Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1995/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə **********150 saylı abonent kodu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə cavabdeh “Azərsu" X1 tərəfindən əsassız hesablanmış 1053,60 manat məbləğində vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəməyə məlumat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin ona qarşı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi təmin edilmiş, su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 888,6 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 918,6 manat pul vəsaiti ondan alınaraq iddiaçı Cavabdeh ASC-nın xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə barədə məlumat ona Abşeron rayon İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən verilmiş və həmin qətnamədən onun tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Odur ki, o, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyinin nəzərə alınmasını və işin apellyasiya qaydasında baxılması barədə bildiriş ilə icraatın dayandırılması barədə ərizəni təqdim etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh ASC məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddia ərizəsini araşdırıb belə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1399/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ASC-in cavabdeh İddiaçı qarşı pil tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı su təchizatı və tullantı sularının axıdılmasına görə 888,6 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 918,6 manat pul vəsaitinin alınaraq Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı sözügedən qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)- 1399/2024 saylı qətnaməsinin ləğv edilib mülki işin materiallarında olan sənədlər və sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə **********150 saylı abonent kodu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə cavabdeh “Azərsu" X1 tərəfindən əsassız hesablanmış 1053,60 manat məbləğində vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 2(012)-1399/2024 saylı mülki işə apellyasiya qaydasında baxılacağını təsdiq edən bildiriş ilə icraatın dayandırılması barədə ərizəni təqdim etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1399/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin mövcudluğu, habelə sözügedən mülki işə apellyasiya qaydasında baxılması halı hazırki mülki iş üzrə icraatın dayandırılması Azərbaycan Respublikası MPM-in 254-cü və 255-ci maddələri ilə nəzərdə tutulmamışdır.Lakin, qeyd olunan hal Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinə əsasən məhkəməyə mülki işin baxılmamış saxlanmasına əsas verdiyindən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1995/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1995/2024
07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver