19181745 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Digah qəsəbəsi 1-ci Rəhmanov küçəsi 1 saylı evdə qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən 23.09.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X10 rayonu, Digah qəsəbəsi 1-ci Rəhmanov küçəsi 4 saylı evdə qeydiyyatdadır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 21.07.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-490F saylı 30800066 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli Qərarı ilə 0.06 ha torpaq sahəsinin verildiyi mülkiyyətçi qismində Abşeron rayon Digah qəsəbə sakini “X5” qeyd edildiyi halda, həmin şəxsin adı Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli AZ-İİ № 164020 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, “Dənyar Fərrux oğlu” kimi qeyd edilmişdir. Bu isə, “X5”nun “Dənyar Fərrux oğlu” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-490F saylı 30800066 kod nömrəli 21.07.2004-cü il tarixli şəhadətnamədə göstərilən “X5”nun “Dənyar Fərrux oğlu” ilə eyni şəxs olması öz təsdiqini tapdığından, Torpağın mülkiyyətə verilməsinə dair JN-490F saylı 30800066 kod nömrəli 21.07.2004-cü il tarixli şəhadətnamənin 10.03.2021-ci il tarixli AZ-İİ № 164020 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “Dənyar Fərrux oğlu”na məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-490F saylı 30800066 kod nömrəli 21.07.2004cü il tarixli, 4298 nömrə ilə qeydiyyata alınmış şəhadətnamənin Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli AZ-İİ № 164020 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “Dənyar Fərrux oğlu”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov