Məhkəmə qərarları › İş №2(012)-1993/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1993/2022

01.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1993/2022 01.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi X2, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.1997-cı il təvəllüdlü X3 atasıdır. Övladı uşaqlıqdan xəstədir və xəstə olduğu üçün 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. X8 ağır əqli gerilik, davranış pozuntuları xəstəliyindən əziyyət çəkir və ciddi şəkildə qulluğa ehtiyacı vardır. Pirişov Elşada Ərizəçi qulluq edir. Çünki Elşad ərizəçiyə öyrəşmiş və ərizəçidən başqa heç kimi istəmir. Həmçinin övladı 1-ci qrup əlil olduğu üçün "xxxx" ASC vasitəsi ilə təqaüd alır. Hazırda övladının təqaüd kartının vaxtı bitdiyi üçün yenilənməsi vacib olmuşdur. Buna görə oğlu "xxxx" ASC-yə dəvət olunsa da, əqli geriliyi və özünü idarə edə bilməməsi səbəbindən imzası və dediyi sözlər nəzərə alınmayaraq, geri qaytarılmış və təqaüd kartının müddətinin bərpası mümkün olmamışdır. Ərizəçiyə şifahi olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 19 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən xx.xx.1997-ci il təvəllüdlü X3 üzərində xx.xx.1972-cı il təvəllüdlü anası Ərizəçi patronaj (köməkçi) təyin olunması qərara alınmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan AZE Seriyalı, 15180337 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2864 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X5 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə (F.72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (psixi inkişafda geri qalması, qıcolma tutmalarının baş verməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Ağır əqli gerilik, davranış pozuntuları ilə, ciddi qulluğa ehtiyacı var” diaqnozu ilə İ dərəcə əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında müayinədə olması və ona "Ağır əqli gerilik, davranış pozuntuları ilə, ciddi qulluğa ehtiyacı var” diaqnozu təyin edilməsi), həmçinin hazırkı müayinə zamanı (zahirən narahat olması, bir yerdə qərar tuta bilməməsi, ünsiyyətə çətin daxil olması, emosiyalarının qeyriadekvatlığı, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1997-ci il təvəllüdlü X8 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: xx.xx.1997-ci il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.1997-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: xx.xx.1997-ci il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.1997-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2864 saylı rəyi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar